15 Iyul Sehidler Korpusu - Wikipedia
Boğaziçi körpüsü və ya Bosfor körpüsü (türk. Boğaziçi Köprüsü, Boğaz Köprüsü; ing. Bosphorus bridge, First Bosphorus Bridge) — Bosfor boğazı üzərindən salınan ilk asma körpü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.Körpünün uzunluğu 1560 metr, əsas aşırımın uzunluğu 1074 metr, körpünün eni 33 metr, suyun üstündə dayaqların hündürlüyü 165 metr, yoldan ötən hissədən suyun səthinə qədər 64 metrdir.Hər gün körpüdən təxminən 600 000 sərnişin daşıyan 200 000-dən çox nəqliyyat vasitəsi keçir. Uzunluğuna görə körpü dünyada 13-cü yerdədir. Körpüdən geçiş pulludur, piyada keçişi isə qadağandır (körpüdən özünü atıb intihar etməyə cəhd göstərənlərin sayının çoxluğu üzündən). Osmanlı İmperatorluğu dövründən bəri boğazı körpü ilə keçmək fikri Boğaziçi körpüsünün inşasına qədər illər ərzində tez-tez gündəmə gəlmişdir. Cümhuriyyətin ilk illərində varlı bir iş adamı olan Nuri Demirağ körpü üçün fərdi layihələr hazırladı və 1931-ci ildə San Fransiskoda Qızıl Qapı körpüsünü inşa edən Bethlehem Polad Şirkəti üçün bir layihə çəkdi.[1] Demirağın həyata keçirilməyən layihəsindən başqa, 1951-ci ildə bir alman şirkəti tərəfindən hazırlanan bir layihə də reallaşmadı.
Bosfor körpüsü | |
---|---|
türk. Boğaziçi Köprüsü | |
41°03′00″ şm. e. 29°01′48″ ş. u.HGYO | |
Keçid | avtomobillər üçün |
Yeri | İstanbul |
Üslubu | Asma körpü |
Material | metal |
Uzunluğu | 1,560 m (5,118 ft) |
Eni | 33.40 m (110 ft) |
Hündürlüyü | 165 m (541 ft) |
Memar |
Ser Gilbert Roberts Uilyam Braun |
Açılışı | 30 oktyabr 1973 |
Vikianbarda əlaqəli mediafayllar |
Körpünün tikintisi
redaktəDövlət 1953-cü ildə edilən bir araşdırmadan sonra körpünün inşasında maraqlı oldu. Marşrutu müəyyənləşdirmək üçün işlər aparıldı. Beylerbeyi ilə Ortaköy arasında qərar verildi. Bu mərhələdən sonra tenderlər keçirilməyə başladı. Alınan ilk təkliflər texniki, iqtisadi və estetik baxımdan qiymətləndirilmədi. 27 may 1960-cı ildə hərbi müdaxilə səbəbi ilə körpü layihəsi dayandırıldı. 1968-ci ildə indiki körpünün inşası üçün Freeman, Fox və Partners şirkətinin dizaynı qəbul edildi. Körpünün tikintisi isə ingilis şirkəti olan Cleveland Bridge and Eng. Co və Almaniya şirkəti Hochtief A.G.a verildi.[2] Körpü üçün müqavilə 20 yanvar 1970-ci ildə Baş Nazir Süleyman Dəmirəlin də iştirak etdiyi iclasında imzalanmışdır. Haliçə üçüncü körpü, dairəvi yol, boğaz körpüsünün inşası üçün işlərə təxminən o dövrün pulu ilə 2,1 milyard TL xərcləndi. Vəsait Avropa İnvestisiya Bankından, tərəfdaş bazar ölkələrindən və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankından kreditlər hesabına götürüldü. Körpünün təməli 20 fevral 1970-ci ildə o zamankı prezident Cevdet Sunay tərəfindən qoyulmuşdur.
Açılışı
redaktəBoğaz körpüsünün inşasının hər bir addımı daxili mətbuat tərəfindən maraqla izlənildi və ictimaiyyətə elan edildi. İnşaat prosesindən sonra son hazırlıqlar və yoxlamalar edildi, körpü 30 oktyabr 1973-cü ildə, saat 12:00 -da Türkiyə Respublikasının quruluşunun 50-ci ildönümü şərəfinə dövlət mərasimiylə istismara verildi. Təzəlikcə vəzifəyə başlayan Fahri Korutürk tərəfindən açılan körpü dövrün ən böyük körpülərindən biri oldu. Körpünün açılış mərasimində dövrün Baş naziri Naim Talu, İsmayıl Hakkı Tekinel, ictimai işlər naziri Nurettin Ok, İstanbul valisi Namik Kamal Sentürk, Bələdiyyə Başçısı Fahri Atabey, eləcə də onlarla ölkədən çox sayda mətbuat nümayəndəsi iştirak etdi. Mərasimi izləmək üçün on minlərlə İstanbullu Ortaköy və Beylerbeyi rayonlarında yüksək yerlərə qalxdılar.
Açıldığı gün 28126 nəqliyyat vasitəsi körpüdən keçdi və ilk 10 il ərzində 9500 yol qəzası baş verdi.[3] Bunlardan birincisi elə ilk gündə Faruk Attila Ortakoy adlı vətəndaş maşınla vurulmuş və ayağından xəsarət almışdır. İlk dəfə açıldığı zaman körpünün qiyməti maşınlar üçün 10, piyadalar üçün 1 lirə idi. Əvvəlcə piyada keçidi üçün açıq olan körpüdə ilk intihar hadisəsi 14 yanvar 1975-ci ildə Əli və Esma Cennet adlı cütlüyün özlərini suya atması ilə oldu. Boğaziçi körpüsü dörd il ərzində piyadalar üçün açıq idi, lakin intihar cəhdlərinin artması və qəzalar səbəbindən təhlükəsizlik səbəbi ilə 1 dekabr 1977-ci ildən sonra piyadalara icazə verilmədi. 1979-cu ildə ilk dəfə qitələrarası marafon təşkil edildi. Bu tarixdən sonra ənənəvi yarış Avrasiya Marafonu adlandırıldı. 29 dekabr 1997-ci ildə Boğaziçi körpüsündən 1 milyardıncı nəqliyyat vasitəsi keçdi.[3]
Bu gün İstanbulun iki tərəfi arasındakı keçidlərdə ən böyük paya sahib olan Boğaziçi Körpüsü, həftənin müəyyən vaxtlarında yüksək nəqliyyat sıxlığına sahibdir. Körpüdə nəqliyyat vasitələrinin sıxlığını azaltmaq üçün, IETT, Boğaziçi Körpüsündən istifadə edən 20 avtobus xəttinə əlavə olaraq Avcılar-Zincilikuyu arasında Söğütlüçeşmeyə gedən metrobüs xəttini istifadəyə verdi.[4] Körpüdə ictimai nəqliyyatın payını artırmaq və xüsusi nəqliyyat vasitələrinin keçid sayını azaltmaq üçün edilən həmlə səbəbindən körpü gəlirləri ilk dəfə 2009-cu ildə azaldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Boğaziçi körpüsü: İlk keçiş. İstanbul: Doğan Burada. 2008. səh. 120.
- ↑ Köprüden geçti zaman. İstanbul. 1993. səh. 75.
- ↑ 1 2 "Gerdanlık 30 yaşında" (türk. ). www.radikal.com.tr. 2015-02-06 tarixində arxivləşdirilib.
- ↑ "Metrobüs bu gün Kadıköyde" (türk. ). www.haberturk.com. 2010-02-11 tarixində arxivləşdirilib.