Eremis - Wikipedia
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[1][2][3]
İrimis | |
---|---|
39°27′20″ şm. e. 46°05′57″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəDərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.[5]
Toponimi
redaktəErməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir[6]. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 14 nəfər, 1873-cü ildə 108 nəfər, 1886-cı ildə 150 nəfər, 1897-ci ildə 225 nəfər, 1908-ci ildə 327 nəfər, 1914-cü ildə 616 nəfər yalnız azərbaycanlı yaşamışdır[7]. 1917-ci ilin dekabrında ermənilər azərbaycanlıları qırğınlarla deportasiya etmiş, kəndi xarabalığa çevrilmişdir. 1918-ci ildə kəndin əhalisi tamamilə qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndi xaraba kənddir.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
- ↑ Зубарев Д.Е. Карабахская провинция. Обозрение. Спб.,. 1836.
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.104
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Иримис // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76–77, 146–147