Sotlandlar - Wikipedia
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq.
Ümumi sayı | |||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
təqribən 28–40 milyon (bütün dünyada)[1] | |||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||||||||
böyük çoxluq Presbiteriyanlıq, bundan başqa Katolik, Şotland Episkopal Kilsəsi, azlıq Aqnostik, Ateist | |||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||||||||
İngilislər, İrlandlar, Uelslilər |
Etimologiyası
redaktəScotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir.[6] Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir.[7] Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir.
Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir.
Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur. Bu titul daha sonralar Şotland kralları tərəfindən mənimsənilmişdir. Basileus Scottorum şəklində Kral Edqarın böyük möhründə yazılmışdır.[8] I Aleksandr və VI Ceyms də daxil olmaqla xələflərinin çoxu Rex Scottorum titulundan möhürlərində istifadə etmişdilər.[9]
Çağdaş dövrdə Scot və Scottish sözləri əsasən Şotlandiya sakinləri üçün işlənir.
Ehtimal olunan qədim irland kombinasiyaları əsasən unudulmuşdur. Şimal-şərqi İrlandiyada Ulster Scots olaraq bilinən dil XVII-XVIII əsrlərdə Şotlandiyadan İrlandiyaya köçənlərlə bağlıdır.
Şotlandiyadakı etnik qruplar
redaktəMüasir Şotlandiyanın yerli xalqı beş etnik qrupdan meydana gəlmişdir. Bu qruplardan üçü Kelt dilləri qrupuna daxildir. Bunlara piktlər, qellər və bretonlar daxildir. Onlar VII əsrdən Şotlandiyada geniş yayılmağa başladılar. German dillərinə daxil olan anqlosakslar və norslar isə III əsrdən etibarən Şotlandiya sahillərində məskunlaşmışdılar. 700–1000-ci illər arasında Şotlandiyada əsasən Qel dili geniş yayılmışdı. Bu dövrdə onların ingilis və fransızca danışan qonşuları bölgəyə Scotland, yəni Qellər diyarı adını vermişdilər. Bundan başqa bölgədə german dillərinə daxil olan ingiliscə və norsca da istifadə olunurdu. 1200–1500-cü illərdə Şotlandiyanın Qallouey və Haylend bölgələri arasında qalan aşağı hissələrində gettikcə ingiliscə hakim dil olmuş və 1500-cü illərdən etibarən Şotlandiya danışılan dillərə görə ikiyə bölünmüşdür. Qel dilində danışanlara Haylenders, Şotland dilində danışanlara isə Loulenders deyilirdi. Hal hazırda gəlmələr özləri ilə başqa dillər də gətirmişdir. Şotlandiyada ingilis dili geniş şəkildə istifadə olunduğundan hal hazırda Haylenders və Loulenders anlayışları əhəmiyyətini itirməyə başlamışdır.
Xarici keçidlər
redaktə- The Scots In New Zealand Exhibition Minisite from the Museum of New Zealand Te Papa Tongarewa
- "We're nearly all Celts under the skin" by Ian Johnston for The Scotsman Online
- Top 100 Scottish People
- Biographies of Famous Scots at Scottish-people.info, part of the Gazetteer for Scotland project
- Discover your Scottish family history at the official government resource for Scottish Genealogy
- Scottish Emigration Database of the University of Aberdeen
İstinadlar
redaktə- ↑ "The Scottish Diaspora". 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
- ↑ "Table 2: Ethnic Groups, Scotland, 2001 and 2011". 2017-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
- ↑ "ABS Ancestry Arxivləşdirilib 2019-05-22 at the Wayback Machine". 2012.
- ↑ "stats.govt.nz". 2016-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
- ↑ "Isle of Man Census Report 2006" (PDF). 2007-09-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-02.
- ↑ Lehane, Brendan (26 January th, 2000). The Quest of Three Abbots: the golden age of Celtic Christianity. SteinerBooks. ss. 121.
- ↑ Scottorum nationem in Pictorum parte recipit
- ↑ Freer, Allan (1871). The North British Review. Edmonston & Douglas. ss. 119. and Robertson, Eben William (1862). Scotland Under Her Early Kings: a history of the kingdom to the close of the thirteenth century. Edmonston and Douglas. ss. 286.
- ↑ Greenway, D. E. (EDT); E. B. (Edmund Boleslaw) Fryde (1 June 1996). Handbook of British Chronology. Cambridge University Press. ss. 55. ISBN 9780521563505.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |