Er Riyad - Wikipedia
Ər-Riyad (ərəb. الرياض) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi.
Ər-Riyad | |
---|---|
الرياض الخفجي | |
24°39′00″ şm. e. 46°42′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVIII əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 612 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 11564–12665 |
Digər | |
riyadh.sa/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir.[2]
Əhalisi
redaktəŞəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir.
Tarixi
redaktəPaytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.[2]
Sənayesi
redaktəŞəhərdə neft emalı, sement, yeyinti, toxuculuq, maşınqayırma sənaye müəssisələri, istilik və atom elektrik stansiyaları fəaliyyət göstərir.[2]
Təhsil
redaktəƏr-Riyadda bir neçə ali məktəb fəaliyyət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Ər-Riyad universiteti ölkənin ilk ali məktəbidir. Bu universitetdə təhsil ərəb və ingilis dillərindədir. Şəhərdə İslam universiteti də fəaliyyət göstərir. O da qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Эр-Риад (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
- ↑ 1 2 3 4 Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, s. 224