Mehriban Elekberzade - Wikipedia
Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965, Kirovabad) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-cü ildən), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022–2023), Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017–2022).
Mehriban Ələkbərzadə | |
---|---|
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri | |
Vəzifədədir | |
13 may 2023-cü ildən | |
Əvvəlki | Azərpaşa Nemətov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 avqust 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | kinorejissor, ssenarist, rejissor |
|
|
Təltifləri |
|
Həyatı
redaktəMehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir.
İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun və E. Şabanovanın kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1988-ci ildə diplom müdafiəsi kimi Azərbaycan Akademik Dram Teatrında J. P. Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkmişdir.
1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülmüşdür. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissordur.
1988-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın "Dəfn edilməmiş ölülər" dramını tamaşaya hazırlayıb. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990)pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfılm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. O, Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlamışdı.
Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.
"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.
AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017–2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərmişdir.[1] 2022–2023-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışmışdır[2]. 2023-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsinə təyin edilmişdir.
Mükafatları
redaktə2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci ildə[6], 9 may 2018-ci ildə[7], 10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9], 7 may 2021-ci ildə[10], 10 may 2022-ci ildə[11], 6 may 2023-cü ildə[12] və 9 may 2024-cü ildə[13] Prezident Mükafatına layiq görülmüşdür. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[14]
27 may 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub.
2024-cü ilin iyulunda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.
Tamaşaya qoyduğu əsərlər
redaktəAkademik Milli Dram Teatrı
redaktə- "Dəfn edilməmiş ölülər" (Jan Pol Sartr) (1988)
- "İnsan səsi" (Jan Kokto) (1989)
- "Min illərin işığı" (Kamil Abdullayev)
- "Müəmmalı bir qətlin üç versiyası" (Rünoske Akutaqava)
- "Poçt şöbəsində xəyal" (Elçin)
- "Afət" (Hüseyn Cavid)
- "Qatil" (Elçin) (2001)
- "Qatarın altına atılan qadın" (Afaq Məsud)
- "Qatil" (Elçin) (2012)
- "Əmir Teymur" (Hüseyn Cavid) (2014)
- "Herostratı unudun" (Qriqori Qorin) (2015)
- "İsgəndərə yeni namə" (İlqar Fəhmi) (2021)
- "Əsrə bərabər gün" (Ç. Aytmatovun eyniadlı romanı əsasında) 2024
- "İblis və…" (H. Cavidin "İblis" faciəsi əsasında) 2024
Lənkəran Dövlət Dram Teatrı
redaktə- "Sənsiz" (Şıxəli Qurbanov) (1989)
- "Yağışdan sonra" (Bəxtiyar Vahabzadə) (1989)
- "Çarəsiz sərnişinlər" (Stanislav Stratiyev) (1990)
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
redaktə- "Nuri-Didə Ceyhun" (Əli Əmirli) (2018)[15]
Azərbaycan Dövlət Yuğ Teatrı
redaktə- "Müəmmalı bir qətl" (Rünoske Akutaqava)
- "Mənəm…mən" (Nəsimi) İ. Fəhmi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
redaktə- "Cəza" (T. Vəliyeva)
- "Kod adı: VXA"(M. Ələkbərzadə) 2022
Filmoqrafiya
redaktə- Dəfn edilməmiş ölülər (film, 1988)
- İnsan səsi (film, 1989)
- Güzgü (film, 1990)(II)
- Yaşa, ey haqq (film, 1993)
- İnsan-fövqəlinsan (1994)
- Aporiya (1995)
- Gecən xeyrə qalsın, ana (film, 1995)
- Cəza (film, 1996)
- Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
- Addım, addım (film, 2002)
- Ömrün sarı rəngi (film, 2002)
- Azərbaycan naminə! (film, 2004)
- Azəri-türklərinə edilən növbəti qətliam (2004)
- İflas (film, 2004)
- Azərbaycandakı Xocalı soyqırımı (2005)
- H. Əliyev və Azərbaycanın milli hərbi srategiyası (2005)
- Tarixin bir günü və ya bir günün tarixi (2005)
- 13 dəqiqə (2006)
- Araz-Türk respublikası və ya Naxçıvanın xilası (2006)
- Azərbaycanın və Qarabağın taleyində Kürəkçay müqaviləsinin rolu (2006)
- Bütöv Azərbaycan və "böyük" Ermənistan (2006)
- H. Əliyev və Azərbaycanın milli təhlükəsizlik strategiyası (2006)
- Tariximizin 31 mart adlı soyqırım günü (2006)
- Məhkumlar (film, 2007)
- Mart hadisələri… və yaxud qara oyunlar (film, 2011)[16](2010)
- 6 saylı məktəb (film)
- Azərbaycan xalçaları (film)
- Azərbaycan xanlıqları (film)
- Azərbaycanda aşıq sənəti (film)
- Bakı nefti (film)
- İlğım
- İstiqlal günü
- Mart hadisələri yaxud Qara oyunlar (film)[17]
- Lahıc (film)
- Nic (film)
- Sınmiş miflər
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Kulis.az. ""Yuğ" Teatrının direktoru və baş rejissoru işdən çıxarılıb" (az.). Kulis.lent.az. 10.10.2017. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-10.
- ↑ N.Pir. "Mehriban Ələkbərzadə Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin olunub" (az.). APA. 12.03.2022. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
- ↑ ARB Şəki. ""Nuri-Didə Ceyhun" pyesi tamaşaya qoyuldu" (az.). Youtube.com. 27.06.2018. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ Babayeva, S. Mart qırğınları ekranlaşdırılıb: [Ssenari müəllifi Nadir Bədəlov, rejissoru Mehriban Ələkbərzadə olan "Mart hadisələri, yaxud qara oyunlar" filmi haqqın-da] //Həftə içi.- 2011.- 2–4 aprel.- S. 15.
- ↑ "Qara bayram" filminin təqdimatı: [Beynəlxalq Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin eyniadlı sənədli bədii filminin təqdimatı] //Mədəniyyət.- 2011.- 1 aprel.- S. 2.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Mehriban Ələkbərzadə ilə "Ustad dərsi" Arxivləşdirilib 2012-06-01 at the Wayback Machine