Ebu Bekr El Bagdadi - Wikipedia
Əbu Bəkr əl-Bağdadi (ərəb. أبو بكر البغدادي; 28 iyul 1971, Səmərra, Səlahəddin mühafəzəsi – 27 oktyabr 2019[1], Barişa[d], İdlib mühafəzəsi) — İraq və Şam İslam Dövlətinin keçmiş lideri. Digər adları Dr. İbrahim, Əbu Dua və İbrahim Əvvad İbrahim Əli əl-Bədri əl-Səmərrai ilə də tanınıb.
Əbu Bəkr əl-Bağdadi | |
---|---|
ərəb. أبو بكر البغدادي | |
Doğum tarixi | 28 iyul 1971 |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2019[1] (48 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | kamikadze partlayışı[d][2] |
Uşağı | Ümeymə əl-Bağdadi Huzeyfə əl-Bədri |
Fəaliyyəti | imam, hərbi lider[d], Kondottiyeri, terrorist |
Fəaliyyət illəri | 2003–2019 |
Partiyası | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏsl adı İbrahim Əvvad İbrahim Əli əl-Bədri olan Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində dünyaya göz açmışdır.
Əbu Bəkir əl Bağdadi özünü peyğəmbərin nəslindən hesab etsədə, bu haqda təsdiq edilmiş sənəd və faktlar mövcud deyil. Hədisə görə, axirəzzamanda bir nəfər özünü İslam Peyğəmbərinə nisbət edərək qətl və fətinəlrə törədəcək. Hədisdə deyilir: "Abdullah İbi Ömər dedi ki, Rəsuli Əkrəmin hüzurunda oturmuşduq. Bizə axirəzzamandakı fitnələrdən bəhs etdi və bu məsələ üzərində durdu. Sonra dedi: "Fitnə dumanı özünü bizə nisbət verən şəxsin iki ayağı altından çıxar. O özünü məndən zənn edər, ancaq məndən deyildir" (Əbu Davudun 4077-ci hədis). 2010-cu ildən bəri keçmiş İraq əl-Qaidəsi adıyla tanınan İraq və Şam İslam Dövləti terror qruplaşmasının lideri olmuşdur. Hal -hazırda özünü İslam dövlətinin xəlifəsi sayır
Səddam Hüseyn dönəmi İraqda Səmərradakı Əhməd bin Hənbəli məscidində məscid imamı olan Bağdadi sonradan Bağdaddakı Əl Kubeysi məscidində də imamlıq elədi. Özü dindar bir ailədən gəlir. Qardaşları və əmiləri arasında vaizlər və Ərəb dili və ərəb söz elmi professorları var.
2003-cü ildə Fəllucə şəhərindəki məscidlərin birində məscid imamı və xəttab olan Bağdadinin Tikrit Universitetində professorluq elədiyi, İslami Elmlər üzrə doktorantura üzrə elmlər namizədi olduğu da bildirilir. Əbu Bəkir əl Bağdadi, Bağdad İslam Universitetində müəllimlik və təlimçilik etmiş və çox məşhur bir vaiz olaraq bilinir. Özü Bağdad İslam universiteti məzunudur və akademik səviyyədə (lisenziya, yüksək lisenziya və doktarantura) təhsil almışdır. İslam mədəniyyəti, şəriət elmləri və fiqhdə vaiz və alim olaraq bilinir.
Bağdadinin xarici kəşfiyyat orqanları tərəfindən yaxşı təlim aldığı, buna görə də, gözəl bəlağət və hərbi bacarığıa malik olduğu önə çəkilir.
"Xəlifə" Bağdadinin təhlükəsizlik və hərbi təcrübəsi, son 9 ildə etdiyi döyüşlər, hücumlar və geri çəkilmələr nəticəsində daha da inkişaf etdi. Müsəlmanları döyüşə təşviq etdi və şəxsən özü müharibədə iştirak etdi, tutuldu və sərbəst buraxıldı. Bir çox döyüşə qatılan Doktor Dua, camaatlar qurdu və camaatların qurulmasına köməkçi oldu. Sonra 'Meclisul Şura əl Mücahidin' camaatına və bir şura məclisi üzvü olaraq İraq İslam Dövlətinə qatıldı
16 may 2010-cu ildə nəşr etdiyi rəsmi bəyanat ilə özünü İslam dövlətinin əmiri olaraq elan etdi. Bu mövqeyə çatana qədər bir sıra mərhələlərdən keçən Doktor Dua, bu vəzifəyə layiq vəziyyətə gəldi. İslam Dövlətinin elan edilməsindən sonra vilayətlərdəki şəriət nümayəndə heyətlərinin ümumi başçılığına gətirildi və İslam dövlətinin Şura Məclisinin bir üzvü oldu. Doktor Dua, Samarra'da olan tayfaların İŞİD-in keçmiş lideri olan Əbu Ömər əl Bağdadiyə beyət etməsində təsirli bir rol oynadı və öz tayfasının Dövlətə beyətinə şəxsən qatıldı.
