2019 Avroviziya Mahni Musabiqesi - Wikipedia
2019 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2019; fr. Concours Eurovision de la chanson 2019) — sayca 64-cü Avroviziya Mahnı Müsabiqəsidir. Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. 1979 və 1999-cu ildən sonra bu İsraildə keçirilən üçüncü Avroviziya müsabiqəsidir. İsrailin paytaxtı olan Qüds şəhəri iki dəfə müsabiqəyə ev sahibliyi etmiş olsa da, Avropa Yayım İttifaqı və IBPC telekanalının birgə qərarı ilə Avroviziya 2019-a ev sahibliyi üçün liman şəhəri olan Tel-Əviv seçilmişdir. Müsabiqə Expo Tel Aviv arenasında, "Dare to Dream" (ing. Xəyal etməyə cəsarət et) şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur. Erez Tal, Bar Rafaeli, Assi Azar və Lüsi Əyyub müsabiqəyə aparıcılıq etmişdir[2].
2019 Avroviziya Mahnı Müsabiqəsi "Dare to Dream" "azərb. Xəyal Etməyə Cəsarət Et" | |
---|---|
I yarımfinal | 14 may 2019 |
II yarımfinal | 16 may 2019 |
Final | 18 may 2019 |
Aparıcı(lar) | Erez Tal Bar Rafaeli Assi Azar Lüsi Əyyub |
Direktor | Yon Ola Sand |
Kanal | IPBC (KAN) |
Keçirilən yer | Expo Tel Aviv, Tel-Əviv, İsrail |
Qalib mahnı | Niderland "Arcade" |
Seçki sistemi | 50% telesəsvermə 50% münsif səsverməsi |
İştirakçıların sayı | 41 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Bolqarıstan Ukrayna[1] |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2018 2020 ► |
7 noyabr 2018-ci il tarixində Avropa Yayım İttifaqı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da 42 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2018-ci ildə Avroviziyada iştirak edən ölkələrdən Bolqarıstan maliyyə problemləri səbəbindən Tel Əvivdə keçirilən müsabiqədə iştirak etməyəcək. 27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdir.
18 may tarixində baş tutan final şousunda Niderland təmsilçisi Dankan Lourens ifa etdiyi "Arcade" mahnısı ilə 498 xal toplayaraq qalib gəlmişdir. Bu Niderlandın Avroviziyada 5-ci qalibiyyəti olmuşdur.
Keçirildiyi yer
redaktəNetta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır.
Məkan
redaktəMüsabiqə 2015-ci ilin yanvar ayında təmirinin başa çatdırıldığı və 10,000 nəfəri qəbul edə biləcək olan Tel-Əviv Konqres mərkəzində keçirilmişdir. Tel-Əviv şəhərinin şimalında, Rokax bulvarında yerləşən məkanda müxtəlif konsertlər, sərgilər, toplantılar və s. keçirilir. 2018-ci ilin aprel ayında məkan 44 ölkənin iştirak etdiyi Avropa Cüdo Çempionatına ev sahibliyi etmişdir.
Tender mərhələsi
redaktəAvroviziya 2018-də qələbə qazandıqdan sonra səhnədə Netta Barzilay 2019 Avroviziya Mahnı Müsabiqəsinin paytaxt Qüdsdə keçiriləcəyini elan etmişdir. İsrailin baş naziri Benyamin Netanyahu da öz Twitter hesabından Avroviziyanın Qüdsdə keçiriləcəyini qeyd etmişdir.[3][4] Lakin bu qərar Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hələ ki, öz təsdiqini tapmayıb.
İsrailin maliyyə naziri Moşe Kaxlon Maariv qəzetinə müsahibədə müsabiqənin yalnız Qüdsdə keçirilə biləcəyini vurğulamış və müsabiqənin dəyərinin 120 milyon Yeni İsrail şekeli olacağını qeyd etmişdir. Qüds meri Nir Barkat müsabiqənin 1979 və 1999-cu illərdə keçirildiyi Beynəlxalq Konvensiya mərkəzinin Avroviziya 2019 üçün çox kiçik olduğunu bildirərək, Teddy Stadium və eyni zamanda Jerusalem Arenanı müsabiqə üçün uyğun görmüşdür.[5]
Müsabiqə üçün nəzərdə tutulan digər arena isə Təl-Əvivdə yerləşən Menora Mivtachim Arena olsa da, şəhər meri Ron Hulday Təl-Əvivin Avroviziya 2019-a ev sahibliyi etməyəcəyini açıqlamışdır. Digər mümkün məkanlar isə Hayfada yerləşən Sammy Ofer Stadium və Beer-Şevada yerləşən Turner Stadiumdur. Lakin hər iki stadionun tavanı yoxdur və müsabiqənin qaydalarını görə müsabiqə qapalı arenada keçirilməlidir.
Şəhər | Arena | Tutum | Qeyd |
---|---|---|---|
Beer-Şeva | Turner Stadium | 16,126 | Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi. |
Eylat | Limandakı anqarlar | 10,000 | Təklif iki anqarın birləşdirilərək bir stadion yaradılmasına və beləliklə AYİ-nin şərtlərinə uyğun olmasına bağlı idi. |
Hayfa | Sammy Ofer Stadium | 30,870 | Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi. |
Qüds | Teddy Stadium | 31,733 | Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi. |
Jerusalem Arena | 15,654 | — | |
Təl-Əviv | Expo Tel Aviv | 9,000 | — |
Format
redaktəYarımfinallara bölünmə səbətləri
redaktəİştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədilə 28 yanvar 2019 tarixində Assi Azar və Lüsi Əyyubun aparıcılığında Tel-Əvivdə püşkatma keçirilmişdir.
Püşkatmanın ilk mərhələsində ev sahibi-ölkə İsrail və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri təyin olunmuşdur. Birinci yarımfinalda 17, ikinci yarımfinalda isə 18 ölkə iştirak etmişdir. Hər yarımfinalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' də daxil olmaqla cəmi 26 ölkə finalda iştirak etmişdir. AYİ, 26 yanvar 2019 tarixində yarışmanın rəsmi telesəsvermə üzrə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.
1-ci Səbət | 2-ci Səbət | 3-cü Səbət | 4-cü Səbət | 5-ci Səbət | 6-cı Səbət |
---|---|---|---|---|---|
- ↑ Ukrayna püşkatmadan bir ay sonra müsabiqədə iştirakını dayandırdı.
