Samil Mahmudbeyov Rejissor - Wikipedia
Şamil Fəraməz oğlu Mahmudbəyov (6 fevral 1924, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 18 may 1997, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist,[1] filmlərin bədii rəhbəri, Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).[2]
Şamil Mahmudbəyov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Tamella xanım Mehdi qızı İrəvanski |
Atası | Fəraməz Mahmudbəyov |
Anası | Şövkət xanım Kazımbəyova |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1955-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1190203 |
Həyatı
redaktəŞamil Mahmudbəyov 6 fevral 1924-cü ildə dünyaya gəlmişdir. 1943-cü ildə orduya qoşulub Böyük Vətən Müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak etmişdir. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur.[3] O, 1954-cü ildən Bakı kinostudiyasında rejissor vəzifəsində çalışıb. "Görüş" (1955), "Qara daşlar" filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib.
Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq "Romeo mənim qonşumdur" lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş "Qaraca qız" (1966) kinonovellasını, müxtəlif janrlara aid "Torpaq. Dəniz. Od. Səma", "Həyat bizi sınayır", "Skripkanın sərgüzəşti", "Dörd bazar günü", "Dərviş Parisi partladır" (K.Rüstəmbəyovla birlikdə), "Bayquş gələndə", "Od içində", "Tənha narın nağılı" (H.Turabovla birlikdə) filmlərini çəkmişdir. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filmi olmuşdur.[4] Film Azərbaycanın Qızıl Fonduna daxil edilib. Şamil Mahmudbəyov "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülmüşdür. Film Böyük Vətən Müharibəsindən sonraki ilk illərdən bəhs edir.
Şamil Mahmudbəyov eyni zamanda aktyor olmuş "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Fəryad" bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa etmişdir. Ağır xəstəliyə tutulmuş rejissor "Divar" və "İnsan" adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilmir.[5]
Ş.Mahmudbəyov 1997-ci ildə Bakıda dünyasını dəyişmişdir.
Xatirəsi
redaktəMədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu tərəfindən sənətkarın anadan olmasının 90 və 95 illiyinə həsr edilmiş tədbirlər təşkil edilib.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976[6]
- Azərbaycan SSR Dövlət mükafatı — 29 sentyabr 1970
Filmoqrafiya
redaktə- 20+1 (film, 1986) (qısametrajlı bədii süjet — Mozalan № 105)
- Adam (film, 2010)
- Ağstafa Şərabçıları (film, 1992)
- Azərbaycan kinosu-80 (film, 1996)
- Bayquş gələndə... (film, 1978)
- Dərviş Parisi partladır (film, 1976)
- Dörd bazar günü (film, 1975)
- Əyri yolla qazanc (film, 1960)
- Fəryad (film, 1993)
- "Fransız" (film, 1995)
- Həyat bizi sınayır (film, 1972)
- "Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956)
- Qara daşlar (film, 1956)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Qatır Məmməd (film, 1974)
- Qoca əsgər (film, 1993)
- Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)
- Naxçıvan MSSR (film, 1959)
- Od içində (film, 1978)
- Onun 150 yaşı var (film, 1958)
- Romeo mənim qonşumdur (film, 1963)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Şərikli çörək (film, 1969)
- Tənha narın nağılı (film, 1984)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
redaktə- ↑ Əhmədalılar, T. "Qaraca qız"adək və sonra…: Kadrarxası "qaranlıq"ların ən işıqlılarından biri – [filmin rejissoru və ssenaristi Şamil Mahmudbəyovdur] //Mədəniyyət.- 2014.- 3 dekabr.- S.13.
- ↑ Yusif, M. Təvazökar insan, gözəl rejissor: Şamil Mahmudbəyov: [Əməkdar incəsənət xadiminin həyat və ya-radıcılığı haqqında] //Ekran-efir.- 2012.- 7 dekabr.- S. 9.
- ↑ ""Qaraca qız"adək və sonra…". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
- ↑ "Şamil Mahmudbəyov öz filmlərində yaşayır". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
- ↑ "Onun həyat filmi Şamil Mahmudbəyov yad edildi". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
Mənbə
redaktə- Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257.
- Mükərrəmoğlu, M. "Bir ömrün yadigarları" [Dekabrın 5-i xalq artisti, kinorejissor Şamil Mahmudbəyovun doğum günü idi] //Xalq.- 2002.- 7 dekabr.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.