Bir audio müracətində əl-Bağdadi mesaj verdi ki, Roma və İspaniynı fəth edəcəyik, həm də Avropada İslam dövləti qurmaq üçün qərbə yürüş edəcəyini açıqladı. Keçmiş böyük İslam xilafətini berpa edəcəklərini bildirdi. O, həmçinin dünyadakı müsəlmanları İslam Dövlətinə köç etməyə cağırdı. İyulun 5-i 2014-cü ildə Şimali İraqı azad etdiktdən sonra Mosulda Əl-Nuri Ulu Məscidində görüntülü video xütbəsi yayıldı.
ABŞ Dövlət Departamenti 4 oktyabr 2011-ci il tarixində Əbu Bəkr əl-Bağdadi haqqında informasiya verən, ölü, ya dirisini gətirən şəxsə 10 milyon dollar mükafat veriləcəyini bildirmişdi.[3]
Ailə
redaktəƏbu Bəkr əl-Bağdadi üç qızı. adlı qızlarından biri Umaima əl-Bağdadi İŞİD lideri Əbu Nuradin Rüstəmov ilə evli idi, 2016-cı ildə ABŞ F-16 qırıcı-bombardmançı təyyarəsi tərəfindən öldürüldü.
Həbs xəbəri
redaktə2 dekabr 2012-ci il tarixində İraq rəsmiləri Bağdadinin həbs olunduğu haqqında məlumat yaysalar da, sonradan həbs olunmuş şəxsin Əbu Bəkr əl-Bağdadi yox, başqa bir önəmli İraq Əl-Qaidəsi üzvü olduğunu bildirdilər.[4]
Ölümü
redaktəAmerika xüsusi təyinatlıları 2019-cu il oktyabrın 26-da Suriyanın şimalındakı İdlib bölgəsində keçirilən əməliyyat nəticəsində Əbu Bəkr əl-Bağdadini məhv edilib. Onun cəsədini ABŞ xüsusi təyinatlıları onun öldürülməsi üçün keçirilən əməliyyat zonasından özləri ilə aparıb. Əməliyyat 4 saat davam edib. Əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib. Əməliyyatın həyata keçirildiyi ərazi Türkiyə sərhədinin çox yaxınlığında, suriyalı qaçqınların yerləşdirildiyi Tourlaha düşərgəsinin bir neçə kilometrliyində yerləşən Barişa kəndi olub. ABŞ prezidenti Donald Tramp bildirib ki, əl-Bağdadi xüsusi əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi "kamikadze jileti" ilə özünü partladıb.[5] Əl-Bağdadinin yerini onun həbs olunan arvadlarından biri və kuryeri sorğu-sual zamanı xəbər verib.[6]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 ISIS leader al-Baghdadi confirmed dead after apparent suicide during U.S. operation: sources (ing.). FNC, 2019.
- ↑ Al Bagdadi // La Vanguardia, La Vanguardia (kat.). Barcelona: La Vanguardia Ediciones, 1881. 246170 nüs.; 205331 nüs. ISSN 1133-4835
- ↑ ABŞ Dövlət Departamentinin rəsmi saytı: Terrorist Designation of Ibrahim Awwad Ibrahim Ali al-Badri Arxivləşdirilib 2014-07-13 at the Wayback Machine
- ↑ Əl-Cəzirə: Detained man is not al-Qaeda in Iraq leader Arxivləşdirilib 2020-05-29 at the Wayback Machine
- ↑ "Tramp: "əl-Bağdadi it kimi gəbərdi, ağlayaraq, qışqıraraq özünü və uşaqlarını partlatdı"". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.
- ↑ "Əl-Bağdadinin yerini onun arvadlarından biri açdı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.