Ehmed Abasquliyev - Wikipedia
Əhməd Abasquliyev (tam adı Əhməd Əlibala oğlu Abasquliyev; 20 aprel 1919, Bakı – 20 iyun 2008, Bakı) — psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
Əhməd Abasquliyev | |
---|---|
Doğum tarixi | 20 aprel 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyun 2008 (89 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | Tibb elmlər doktor |
Elmi adı | |
Təhsili | |
Mükafatları | II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallar |
Həyatı
redaktəƏhməd Abasquliyev 1919-cu il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur.[1] 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alimdir. Əhməd Abasquliyev həmçinin İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. 2008-ci ilin iyun ayının 20-də Bakı şəhərində vəfat etmişdir.[2]
Yaradıcılığı
redaktəƏhməd Abasquliyev 1960–96-cı illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, 1996-cı ildən məsləhətçi professoru işləmişdir. 1961–96-cı illərdə Respublika Səhiyyə Nazirliyinin baş psixiatrı, 1962–80-ci illərdə Azərbaycan Nevropatoloqlar və Psixiatrlar Elmi Cəmiyyətinin sədri, 1980–96-cı illərdə Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, 1996–2008-ci illərdə isə fəxri prezidenti olmuşdur. Onun yaxından iştirakı ilə Azərbaycanın 8 rayon və şəhərində psixonevroloji dispanser və xəstəxanalar təşkil olunmuşdur. Tədqiqatları şizofreniyanın etiologiyasının, patogenezinin, alkoqolizmin tibbi problemlərinin öyrənilməsinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi təsisatlaın üzvü olmuş, konqreslərdə məruzələrlə çıxış etmişdir.[3]
Əsərləri
redaktə- O nekotorıx patoqenetiçeskix mexanizmax şizofrenii. M., 1967;
- İmmunoqenetiçeskie aspektı patoqeneza i polimorfizma şizofrenii (N. V. İsmayılov və başqaları ilə birlikdə). B., 1995.[3]
Mükafatları
redaktəƏ. Abasquliyev II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və medallarla təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Axundzadə, Dilbər. Müşfiqli Günlər (Azərbaycan dili) (Birinci nəşr). Bakı: Xan Nəşriyyatı. 2015. səh 124.
- ↑ 1 2 "ABBASQULİYEV Əhməd Əlibala oğlu". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 8. ISBN 978-9952-441-07-9.