Ehmed Sencer - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (1084 və ya 1086, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097–1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118–1157-ci illər arasında Böyük Səlcuq Sultanı.
Sultan Əhməd Səncər | |
---|---|
fars. احمد سنجر | |
| |
Doğum tarixi | 1084 və ya 1086 |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 1157 |
Vəfat yeri | |
Vəfat səbəbi | dizenteriya |
Həyat yoldaşları | Tərkən Xatun, Rusudan |
Uşaqları | Gövhər Nəsəb xatun, Mahmələk xatun, Əmirə xatun, Məlikə xatun, Məlik Məlikşah, Məlik Toğrulşah |
Atası | Sultan Məlikşah |
Anası | Tacəddin xatun[1][2][3] |
Milliyyəti | Səlcuq-Oğuz-Qınıq türkü |
Dini | Sünni İslam |
Fəaliyyəti | siyasətçi |
Fəaliyyət illəri | 1097-1157 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəXaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir".[4] Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
1097-ci ildə Sultan Börküyarıq 12 yaşında olan qardaşı Əhməd Səncərə Mərv şəhərində mərkəzi olan Xorasan sultanlığını verdi.[1]
Səncər Farsda assassinləri məhv etmək üçün bir kampaniya apardı və onları Kuhistan və Təbəs də daxil olmaqla bir sıra qalalarından uğurla qovdu.[5] Sultan Səncər 1102-ci ildə Qaşqardan irəliləyən Arslan Xanı Termez civarında yendi.[6]
26 fevral 1105-ci ildə Sultan Börküyarıq öldü. Sultan olmaq üçün özünə varis kimi yaşı az olan oğlu Məlikşahı seçmişdi və o, II Məlikşah olaraq Səlcuq Sultanı oldu. Ancaq iqtidar, əmisi olan Təpərin əlində idi. O il keçmədən Təpər, II Məlikşahı taxtdan endirib Böyük Səlcuq Sultanı olaraq dövləti idarə etməyə başladı. Təpər 4 aprel 1118-ci ildə ölüncə Böyük Səlcuq Dövlətində taxt davası yenidən başladı. Təpərin yerinə İraqdakı oğlu II Mahmud Böyük Səlcuq Sultanı elan edildi.
Sultan Səncər qardaşlarının sağlığında Xorasan və ətrafında hakimiyyətdə olmuş, burdakı vassalların mərkəzi hakimiyyətə qarşı baş qaldırmaması üçün nəzarət etmişdir. Səlcuqlu imperiyasını şərqdən gələcək təhlükələrə qarşı qorumağa çalışmışdır. Şərqdə ən böyük problemlər talançı oğuzlar və günü-gündən qüdrətlənən Xarəzmşahlar dövləti idi. Xarəzm qədimdən mühüm ticarət və mədəniyyət mərkəzi olmuş zəngin bir ölkə olduğundan oranı idarə edən canişinlər də qısa müddətdə varlanaraq böyük siyasi nüfuz əldə edə bilirdilər.
Sultan Məhəmməd Təpərin ölümündən (1118-ci il) sonra Mahmud, onun qardaşları Məsud, Toğrul və əmisi Sultan Səncər arasında hakimiyyət uğrunda cəmi iki çəkəcək mübarizə başlandı. Sultan Səncər Sultan elan olundu, Mahmud isə bütün imperiyanın varisi kiçik Sultan təyin edildi. Öz oğlu Davudun adına Azərbaycanda və digər ərazilərdə xütbə oxunması haqqında əmr verən Mahmudun ölümündən (1131-ci il) sonra onun qardaşı Səlcuq da hakimiyyət uğrunda mübarizə aparmağa başladı. 1132-ci ildə Sultan Səncər Həmədan yaxınlığında Məsud və Səlcuqun birləşmiş qoşununu darmadağın etdi. Səlcuq şahın taleyi naməlum qaldı. Məsud qaçsa da, sonradan Sultan Səncər onu bağışladı. Məsud tezliklə Sultan Səncər tərəfindən vəliəhd elan olunmuş II Toğrulun tutduğu Azərbaycan ərazisinə yiyələndi.
Sultan Səncər əsas təhlükənin Şərqdən gələcəyini ehtimal edirdi. Nəhayət o Oğuzların talanlarına birdəfəlik son qoymaq üçün onların üzərinə yürüş edərək mühasirəyə ala bildi. Bu vaxt oğuzların tayfa başçıları Sultan Səncərin qarşısına gələrək aman dilədilər və ona böyük miqdarda xərac boyun oldular həmçinin xeyli əsir cavan oğlan da verməyi qəbul etdilər. Lakin öz qələbəsindən əmin olan Sultan Səncər bu şərtlərlə razılaşmadı. Oğuzlar Səncərin öz qərarında qəti olduğunu gördükdə böyük bir şücaətlə döyüşə atılaraq Səlcuq ordusunu məğlub edərək Sultan Səncəri əsir aldılar. Onlar Sultan Səncəri özləri ilə gəzdirərək Səlcuq imperiyasının şərqindəki şəhərləri qarət edir və Sultanın onlara başçılıq etdiyini deyirdilər. Sultan Səncər bir neçə dəfə qaçmağa müvəffəq olsa da oğuzlardan qurtula bilmədi. Onu heç kəs dəstəkləmirdi. Səlcuq imperiyasının şərqindəki vassallar öz dövlətlərini qüdrətləndirmək və yeni imperiya qurmaq istəyirdilər.
Heç kəsdən dəstək görməyən Sultan Səncər 1157-ci ildə əsirlikdə vəfat etdi.[4]
Ailəsi
redaktəSultan Səncərin həyat yoldaşı Türkan/Tərkən xatun idi.[7] O, Qaraxanlı sülaləsindən idi.[7][8] İkisinin bir-birini çox sevdiyi o zamanın qaynaqlarında qeyd edilirdi.[7] Səncərin qızlarından birisi Mahmələk xatun idi. O, 1105-ci ildə doğulmuşdu.
Türbəsi
redaktəSəncər, 1157-ci ildə öldü və Mərvdə dəfn edildi. Türbəsi, moqollar tərəfindən 1221-ci ildə Xarəzmşahlar İmperiyasına hücum zamanı dağıdıldı.[9]
Sultan Səncər və mədəniyyət
redaktə12 əsr Azərbaycan şairi Məhsəti Gəncəvi yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişdir. Fars dilində, əsasən, rübai janrında yazmışdır. Ədəbi irsi dövrümüzədək tam halda gəlib çatmamışdır. 13–15-ci əsrlərə aid cünk və təzkirələrdə iki yüzə yaxın rübaisi və bir neçə başqa lirik şeiri saxlanılmışdır. Yalnız öz dövründə deyil, sonralar da görkəmli rübai ustası kimi tanınmış, bu isə bəzən başqa sənətkarların rübailərinin də ona aid edilməsinə səbəb olmuşdur. Məhəbbət lirikası yaradıcılığında əsas yer tutur.
İstinadlar
redaktə- ↑ 1 2 TDV İslam Ensiklopediyası, 43-cü cild, 84-cü səhifə
- ↑ Massignon, Louis (1982). The Passion of al-Hallaj, Mystic and Martyr of Islam. Vol. 2. Translated by Mason, Herbert. Princeton University Press. p.162.
- ↑ Safi, Omid (2006). The Politics of Knowledge in Premodern Islam: Negotiating Ideology and Religious Inquiry. University of North Carolina Press. p. 67.
- ↑ 1 2 Fəzlullah Rəşidəddin Camüət-Təvarix Пер. с персидского О. И. Смирновой, редакция проф. А. А. Семенова |ссылка= http://zhurnal.lib.ru/k/konstantin_p/rashid2.shtml%7Cместо=[ölü keçid] М., Л.|издательство АН СССР, 1952|том= 1, кн. 2|страницы= 80 , Rusca
- ↑ Franzius, Enno (1969) History of the Order of Assassins Funk and Wagnalls, New York, p. 59, OCLC 23676
- ↑ Grousset, René (1970) The Empire of the Steppes Rutgers University Press, New Brunswick, New Jersey, USA, p. 159, ISBN 0-8135-0627-1
- ↑ 1 2 3 "Türk Tarihinde Terkenler" Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine (PDF). Pınar Sertkaya. Selçuk Üniversitesi. 2011. 4 sentyabr 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 sentyabr 2022.
- ↑ History of Civilizations of Central Asia. History of Civilizations of Central Asia. Unesco. 1998. p. 162. ISBN 978-92-3-103467-1.
- ↑ Saunders, John Joseph (1971). The History of the Mongol Conquests. University of Pennsylvania Press. p. 60.