Ehmed Xan Dunbili - Wikipedia
Əhməd xan Mürtəzaqulu xan oğlu Dünbili (1745-1786) — Xoy xanlığının hakimi (1763-1786).
Əhməd xan Dünbili | |
---|---|
Əhməd xan Dünbili | |
II Xoy xanı | |
1763 – 1786 | |
Əvvəlki | Şahbaz xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xoy, Əfşarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Xoy |
Dəfn yeri | Xoy |
Atası | Mürtəzaqulu xan |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | Şiə İslam |
Həyatı
redaktəDünbili tayfası tamamiylə türkləşmiş Kürd əsilli tayfadır. Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü.
Hakimiyyəti
redaktəXanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi.[1] Rusiya dövləti xanlığın artan nüfuzundan Osmanlınında istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdi[2]. Lakin rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Osmanlıya meyl edirdi. Hətta Osmanlı dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdi[3]. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi. Həmin elçilik qarşısında Sultandan kömək almaq məqsədi qoyulmuşdu[4].
Xoy, Təbriz və Naxçıvan xanlarının Bəyazid hakimi İsaq paşa vasitəsilə Osmanlı sultanından onlara başçı təyin edilməsi xahiş olunurdu. Bu xahişi nəzərə alan sultan onlara belə cavab vermişdir: "Biz ali məqamlı Xoy hakimi Əhməd xanı sizə başçı təyin edirik ki, birləşib ... qanuni düşmənimiz olan xristianlara qarşı birgə vuruşasınız.[5]
Ailəsi
redaktəƏhməd xanın Hüseynqulu xan, Cəfərqulu xan, Əmiraslan xan, Kazım bəy adlı oğlanları, Mahşərəf bəyim adlı qızı vardı. Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, Məhəmmədqulu xan Qasımlı-Avşar, Məhəmməd xan Ziyadlı-Qacar Əhməd xanın kürəkənləri idilər.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012
İstinadlar
redaktə- ↑ Dəlili H.Ə. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin II yarısı) Bakı, 1979, Leviatov V.N. İz istorii yujnıx xanstva Azərbaydjana II polovino XVIII v, Azərb. EA Məruzələri, 1946.
- ↑ Dəlili H.Ə. Göstərilən əsəri, Bakı, 1979, s. 131; Butkov Q.P. Göstərilən əsəri.s. 176.
- ↑ Butkov Q.P. Göstrərilən əsəri, c. 171; Dəlili H.Ə. Göstərilən əsəri, c. 131.
- ↑ Azərb. EA Tarix İnstitutunun elmi arxivi: inv. 1795/3/, c. 31.
- ↑ arxiv bilgiləri, 1 cild, s. 115.