İnterval aktlar
redaktə16 may 2019-cu il tarixdə AYİ Madonnanın Quavo ilə birlikdə Avroviziya finalında səhnə alacağını elan etmişdir. Birinci yarımfinalın açılışını Netta Barzilay "Toy" mahnısın yeni versiyası ilə etmişdir. İnterval akt olaraq isə Avroviziya 1998-in qalibi Dana International "Just the Way You Are" mahnısı ilə çıxış etmişdir. İkinci yarımfinalda əlillərdən təşkil olunmuş Shalva band "Million Dreams" mahnısı ilə səhnə almışdırlar. Finalda Madonna və Quavo ilə yanaşı keçmiş Avroviziya ulduzları Konçita Vurst, Mons Selmerlöv, Eleni Fureyra, Verka Serdyuçka, Qali Atari, Ilanit, Dana International, Nadav Qedj və Netta Barzilay çıxış etmişdir. Finalda eyni zamanda dünyaca məşhur İsrail aktrisası və modeli Qal Qadot da yer almışdır.[6][7][8][9]
İştirakçı ölkələr
redaktə41 ölkənin iştirak etdiyi Avroviziya 2019 otuz beş ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda on yeddi, ikinci yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi İsrail müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
Yenidən iştirak edən ifaçılar
redaktə- Rusiya təmsilçisi Sergey Lazarev daha öncə 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 3-cü yerə layiq görülmüşdür.
- San-Marino təmsilçisi Serhat daha öncə Avroviziya 2016-da ölkəni təmsil etmişdir.
- Şimali Makedoniya təmsilçisi Tamara Todevska daha öncə 2008 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmişdir. O, eyni zamanda 2004-cü ildə Toşe Proeskini, 2014-cü ildə isə bacısı Tiyana Dapçeviçi səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.
- Macarıstan təmsilçisi Yoçi Papai daha öncə 2017 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 8-ci yeri tutmuşdur.
- Serbiya təmsilçisi Nevena Bojoviç daha öncə Moje 3 qrupunun üzvü kimi 2013 Avroviziya Mahnı Müsabiqəsində Serbiyanı təmsil etmişdir.
- Litva təmsilçisi Yuriyus daha öncə 2013 və 2015-ci illərdə Litva təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşaiət etmişdir.
1-ci yarımfinal
redaktə14 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İsrail və İspaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə[10] | Dil | Müğənni(lər)[10] | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Kipr | İngiliscə | Tamta | "Replay" | Təkrar oynat | 9 | 149 |
02 | Monteneqro | İngiliscə | D mol | "Heaven" | Cənnət | 16 | 46 |
03 | Finlandiya | İngiliscə | Darude ilə Sebastian Reyman | "Look Away" | Üz döndər | 17 | 23 |
04 | Polşa | Polyakca, İngiliscə | Tulia | "Fire of Love (Pali się)" | Sevgi atəşi (Yan) | 11 | 120 |
05 | Sloveniya | Slovencə | Zala Kraly və Qaşper Şantl | "Sebi" | Özünə | 6 | 167 |
06 | Çexiya | İngiliscə | Lake Malawi | "Friend of a Friend" | Dostumun dostu | 2 | 242 |
07 | Macarıstan | Macarca | Yoçi Papai | "Az én apám" | Mənim atam | 12 | 97 |
08 | Belarus | İngiliscə | ZENA | "Like It" | Bəyən | 10 | 122 |
09 | Serbiya | Serbcə, İngiliscə | Nevena Bojoviç | "Kruna" (Круна) | Tac | 7 | 156 |
10 | Belçika | İngiliscə | Eliot | "Wake Up" | Oyan | 13 | 70 |
11 | Gürcüstan | Gürcücə, Abxazca[q 1] | Oto Nemsadze | "Keep On Going" | İrəliləməyə davam et | 14 | 62 |
12 | Avstraliya | İngiliscə | Keyt Miller-Haydki | "Zero Gravity" | Sıfır cazibə | 1 | 261 |
13 | İslandiya | İslandca | Hatari | "Hatrið mun sigra" | Nifrət qalib gələcək | 3 | 221 |
14 | Estoniya | İngiliscə | Viktor Kron | "Storm" | Fırtına | 4 | 198 |
15 | Portuqaliya | Portuqalca | Konan Oziriş | "Telemóveis" | Mobil telefonlar | 15 | 51 |
16 | Yunanıstan | İngiliscə | Katerina Duska | "Better Love" | Daha yaxşı sevgi | 5 | 185 |
17 | San-Marino | İngiliscə, Türkcə | Serhat | "Say Na Na Na" | Na na na de | 8 | 150 |
- ↑ Mahnının adı ingiliscə olsa da, mahnı gürcü dilində ifa edilmişdir.
2-ci yarımfinal
redaktə16 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniya və İtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə[11] | Dil | Müğənni(lər)[11] | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Ermənistan | İngiliscə | Srbuk | "Walking Out" | Çölə çıxmaq | 16 | 49 |
02 | İrlandiya | İngiliscə | Sara MakTernan | "22" | - | 18 | 16 |
03 | Moldova | İngiliscə | Anna Odobesku | "Stay" | Qal | 12 | 85 |
04 | İsveçrə | İngiliscə | Luka Henni | "She Got Me" | Məni tutdu | 4 | 232 |
05 | Latviya | İngiliscə | Carousel | "That Night" | O gecə | 15 | 50 |
06 | Rumıniya | İngiliscə | Ester Peoni | "On a Sunday" | Bazar günündə | 13 | 71 |
07 | Danimarka | İngiliscə, Fransızca, Danca, Almanca |
Leonora | "Love is Forever" | Sevgi əbədidir | 10 | 94 |
08 | İsveç | İngiliscə | Con Lundvik | "Too Late for Love" | Sevgi üçün çox gec | 3 | 238 |
09 | Avstriya | İngiliscə | Paenda | "Limits" | Hüdudlar | 17 | 21 |
10 | Xorvatiya | İngiliscə, Xorvatca | Roko Blajeviç | "The Dream" | Yuxu | 14 | 64 |
11 | Malta | İngiliscə | Mikela Paç | "Chameleon" | Buqələmun | 8 | 157 |
12 | Litva | İngiliscə | Yuriy Veklenko | "Run with the Lions" | Şirlərlə qaç | 11 | 93 |
13 | Rusiya | İngiliscə | Sergey Lazarev | "Scream" | Qışqırıq | 6 | 217 |
14 | Albaniya | Albanca | Yonida Maliçi | "Ktheju tokës" | Vətəninə dön | 9 | 96 |
15 | Norveç | İngiliscə, Şimali Saamca | KEiiNO | "Spirit in the Sky" | Səmadakı ruh | 7 | 210 |
16 | Niderland | İngiliscə | Dankan Lourens | "Arcade" | Arkada | 1 | 280 |
17 | Şimali Makedoniya | İngiliscə | Tamara Todevska | "Proud" | Məğrur | 2 | 239 |
18 | Azərbaycan | İngiliscə | Çingiz Mustafayev | "Truth" | Həqiqət | 5 | 224 |
Final
redaktəFinalçılar:
- "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
- Ev sahibi ölkə (İsrail);
- Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr;
- İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.
