Simali Anadolu Zelzelesi 1668 - Wikipedia
Şimali Anadolu zəlzələsi — 17 avqust 1668-ci ildə Şimali Anadoluda baş vermiş çox şiddətli zəlzələ.[1][2] Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ, Türkiyədə qeydə alınan ən şiddətli zəlzələ kimi tarixə düşdü və 1668-ci ildə dünyanın müxtəlif yerlərində baş verən 8 Rixter miqyaslı zəlzələ fəlakətlərindən biridir.[1][2] Zəlzələnin episentri Samsunun cənub-qərbində yerləşən Ladik gölünün cənub sahili olub.[1][2]
Şimali Anadolu zəlzələsi | |
---|---|
Tarix |
|
Maqnituda | 7,8–8,0[1] |
Episentrin yeri | Ladik gölü |
Əhatəsi | Osmanlı imperiyası/Şimali Anadolu |
Sunami | Bəli |
Ölənlər | 8.000[1][2] |
Afterşoklar | Altı ay davam etdi |
Xəritədə yeri | |
|
17 avqust 1668-ci ildə günortadan əvvəl Şimali Anadolu Fay Hattının 600 km uzunluğunda bir hissəsi böyük bir zəlzələ nəticəsində sarsıldı.[1] Təxmini böyüklüyü 7,8–8,0 Ms aralığında idi və Merkalli intesivlik şkalasında IX idi.[1][2] Ən qərbdəki Boludan ən şərqdəki Erzincana qədər böyük ziyan vurdu və təxminən 8 000 ölümlə nəticələndi.[1][2] Zəlzələdən sonra afterşoklar ən azı altı ay davam etdi. Bu zəlzələ Türkiyədə qeydə alınan ən güclü zəlzələdir.[1][2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Tarihsel Depremler". Boğaziçi Universiteti, Kandilli Rəsədxanası (türk). 2015-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ 1 2 3 4 5 6 7 "Historic Worldwide Earthquakes" (ingilis). United States Geological Survey. 2009-08-25 tarixində orijinalından arxivləşdirilib.