Qrozni - Wikipedia
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala[4], qaraç.-balk. Süyünç-Qala[5]) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir.
Paytaxt | |
Qroznı | |
---|---|
Соьлжа-ГӀала Грозный | |
43°18′45″ şm. e. 45°41′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1818 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 130 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 8712 |
Poçt indeksi | 364000–364099 |
Digər | |
grozmer.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəŞəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala, çeç. Sölƶa-Ġala) adı verdilər. Daha sonra (1818 — 30 dekabr 1869 kimi) Qroznaya qalası (rus. Крепость Грозная), 30 dekabr 1869-cu ildən etibarən isə Qroznı (rus dilindən tərcüməsi vahiməyə basan, hədələyici, qorxuducu) olub. Çeçenistan yerli əhalisi arasında şəhərin adı Sölƶa-Ġala kimi də adlandırılır. 1998-1999-cu illərdə Çeçenistanın o vaxtkı hakimiyyəti olan Çeçen İçkeriya Respublikasının hakimiyyəti şəhərin adını dəyişərək mərhum çeçen lideri Cövhər Dudayevin şərəfinə Cövhər-Qala (çeç. Dƶovxar-Ġala) adlandırsa da, Çeçenistan Rusiyanın hakimiyyəti altına qayıtdıqdan sonra şəhər yenidən Qroznı adlanmağa başladı. 2005-ci ildə Çeçenistan parlamenti şəhərin adını dəyişərək Çeçenistanın digər mərhum lideri Əhməd Kadırovun şərəfinə Əhməd-Qala (çeç. Aẋmad-Ġala) adlandırmağı təklif etsə də, Çeçenistan lideri Ramzan Kadırov bu təklifi rədd etmişdi.
İqlim
redaktəQroznıda yay aylarında, tempratur bəzən kölgədə +35 °C ni ötür. Yağıntılar yayda qeyri-müntəzəmdir. Qroznı şimaldan gələn soyuq hava kütləsindən heç bir dağ massivi ilə qorunmur deyə qış aylarında şəhərin havası çox soyuq olur. Bəzən güclü şaxtalar olur (-20 C və daha aşağı). Yayda Qorznıda hava isti və quru keçir, bəzən temperatur +35 C dərəcəni keçir.
Qroznı üçün aylıq orta temperatur və yağıntı
|
Qardaşlaşmış şəhərlər
redaktəMəşhur şəxslər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ http://web.archive.org/web/20130801123356/http://www.grozmer.ru/doc/genplan.rar.
- ↑ https://web.archive.org/web/20210502131349/https://rosstat.gov.ru/storage/mediabank/MZmdFJyI/chisl_МО_Site_01-01-2021.xlsx.
- ↑ https://etokavkaz.ru/obshchestvo/10-mifov Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine Местные называют город, в переводе на русский, «Городом-на-Сунже» (Соьлжа-гӀала по-чеченски, Сююнч-къала по-кумыкски).
- ↑ http://www.academia.edu/25919615/%D0%A2%D1%8E%D1%80%D0%BA%D1%81%D0%BA%D0%B8%D0%B5_%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F_%D1%81%D0%B5%D0%B2%D0%B5%D1%80%D0%BE-%D0%BA%D0%B0%D0%B2%D0%BA%D0%B0%D0%B7%D1%81%D0%BA%D0%B8%D1%85_%D0%B3%D0%BE%D1%80%D0%BE%D0%B4%D0%BE%D0%B2 Arxivləşdirilib 2019-04-23 at the Wayback Machine Грозный - древнее название Сюйюнч-Къала, варианты Сюйюнчю Къала. Сюйюнчю радость, а Сюйюнчю-Сюйюмчю - обязательный подарок за сообщение радостной вести.