18 may tarixində keçirilən final mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Niderland təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
№ | Ölkə[12] | Dil | Müğənni[12] | Mahnı | Tərcümə | Yer[13] | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Malta | İngiliscə | Mikela Paç | "Chameleon" | Buqələmun | 14 | 107 |
02 | Albaniya | Albanca | Yonida Maliçi | "Ktheju tokës" | Vətəninə dön | 17 | 90 |
03 | Çexiya | İngiliscə | Lake Malawi | "Friend of a Friend" | Dostumun dostu | 11 | 157 |
04 | Almaniya | İngiliscə | S!sters | "Sister" | Bacı | 25 | 24 |
05 | Rusiya | İngiliscə | Sergey Lazarev | "Scream" | Qışqırıq | 3 | 370 |
06 | Danimarka | İngiliscə, Fransızca, Danca, Almanca |
Leonora | "Love is Forever" | Sevgi əbədidir | 12 | 120 |
07 | San-Marino | İngiliscə, Türkcə | Serhat | "Say Na Na Na" | Na na na de | 19 | 77 |
08 | Şimali Makedoniya | İngiliscə | Tamara Todevska | "Proud" | Məğrur | 7 | 305 |
09 | İsveç | İngiliscə | Con Lundvik | "Too Late for Love" | Sevgi üçün çox gec | 5 | 334 |
10 | Sloveniya | Slovencə | Zala Kraly və Qaşper Şantl | "Sebi" | Özünə | 15 | 105 |
11 | Kipr | İngiliscə | Tamta | "Replay" | Təkrar oynat | 13 | 109 |
12 | Niderland | İngiliscə | Dankan Lourens | "Arcade" | Arkada | 1 | 498 |
13 | Yunanıstan | İngiliscə | Katerina Duska | "Better Love" | Daha yaxşı sevgi | 21 | 74 |
14 | İsrail (ev sahibi-ölkə) | İngiliscə | Kobi Marimi | "Home" | Ev | 23 | 35 |
15 | Norveç | İngiliscə, Şimali Saamca | KEiiNO | "Spirit in the Sky" | Səmadakı ruh | 6 | 331 |
16 | Böyük Britaniya | İngiliscə | Maykl Rays | "Bigger than Us" | Bizdən daha böyük | 26 | 11 |
17 | İslandiya | İslandca | Hatari | "Hatrið mun sigra" | Nifrət qalib gələcək | 10 | 232 |
18 | Estoniya | İngiliscə | Viktor Kron | "Storm" | Fırtına | 20 | 76 |
19 | Belarus | İngiliscə | ZENA | "Like It" | Bəyən | 24 | 31 |
20 | Azərbaycan | İngiliscə | Çingiz Mustafayev | "Truth" | Həqiqət | 8 | 302 |
21 | Fransa | Fransızca, İngiliscə | Bilal Həsəni | "Roi" | Kral | 16 | 105 |
22 | İtaliya | İtalyanca, Ərəbcə | Mahmud | "Soldi" | Pul | 2 | 472 |
23 | Serbiya | Serbcə, İngiliscə | Nevena Bojoviç | "Kruna" (Круна) | Tac | 18 | 89 |
24 | İsveçrə | İngiliscə | Luka Henni | "She Got Me" | Məni tutdu | 4 | 364 |
25 | Avstraliya | İngiliscə | Keyt Miller-Haydki | "Zero Gravity" | Sıfır qravitasiya | 9 | 284 |
26 | İspaniya | İspanca | Miki | "La venda" | Sarğı | 22 | 54 |
Nəticələr
redaktə1-ci yarımfinal
redaktə1-ci yarımfinal | ||||||
---|---|---|---|---|---|---|
Yer | SMS səsvermə | Xal | Münsif | Xal | ||
1 | İslandiya | 151 | Çexiya | 157 | ||
2 | Avstraliya | 140 | Yunanıstan | 131 | ||
3 | Estoniya | 133 | Avstraliya | 121 | ||
4 | San-Marino | 124 | Kipr | 95 | ||
5 | Sloveniya | 93 | Serbiya | 91 | ||
6 | Çexiya | 86 | Belarus | 78 | ||
7 | Serbiya | 65 | Sloveniya | 74 | ||
8 | Polşa | 60 | İslandiya | 70 | ||
9 | Yunanıstan | 54 | Macarıstan | 65 | ||
10 | Kipr | 54 | Estoniya | 65 | ||
11 | Belarus | 44 | Polşa | 60 | ||
12 | Portuqaliya | 43 | Belçika | 50 | ||
13 | Gürcüstan | 33 | Monteneqro | 31 | ||
14 | Macarıstan | 32 | Gürcüstan | 29 | ||
15 | Belçika | 20 | San-Marino | 26 | ||
16 | Monteneqro | 15 | Finlandiya | 9 | ||
17 | Finlandiya | 14 | Portuqaliya | 8 |
12 xallar
redaktəMünsif səsverməsi
redaktəAşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:
Say | İştirakçı ölkə | 12 xal verən ölkələr |
---|---|---|
5 | Avstraliya | Belçika, Finlandiya, İslandiya, İspaniya, Polşa |
Çexiya | Avstraliya, Estoniya, Gürcüstan, Portuqaliya, Sloveniya | |
4 | Yunanıstan | İsrail, Kipr, Monteneqro, San-Marino |
1 | Belarus | Macarıstan |
Estoniya | Belarus | |
İslandiya | Fransa | |
Kipr | Yunanıstan | |
Monteneqro | Serbiya | |
Sloveniya | Çexiya |
SMS səsverməsi
redaktəAşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:
Say | İştirakçı ölkə | 12 xal verən ölkələr |
---|---|---|
4 | İslandiya | Avstraliya, Belarus, Finlandiya, Polşa |
3 | San-Marino | Çexiya, Gürcüstan, Macarıstan |
2 | Estoniya | Belçika, Portuqaliya |
Portuqaliya | Fransa, İspaniya | |
Serbiya | Monteneqro, Sloveniya | |
Yunanıstan | Kipr, San-Marino | |
1 | Avstraliya | İsrail |
Çexiya | İslandiya | |
Finlaniya | Estoniya | |
Kipr | Yunanıstan | |
Macarıstan | Serbiya |
2-ci yarımfinal
redaktə2-ci yarımfinal | ||||||
---|---|---|---|---|---|---|
Yer | SMS səsvermə | Xal | Münsif | Xal | ||
1 | Norveç | 170 | Şimali Makedoniya | 155 | ||
2 | Niderland | 140 | İsveç | 150 | ||
3 | İsveçrə | 137 | Niderland | 140 | ||
4 | Rusiya | 124 | Malta | 107 | ||
