Sirman Xulu - Wikipedia
Şirman xulu (lat. Ponticola syrman) — xullar fəsiləsinin ponticola cinsinə aid balıq növü.
Şirman xulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: ???: Şirman xulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Yayılması
redaktəMərmərə, Qara, Azov və Xəzər dənizi hövzələrində, limanlarda, bəzi çayların aşağı axarlarında, seyrək hallarda su anbarlarında yayılmışdır. Dənizdə yalnız tapılmışdır, lakin bəzi ərazilərdə haşiyələr daxildir. Abşeronun cənub hissəsində və Küryanı rayonda çoxsaylı, Samurdan Siyəzənə və Şıx sahəsindən Kürün Züd-ost qoltuğuna qədər azsaylıdır.
Morfoloji əlamətləri
redaktəBədəni axımlı, başı uzunsov, lövhəvarıdır. Üstdən yüngülcə basıqdır, ağzı iridir. Yaşlı fərdlərdə qarın sormacında yaxa pərləri kütdür. İkinci bel üzgəcinin hündürlüyü arxa uca doğru artır. Bədənin böyürlərində adətən, şahmat şəklində düzülmüş, iri bozumtul qonur xallar olur. Uzunluğu 20 sm-dən artıq deyil. Başı və üzgəcləri qara zolaqlarla örtülüdür. Dodaqları ətlidir, alt dodaq üst dodaqdan uzundur.
Yaşayış yeri və həyat tərzi
redaktəHəmin dənizdə, həm də çay və göllərdə yaşayır. Dəniz bitkilərinin, daşların və yosunların arasında gizlənir. Tək yaşamır. 50 fərddən ibarət toplu şəklində yığışırlar. Dəniz sularında 10 m-dən dərinə üzmürlər. Qış aylarında dərinliyə üzürlər. Fırtınada sağ qalmaq üçün Şirman xulunun qarnında sormac var. O, bu sormac vasitəsilə daşlara yapışaraq qala bilir. Əsasən kiçik balıqlarla, dəniz qurdları ilə, molyuskalarla qidalanır.
Çoxalması
redaktəCinsi yetkinliyə 1–2 yaşında çatır. Kürüləmə erkən yazda olur. Kurülər selik vasitəsilə daşların altına yapışır. Erkəklər nəsil qayğısına qalırlar. Bir müddətdən sonra kürülər yumurta sarısı hesabına qidalanırlar. Sürfə halına gəldikdən sonra isə dənizin dibinə keçərək plankton, kiçik xərçəngkimilər və digər xırda canlılarla qidalanmağa başlayırlar.[1]
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur. Həvəsgar balıqçılar tərəfindən ovlanır.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild. Bakı: Elm, 2004, s.140.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.