Ehmed Kadirov - Wikipedia
Əhməd Əbdülhəmidoviç Kadırov (23 avqust 1951[1], Karaqanda – 9 may 2004[1][2], Qroznı, Çeçenistan) — Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının 1-ci dövlət başçısı.
Əhməd Kadırov | |
---|---|
çeçen. КъадиргӀеран Ӏабдулхьамидан Ахьмад-Хьаьж | |
Əvvəlki | Vəzifə təsis edilib |
Sonrakı | Sergey Abramov (i. e.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 avqust 1951[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 2004[1][2] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mina[3] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, ilahiyyatçı, mufti |
Atası | Əbdülhəmid Kadırov |
Uşağı | Ramzan Kadırov |
Dini | Sünni (İslam) |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Tanınır | Siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1951-ci ilin avqustun 23-də anadan olan Əhməd Əbdülhəmid oğlu Kadırov ailəsinin sürgün edildiyi Qazaxıstanın Karaqanda şəhərində doğulub. Kadırovlar ailəsi 1957-ci ilin aprel ayında Çeçenistan-İinquşetiya SSRİ-yə geri dönüb.
Çeçenistanın gələcək prezidenti 1971-ci ildə işləmək üçün Sibirə gedir. 1976-cı il oktyabrın 5-də onun övladı Ramzan doğulub. Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub. Daha əvvəl isə bir neçə il Çeçenistanın müftisi olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin tərəfinə keçib. Qazaxıstanın Qaraqanda şəhərində doğulan Kadırov Daşkənd İslam Universitetini və Mahaçqala Biznesin İdarə Edilməsi İnstitunu bitirib. Siyasi elmlər namizədidir.
2004-cü ildə o, üsyançıların törətdiyi terror hadisəsində öldürülüb.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Achmad al-Hadji Kadyrow // Munzinger Personen (alm.).
- ↑ 1 2 The Guardian (ing.). United Kingdom: GMG, 1821. ed. size: 107899 ISSN 0261-3077
- ↑ https://www.nytimes.com/2004/05/09/international/europe/chechen-president-is-killed-in-bombing-at-holiday.html.