5 | Azərbaycan | 121 | Azərbaycan | 103 | ||
6 | İsveç | 88 | İsveçrə | 95 | ||
7 | Şimali Makedoniya | 84 | Rusiya | 93 | ||
8 | Litva | 77 | Moldova | 58 | ||
9 | Albaniya | 58 | Danimarka | 53 | ||
10 | Malta | 50 | Rumıniya | 47 | ||
11 | Danimarka | 41 | Norveç | 40 | ||
12 | Xorvatiya | 38 | Albaniya | 38 | ||
13 | Moldova | 27 | Latviya | 37 | ||
14 | Rumıniya | 24 | Xorvatiya | 26 | ||
15 | Ermənistan | 23 | Ermənistan | 26 | ||
16 | Latviya | 13 | Avstriya | 21 | ||
17 | İrlandiya | 3 | Litva | 16 | ||
18 | Avstriya | 0 | İrlandiya | 13 |
12 xallar
redaktəMünsif səsverməsi
redaktəAşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:
Say | İştirakçı ölkə | 12 xal verən ölkələr |
---|---|---|
7 | İsveç | Avstriya, Danimarka, Ermənistan, İrlandiya, Latviya, Niderland, Norveç |
4 | Şimali Makedoniya | Albaniya, Almaniya, Böyük Britaniya, Xorvatiya |
3 | Niderland | İsveçrə, Litva, Malta |
2 | Rumıniya | Moldova, Rusiya |
1 | Albaniya | Şimali Makedoniya |
Danimarka | İtaliya | |
İsveçrə | İsveç | |
Moldova | Rumıniya | |
Rusiya | Azərbaycan |
SMS səsverməsi
redaktəAşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:
Say | İştirakçı ölkə | 12 xal verən ölkələr |
---|---|---|
4 | Norveç | Albaniya, Danimarka, İsveç, Niderland |
3 | Albaniya | İsveçrə, İtaliya, Şimali Makedoniya |
İsveçrə | Almaniya, Avstriya, Malta | |
Litva | Böyük Britaniya, İrlandiya, Norveç | |
Rusiya | Azərbaycan, Ermənistan, Latviya | |
1 | Azərbaycan | Rusiya |
Latviya | Litva | |
Moldova | Rumıniya | |
Rumıniya | Moldova | |
Şimali Makedoniya | Xorvatiya |
Final
redaktəFinal | ||||||
---|---|---|---|---|---|---|
Yer | SMS səsvermə | Xal | Münsif | Xal | ||
1 | Norveç | 291 | Şimali Makedoniya | 247 | ||
2 | Niderland | 261 | İsveç | 241 | ||
3 | İtaliya | 253 | Niderland | 237 | ||
4 | Rusiya | 244 | İtaliya | 219 | ||
5 | İsveçrə | 212 | Azərbaycan | 202 | ||
6 | İslandiya | 186 | Avstraliya | 153 | ||
7 | Avstraliya | 131 | İsveçrə | 152 | ||
8 | Azərbaycan | 100 | Çexiya | 150 | ||
9 | İsveç | 93 | Rusiya | 126 | ||
10 | San-Marino | 65 | Malta | 87 | ||
11 | Sloveniya | 59 | Kipr | 77 | ||
12 | Şimali Makedoniya | 58 | Danimarka | 69 | ||
13 | Serbiya | 54 | Fransa | 67 | ||
14 | İspaniya | 53 | Yunanıstan | 50 | ||
15 | Danimarka | 51 | İslandiya | 46 | ||
16 | Estoniya | 48 | Sloveniya | 46 | ||
17 | Albaniya | 47 | Albaniya | 43 | ||
18 | Fransa | 38 | Norveç | 40 | ||
19 | İsrail | 35 | Serbiya | 35 | ||
20 | Kipr | 32 | Estoniya | 28 | ||
21 | Yunanıstan | 24 | Almaniya | 24 | ||
22 | Malta | 20 | Belarus | 18 | ||
23 | Belarus | 13 | San-Marino | 12 | ||
24 | Çexiya | 7 | Böyük Britaniya | 8 | ||
25 | Böyük Britaniya | 3 | İspaniya | 1 | ||
26 | Almaniya | 0 | İsrail | 0 |
12 xallar
redaktəMünsif səsverməsi
redaktəAşağıdakı cədvəldə iştirak edən bütün ölkələrin peşəkar münsiflər heyətinin finalda iştirak edən ölkələrə verdiyi maksimum 12 xallar göstərilmişdir:
Say | İştirakçı ölkə | 12 xal verən ölkələr |
---|---|---|
10 | İsveç | Avstraliya, Çexiya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, İrlandiya, İslandiya, İspaniya, Niderland |
6 | İtaliya | Almaniya, Belçika, Malta, San-Marino, Şimali Makedoniya, Xorvatiya |
Niderland | Fransa, İsrail, İsveç, Latviya, Litva, Portuqaliya | |
Şimali Makedoniya | Albaniya, Avstriya, Böyük Britaniya, İsveçrə, Moldova, Serbiya | |
4 | Çexiya | Gürcüstan, Macarıstan, Norveç, Sloveniya |
2 | Avstraliya | Polşa, Rumıniya |
1 | Azərbaycan | Rusiya |
Danimarka | İtaliya | |
Kipr | Yunanıstan | |
Malta | Belarus | |
Rusiya | Azərbaycan | |
Serbiya | Monteneqro | |
Yunanıstan | Kipr |
SMS səsverməsi
redaktəAşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finalda iştirak edən ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:
Say | İştirakçı ölkə | 12 xal verən ölkələr |
---|---|---|
11 | Rusiya | Albaniya, Azərbaycan, Belarus, Çexiya, Ermənistan, Estoniya, İsrail, Latviya, Litva, Moldova, San-Marino |
8 | Norveç | Almaniya, Avstraliya, Böyük Britaniya, Danimarka, İrlandiya, İslandiya, İsveç, Niderland |
4 | İtaliya | İspaniya, İsveçrə, Malta, Xorvatiya |
3 | İslandiya | Finlandiya, Macarıstan, Polşa |
2 | Albaniya | İtaliya, Şimali Makedoniya |
Kipr | Gürcüstan, Yunanıstan | |
Niderland | Belçika, Rumıniya | |
Şimali Makedoniya | Serbiya, Sloveniya | |
1 | Azərbaycan | Rusiya |
İspaniya | Portuqaliya | |
İsrail | Fransa | |
İsveç | Norveç | |
İsveçrə | Avstriya | |
Serbiya | Monteneqro | |
Yunanıstan | Kipr |
Digər ölkələr
redaktəAşağıda göstərilən ölkələrin 2019-cu ildə Avroviziyada iştirak etməyəcəkləri təsdiqlənmişdir.
Avropa Yayım İttifaqına üzv ölkələr
redaktə- Andorra – On il ərzində Avroviziyaya qatılmamasına baxmayaraq, Andorra mətbuatı RTVA telekanalının müsabiqəyə qayıtmaq niyyətində olmasını elan etmişdir. Lakin bu cırtdan ölkənin müsabiqədə bir-birini izləyən uğursuz nəticələri və eyni zamanda maliyyə çətinlikləri telekanalı Avroviziyada iştirakdan çəkindirmişdir. Müsabiqəyə geri dönüş üçün RTVA Andorra Hökumətindən maliyyələşdirmə tələb etmişdir.[14] May ayının 19-da Andorra telekanalı ölkənin 2019-cu ildə Avroviziyada iştirakının baş tutmayacağını bildirmişdir.[15] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
- Bolqarıstan — Bolqarıstan Milli Televiziyası (BNT), 2019 Avroviziya Mahnı Müsabiqəsində ilkin iştirakını təsdiqləsə də, 2018-ci il oktyabr ayının 13-də nümayəndə heyətinin bir çox üzvünün digər layihələrə keçdiyini elan etdilər. 2018-ci il 15 oktyabr tarixində BNT 2019-cu ildə maliyyə çətinliyi səbəbiylə Avroviziyada iştirakdan imtina etdiyini elan etmişdir.[16]
- Bosniya və Herseqovina — 25 may 2018-ci il tarixdə Bosniya və Herseqovinanın BHRT telekanalı Avropa Yayım İttifaqına olan yüksək miqdarda borc səbəbi ilə ölkənin İsraildə keçirilən müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır.[17] Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi.
- Lüksemburq – 21 iyul 2018-ci il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2019-cu ildə Avroviziyaya geri dönməyəcəyini bildirmişdir.[18] Lüksemburq Avroviziyada son dəfə 1993-cü ildə İrlandiyada keçirilən müsabiqədə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
- Monako – 17 avqust 2018-ci il tarixdə Monakonun TMC kanalı ölkənin 2019-cu ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlamışdır.[19] Monako Avroviziyada son dəfə 2006-cı ildə Afinada keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
- Slovakiya – 31 may 2018-ci il tarixdə Slovakiyanın RTVS telekanalı maliyyə problemləri səbəbindən ölkənin Avroviziya 2019-da iştirak etməyəcəyini açıqlamışdır.[20] Slovakiya Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
- Türkiyə – İsrailin Avroviziya qələbəsinin ardınca Türkiyənin sabiq baş naziri Binəli Yıldırım açıqlamasında "Müsabiqənin İsraildə, Qüdsdə keçirilməsi üçün planlı şəkildə səsvermə qaydalarına dəyişikliklər etdilər. Bunu dinlər arasında savaşı qızışdırmaq üçün inadına edirlər." söyləmiş və Türkiyənin Avroviziyaya qayıtmaq niyyətində olmamasını vurğulamışdır.[21] Bunun ardınca TRT kanalının baş meneceri İbrahim Eren müxtəlif səbəblərdən dolayı Türkiyənin 2019-cu ildə də Avroviziyada iştirak etməyəcəyini təsdiqləmişdir.[22] Türkiyə Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
- Ukrayna – 27 fevral 2019-cu il tarixdə milli seçim turunda yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti Avroviziya 2019-da iştirak etməyəcəyini elan etmişdir.
Avropa Yayım İttifaqına üzv olmayan ölkələr
redaktə- Kosovo – Müstəqilliyi bir neçə Avropa ölkəsi (Serbiya, Bosniya və Herseqovina, İspaniya, Yunanıstan, Rusiya, Ukrayna, Azərbaycan və s.) tərəfindən hələ də tam olaraq tanınmayan Kosovonun RTK telekanalının baş direktoru Mentor Şala telekanalın Avropa Yayım İttifaqına üzv qəbul olunması üçün çalışmaların davam etdiyini bildirmişdir.[23] 2018-ci ilin dekabr ayında Kosovonun AYİ-nə üzv qəbul olunması üçün səsvermə keçiriləcəyi gözlənilsə də,[24] səsvermə 2019-cu ilin sonunadək təxirə salınmışdır.
- Lixtenşteyn – 4 noyabr 2017-ci il tarixdə Lixteşteynin 1 FL TV telekanalı knyazlığın 2019-cu ildə Avroviziyada debüt etməyi planlaşdırdığını bəyan etmişdir. Lixtenşteynin müsabiqəyə iştirakçı seçmək üçün fərqli musiqi tərzləri üçün açıq olan milli seçim turu təşkil etmək niyyətində olduğu bildirilmişdir.[25] Lakin iyul ayının 26-da 1 FL TV telekanalının direktoru Peter Kölbelin ani vəfatı səbəbi ilə ölkənin 2019-cu ildə də Avroviziyada ilk iştirakının baş tutmayacağı elan edilmişdir.
- Qazaxıstan – 22 dekabr 2017-ci il tarixində Qazaxıstanın 31 kanalının ölkənin Avroviziya 2019-da iştirakı üçün AYİ ilə danışıqlarını uğurla bitirdiyi iddia edilsə də,[26] növbəti gün Avropa Yayım İttifaqı rəsmisi açıqlamasında bildirmişdir: "Kanal 31-in Avropa Yayım İttifaqına üzv seçilmək və eyni zamanda Avroviziyaya qatılmaq barədə müraciət etdiyi doğrudur. Lakin Qazaxıstanın Avropa Yayım ərazisindən kənarda yerləşməsi və Avropa Şurasına üzv olmaması səbəbindən Avropa Yayım İttifaqına üzv qəbul olunması hal-hazırda mümkün deyil."[27][28] 25 iyulda Qazaxıstanın 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edəcəyi öz təsdiqini tapmışdır.[29] Ökənin Avroviziya 2019-a dəvət edilməsi gözlənilsə də, 2018-ci ilin 23 noyabr tarixində Yon Ola Sand Qazaxıstanın 2019-cu ildə də müsabiqədə iştirak etməyəcəyini təsdiqləmişdir.[30]
Mübahisələr
redaktəDini tələblər
redaktə14 may 2018-ci il tarixdə Birləşmiş Tövrat Yəhudiliyi partiyasının lideri Yaakov Litzman Turizm, Kommunikasiya və Mədəniyyət və İdman nazirlərinə müsabiqəyə görə dini qaydaların pozulmamasını tələb edən məktub göndərmişdir.[31] Yəhudilərə görə şənbə günü (Şabat və ya Müqəddəs Şabat) istirahət günüdür və həmin gün sırf Tövratı öyrənmək, sinaqoq xidmətini ziyarət etmək və dualar oxumaqla keçirilməlidir. Şabat qəbul edilmiş təqvimlə cümə gününün axşamı günəşin batması ilə başlayır və şənbə günü axşam bitir. Adəti üzrə Avroviziya mahnı müsabiqəsinin finalı şənbə günü İsrail vaxtı ilə saat 22.00-da yayımlanır və bu Şabat ilə üst-üstə düşmür. Lakin cümə gecəsi və şənbə günü günorta çağında müsabiqənin final məşqləri keçirilir. Bənzər etirazlar daha öncə 1999-cu ildə də baş verməsinə baxmayaraq, nəticədə müsabiqənin keçirilmə vaxtına dəyişiklik edilməmişdir. Avropa Yayım İttifaqının Avroviziya üzrə komitə sədri Frank-Diter Freylinq məsələ ilə bağlı İsrail telekanalı ilə danışıqların aparıldığını bəyan etmişdir.[32]
Boykot çağırışları
redaktəMüsabiqənin İsraildə və gözlənildiyi kimi paytaxt Qüdsdə keçirilməsi ilə əlaqədar olaraq bəzi ölkə təşkilatları narazılıqlarını bildirmiş və İsrail əleyhinə olan BDS (Boykot, Ayırma və Sanksiyalar) hərəkatına dəstək çıxaraq, ölkələri müsabiqəni boykot etməyə çağırmışdırlar.
- Avstraliya – Avstraliya Yaşıllar Partiyası İsraildə keçiriləcək olan Avroviziya Mahnı Müsabiqəsinin boykot edilməsi məsələsini Avstraliyada mövzüya qoymuşdur. Senator Li Riannon açıqlamasında "Qəzzə sərhədində baş verən son hadisələr İsrail ordusunun açıq bir şəkildə ölümcül hərbi əməliyyatlar keçirdiyini göstərir. Fələstinlilərin ard-arda həyata keçirdiyi aksiyalar ərəfəsində Avroviziyanın İsraildə keçirilməsi kimin yaşayıb, kimin ölməsinə böyük təsiri ola bilər. SBS (Avstraliya telekanalı) müsabiqədə iştirak barədə qərar aldığında bütün bu faktorları nəzərə alacaqdırmı?" SBS telekanalının baş direktoru cavab olaraq "İsrail daha öncə də qələbə qazanıb və müsabiqəyə ev sahibliyi edib və müsabiqənin müxtəlif mədəniyyətləri birlik və bərabərlik şüarı altında bir araya gətirdiyini nəzərə aldıqda Avroviziyanı yayımlamayacığımızı təsəvvür edə bilmirəm." Avstraliya 1 oktyabr tarixində rəsmi olaraq müsabiqədə iştirakını təsdiqləmişdir.
- Böyük Britaniya – "Ceremi Korbini dəstəkləyirik" qrupunun üzvləri də müsabiqəni boykot etməyə çağırmışdır. Lakin Korbinin özü heç bir açıqlama verməmişdir.[33] Bəzi Liberal Demokratlar partiyası üzvləri partiyanı və Böyük Britaniya hakimiyyətini İsraildə keçirilən müsabiqəni boykot etməyə çağırmışdır.[34] Böyük Britaniyanın BBC telekanalı 19 sentyabr tarixində Avroviziya 2019-da iştirakını təsdiqləmişdir. Daha sonra 2018-ci ilin noyabr ayında Avroviziya 2018-in qalibi Netta Barzilayın Londonda yerləşən gey klublardan birində keçirtdiyi konsert zamanı bir qrup BDS hərəkatı dəstəkləyiciləri klubun qarşısında ifaçı əleyhinə aksiya keçirmişdir. Aksiya iştirakçıları Nettanı "İsrailin işğalçı rejiminin təmsilçisi" adlandırmışdır.[35]
- İrlandiya – BDS hərəkatını dəstəklədiyi üçün İsrailə girişə qadağan edilən Dublin şəhərinin meri Maykl Mak Donça İrlandiyanın İsraildə keçiriləcək olan Avroviziya 2019-da iştirak etməməli olduğunu söyləmişdir.[36] Şinn Feyn siyasətçisi Linn Boylan Twitter hesabı vasitəsilə müsabiqəni boykot etməyə çağırmışdır. Daha bir neçə irlandiyalı siyasətçi ilə bərabər 1994-cü ildə İrlandiyaya Avroviziyada qələbə qazandıran musiqiçi Çarli MakQettiqan "Başqaları qətlə yetirildiyi zaman biz əylənə bilmərik" söyləyərək, İrlandiya telekanalı RTE-ni müsabiqəni boykot etməyə çağırmışdır.[37] Teleaparıcı Mayk Mörfi də etirazlara qoşulmuşdur.[38] Etirazlara baxmayaraq İrlandiya 16 avqust tarixində rəsmi olaraq Tel-Əvivdə keçirilən Avroviziya 2019-da iştirakını təsdiqləmişdir.
- İslandiya – Ölkənin RÚV telekanalı ilkin olaraq Avroviziya 2019-da iştirakını təsdiqləmiş olsa da, 23,000-dən artıq islandiyalı İsraildə keçirilən müsabiqəni boykot edilməsi üçün petitisiya imzalamışdır.[39] İslandiyalı musiqiçi Dadi Freyr ölkənin müsabiqədə iştirak edəcəyi halda bir daha müsabiqənin seçim turuna qatılmayacağını bildirmiş və paylaşdığı açıqlamada "İsrail Dövləti və ordusu Fələstin xalqına qarşı bu cür şiddət tətbiq edərkən, bizim təmiz bir vicdanla İsraildə keçirilən Avroviziya kimi əyləncəli bir müsabiqədə iştirak etməyimizi təsəvvür edə bilmirəm" söyləmişdir. İslandiya telekanalı etirazların ardınca müsabiqənin boykot edilməsi ilə bağlı son qərarın verilməsi üçün toplantı keçiriləcəyini bəyan etmişdir.[40] İsrailin Tel-Əviv şəhərini müsabiqənin ev sahibi olaraq elan etdiyindən bir gün sonra İslandiya rəsmi olaraq Avroviziya 2019-da iştirakını bir daha təsdiqləmişdir.
- İsveç – Ölkənin siyasi partiyalarından biri müsabiqənin İsraildə keçirilməsinə etiraz etmişdir: "İşğal davam edərkən İsrailin bu nəhəng mahnı müsabiqəsinə ev sahibliyi etməsi tamamilə əsassızdır. Biz İsrailin Avroviziyadan humanitar cəhətdən istisna edilməsini istəyirik. Fələstin xalqının zülmü davam edərkən rəqs etməyə davam edə bilmərik."[41] Buna baxmayaraq İsveçin SVT telekanalı Avroviziya 2019-da iştirakını təsdiqləmişdir.
Milli seçim turlarına müdaxilələr
redaktəİsrailə qarşı olan BDS hərəkatının dəstəkliyiciləri 19 yanvar tarixində Fransanın keçirdiyi milli seçim turunda səhnəyə atlayaraq "İsraildəki Avroviziyaya heç kəs getməyəcək" yazılmış olan afişaları havaya qaldırmışdırlar. Mühavizəçilərin müdaxiləsi ilə bir qrup gənc səhnədən uzaqlaşdırılmışdır.[42]
20 yanvarda baş tutan İspaniya milli seçim turunun arenası qarşısında bir qrup etirazçı toplanaraq İsrailə qarşı şüarlar səsləndirmişdir.[43]
Baş verən hadisələrin ardınca Avropa Yayım İttifaqı müsabiqədə iştirak edən bütün ölkələrin dövlət telekanallarına bənzər halların bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məktub göndərmişdir.[44]
Ukrayna milli seçim turu
redaktəUkraynanın Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turunda iştirak edən ifaçılardan Maruv "Siren Song" mahnısı ilə yarışmada qələbə qazanaraq Ukraynanı Tel-Əvivdə təmsil etmək hüququnu əldə etmişdir. Lakin bunun ardınca Ukraynanın milli televiziya və radio yayımları şirkəti səsvermənin nəticəsindən asılı olmayaraq, şirkətin qalib ifaçını müsabiqəyə göndərməmək haqqının olduğunu elan etmişdir. Seçim turunda qələbə qazanan Maruva Ukraynanın Avroviziya təmsilçisi ola bilmək üçün Rusiyadakı bütün çıxışlarını təxirə salması ilə bağlı müqavilə imzalaması təklif edilmişdir. Bunun üçün ifaçıya 48 saat vaxt verilmişdir.[45] Bunun ardınca Maruv Rusiya ilə bağlı olan şərt ilə yanaşı həmin müqaviləyə əsasən onun telekanalın icazəsi olmadan Avroviziyada çıxışı zamanı səhnələşdirmədə hansısa bir dəyişiklik etməsinə, jurnalistlərə müsahibə verməsinə aid xüsusi şərtlər də qeyd olunduğunu şəxsi sosial hesabında paylaşmışdır. Şərtlərdən hər hansı birinin pozulacağı halda ifaçı telekanala 2 milyon qrivna cərimə ödəməli idi. Maruv eyni zamanda Tel-Əvivə səyahət də daxil olmaqla telekanalın ona hər hansısa maddi dəstək verməkdən də imtina etdiyini vurğulamışdır.[46] Ukraynanın Mədəniyyət naziri və Xarici işlər nazirinin müavini Vyaçeslav Kırılenko məsələ haqqında bildirmişdir:
Bir çox insanın düşüncələrini təkrar etmiş ola bilərəm, amma təcavüzkar dövlətdə turlar həyata keçirən və buna davam etməyi planlaşdıran bir müğənni ölkəmizi Avroviziya 2019-da təmsil edə bilməz. |
25 fevral tarixində Maruv və Ukrayna telekanalı rəsmi olaraq Maruvun müqaviləni imzalamağa razılaşmadığı üçün onun ölkəni İsraildə təmsil etməyəcəyini təsdiqləmişdir.[47] Bunun ardınca milli seçim turunda ikinci yeri tutan Freedom Jazz qrupu, növbəti gün isə üçüncü yeri tutan Kazka qrupu telekanalın Ukraynanı təmsil etmək təklifini geri çəkmişdir.[48]
Baş verən gərginlik The New York Times, The Washington Post, Billboard, The Telegraph, The Independent, SBS News, The Irish Independent, Cosmopolitan və s. kimi bir çox dünya mətbuatında yer almışdır.[49]
Nəticədə 27 fevral tarixində Ukrayna rəsmi olaraq Avroviziya 2019-da iştirak edə bilməyəcəyini elan etmişdir.
Xaç simvolu mübahisəsi
redaktəPolşanı müsabiqədə təmsil edən mahnı üçün çəkilmiş video klipdə xaç simvolunun yer aldığı üç saniyəlik səhnə son anda klipdən silinmişdir. Bu Polşada böyük etirazlara səbəb olmuş və Avroviziya xristianlığa qarşı ayrı-seçkilikdə ittiham olunmuşdur.[50] Polşanın Avroviziyanı ölkədə yayımlamaq hüququ olan TVP telekanalının baş direktoru Yatsek Kurski ölkə təmsilçiləri Tulia qrupunun albom şirkətini video klipin ilkin versiyasını bərpa etməyə çağırmışdır. Qrupun menecmentliyi etirazlara cavab olaraq xaç simvolunun klipdən silinməsinə əsas səbəbin Avropa Yayım İttifaqının Avroviziyada siyasi və dini işarələrin təbliğ edilməsinin qadağan etməsi ilə əlaqələndirmişdir. Lakin bu bəyanatın əksinə eyni video klipin 31-ci saniyəsində Müqəddəs Yan Nepomukun heykəli göstərilir. Tulia qrupu simvolun klipdən çıxarılması ilə bağlı qərarın onlara aid olmadığını sosial şəbəkədə paylaşmışdır.[51]
Kiber hücum
redaktə14 may tarixində baş tutan birinci yarımfinal zamanı İsrailin KAN telekanalı bir qrup hakerlər tərəfindən kiber hücuma məruz qalmışdır.[52] Hakerlər müsabiqənin yayımlandığı zaman kanalın canlı yayım axınına daxil olaraq qısa müddətlik "İsrail təhlükəsiz deyil, bunu görəcəksiniz", "Raket zərbəsi təhlükəsi. Hamı sığınacaqlara" kimi şüarlar yayımlamışdırlar.[53] KAN və Avropa Yayım İttifaqı hadisə barədə araşdırma başlatmışdır. KAN hadisənin ardınca açıqlama vermişdir: "Birinci yarımfinal zamanı yayın axınımız hücuma məruz qalmış lakin problem cəld bir şəkildə aradan qaldırılmışdır. Həmin şüarların çox insanlar tərəfindən görüldüyünü düşünmürük."[54]
Müsabiqəni canlı yayımlayan ölkələr
redaktə
|
|
|
|
İstinadlar
redaktə- ↑ "Ukrayna "Evrovision"da iştirakdan imtina etdi". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ "Bar Refaeli, Erez Tal, Assi Azar & Lucy Ayoub to host Eurovision 2019!". eurovision.tv. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2019.
- ↑ "Benjamin Netanyahu on Instagram: "לשנה הבאה בירושלים 🇮🇱🇮🇱🇮🇱"". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
- ↑ "Benjamin Netanyahu on Instagram: "נטע, את כפרה אמיתית. הבאת הרבה כבוד למדינת ישראל! לשנה הבאה בירושלים! 🇮🇱🇮🇱🇮🇱"". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
- ↑ "Israel mulls venue for hosting Eurovision 2019 Finals". Globes English (ingiliscə). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
- ↑ "Lots of Eurovision 2019 news during Host Broadcaster press conference". eurovision.tv. AYİ. 15 aprel 2019. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
- ↑ "Viva la Diva! Dana International will open Eurovision 2019 Grand Final with two song medley including "Diva"". wiwibloggs. 23 aprel 2019. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2019.
- ↑ "Eurovision'19: Netta to Perform "Nana Banana" at Grand Final". Eurovoix. 6 may 2019. 6 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2019.
- ↑ "Interval Acts for Eurovision Song Contest 2019 revealed". eurovisionworld.com. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2018.
- ↑ 1 2 "Eurovision Song Contest 2019 First Semi-Final". eurovision.tv. Avropa Yayım İttifaqı. 28 yanvar 2019. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
- ↑ 1 2 "Eurovision Song Contest 2019 Second Semi-Final". eurovision.tv. Avropa Yayım İttifaqı. 28 yanvar 2019. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
- ↑ 1 2 "Eurovision Song Contest 2019 Grand Final". eurovision.tv. Avropa Yayım İttifaqı. 28 yanvar 2019. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
- ↑ "EBU issues statement on Eurovision 2019 Grand Final jury result". eurovision.tv. 22 may 2019. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2019.
- ↑ "Andorra: Return to Eurovision Dependent on Government Support". Eurovoix (ingiliscə). 17 dekabr 2017. 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
- ↑ "Andorra: No Participation in Eurovision Events for the Foreseeable Future". 20 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Official: Bulgaria withdraws from the Eurovision Song Contest". esc-plus. 15 oktyabr 2018. 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
- ↑ "Bosnia & Herzegovina: BHRT Barred From Competing in Eurovision Contests". 25 may 2018. 19 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
- ↑ "Luxembourg: RTL Télé Lëtzebuerg Rules out Eurovision Return in 2019". Eurovoix. 21 iyul 2018. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
- ↑ "Eurovision Monaco: TMC will not return to Eurovision in 2019 - ESCToday.com". ESCToday. 2018-08-17. 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
- ↑ "Slovakia: No Return to Eurovision in 2019". 31 may 2018. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2018.
- ↑ "Turkish prime minister claims Israeli win was 'planned'". 2018-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2018.
- ↑ "TRT Genel Müdürü'nden Eurovision açıklaması". ABC Gazetesi. 4 avqust 2018. 2019-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2018.
- ↑ "Kosovo: RTK to Push for Full EBU Membership Next Week". Eurovoix. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
- ↑ "Kosovo: EBU to Vote on Full Membership of RTK in December". Eurovoix. 1 iyul 2018. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
- ↑ "Liechtenstein: 1 FLTV Plans Eurovision Debut in 2019". eurovoix.com. 4 noyabr 2017. 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
- ↑ "Kazakhstan's Channel 31 claims: "We will participate in Eurovision 2019!"". ESCXTRA (ingiliscə). 22 dekabr 2017. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
- ↑ "The EBU's statement regarding Channel 31 and Kazakhstan's participation in Eurovision". ESCToday (ingiliscə). 23 dekabr 2017. 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
- ↑ "EBU clarifies potential participation of Kazakhstan at Eurovision 2018". wiwibloggs.com. 23 dekabr 2017. 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
- ↑ "These are the 19 (!) countries taking part in Junior Eurovision 2018". junioreurovision.tv. Avropa Yayım İttifaqı. 25 iyul 2018. 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
- ↑ "No entry in Eurovision 2019 for Kazakhstan, clarifies Jon Ola Sand". 23 noyabr 2018. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
- ↑ "Litzman demands Shabbat not be violated for Eurovision 2019". The Jerusalem Post. 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
- ↑ "Israel: Orthodox MP requests Eurovision schedule changes to avoid "Sabbath desecration" | wiwibloggs". wiwibloggs (ingiliscə). 2018-05-15. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
- ↑ "Dave Rich on Twitter". Twitter (ingiliscə). İstifadə tarixi: 2018-05-14.
- ↑ "UK participation in Eurovision 2019 in Israel would condone "outrageous human rights violations"". Liberal Democrat Voice (ingiliscə). 2018-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
- ↑ Harpin, Lee. "BDS protest against Netta's performance at London nightclub Heaven condemned as 'sad'". www.thejc.com. 21 noyabr 2018.
- ↑ "Ireland: Dublin Lord Mayor Calls for Boycott of Eurovision 2019". Eurovoix (ingiliscə). 13 may 2018.
- ↑ "Ireland: Eurovision Winner Charlie McGettigan Calls For RTÉ To Boycott Next Years Contest - Eurovoix". Eurovoix (ingiliscə). 2018-05-16. 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
- ↑ "Former Eurovision Winner Joins Calls For Ireland To Boycott Israel In 2019 | Scribd". Scribd (ingiliscə). 2018-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
- ↑ "Iceland: Daði Freyr Will Not Participate in 2019 Contest as Thousands Sign Petition For Eurovision Boycott - Eurovoix". Eurovoix (ingiliscə). 2018-05-15. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Iceland: RÚV Considers Withdrawing From Eurovision 2019 - Eurovoix". Eurovoix (ingiliscə). 2018-05-17. 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
- ↑ "Vänsterpartiet Malmö - Bojkotta Israel". vmalmo.se (isveçcə). 13 may 2018. 14 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2018.
- ↑ "Arxivlənmiş surət". 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ "Arxivlənmiş surət". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ "Safety first: The EBU sends special letter to all 2019 participating countries following threats to French singers". wiwibloggs. 29 yanvar 2019. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2019.
- ↑ "Arxivlənmiş surət". 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
- ↑ "Ukraine: MARUV Reveals Details Of UA:PBC Eurovision Contract". Eurovoix. 25 fevral 2019. 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
- ↑ "Ukraine: MARUV Will Not Go To Eurovision". