Enver Memmedov - Wikipedia
Ənvər Məmmədov (tam adı: Ənvər Nazim oğlu Məmmədov, rus. Энвер Назимович Мамедов; 15 avqust 1923, Bakı – 7 sentyabr 2023[1], Moskva) — Azərbaycan-sovet diplomatı və jurnalisti, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini (1962–1985).
Ənvər Məmmədov | |
---|---|
Doğum tarixi | 15 avqust 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 2023[1] (100 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, diplomat |
Partiyası | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi.[2]
Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.
Fəaliyyəti
redaktəYeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.[3]
1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilmişdir. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləmişdir. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olmuşdur.[4]
1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir.
1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləmişdir. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləmişdir.[5]
1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olmuşdur.
1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilmişdir.
1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak etmişdir. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.[6]
1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləmişdir.
90 yaşı olmasına baxmayaraq, o, "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisi kimi çalışırdı. İngilis, alman, italyan və fransız dillərini bilirdi. Ənvər Məmmədov 7 sentyabr 2023-cü ildə 100 yaşında vəfat etmişdir.[7] 11 sentyabrda Troyekurov qəbiristanlığı'nda dəfn olunacaq.
Mükafatları
redaktə7 orden və 10 medalla təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 Məşhur azərbaycanlı diplomat və jurnalist 100 yaşında vəfat edib.
- ↑ "Atasını həbsxanada öldürdülər, haqqında Stalinə məruzə edildi, rus qızlara görə Sofi Loreni rədd etdi — Tolstoyun qohumu olan azərbaycanlı". 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ "Ənvər Məmmədov — SSRİ televiziyasını yaradan adam". 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ "Feldmarşal Paulyusu Nürnberq tribunalına təslim etmiş diplomat". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ "Suslovu susduran azərbaycanlı balası — Əfsanəvi televiziya rəhbəri Ənvər Məmmədov". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ Ənvər Məmmədov: 100 illik tarix bir şəxsin taleyində
- ↑ Ənvər Məmmədov 100 yaşında vəfat etdi
Xarici keçidlər
redaktə- "Kultura" telekanalında Ənvər Məmmədovun 90 illiyinə həsr olunmuş reportaj — 15. avqust 2013 Arxivləşdirilib 2013-10-23 at the Wayback Machine (rus.)
- Сагалаев: вся невероятная биография Энвера Мамедова — это приключения
- 85 лет исполнилось мэтру советского телевидения Энверу Назимовичу Мамедову Arxivləşdirilib 2008-10-07 at the Wayback Machine
- Валентин Фалин: вклад Энвера Мамедова в развитие радиовещания неоценим
- Энвер Мамедов отмечает юбилей. Фотолента
- Энвер Мамедов: "Я провел Паулюса через посты американской армии"
- Владимир Степанюк. Вехи истории главной редакции информации ЦТ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- 85 лет Энверу Мамедову. Это благодаря ему мы смотрим Штирлица и "Иронию судьбы"
- С руководством СССР Мамедов говорил без преклонения — Эдуард Сагалаев
- Энвер Мамедов всегда защищал людей, с которыми работал — Шевелев
- Энвер Мамедов: война и наша Победа — самые значимые для меня события Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine
- Нюрнберг вынес приговор фашизму
- Фантастический человек с невероятной биографией Arxivləşdirilib 2014-05-01 at the Wayback Machine
- Егоров В.В. Телевидение: Страницы истории. Глава IV. Взгляд по верхам… телевидения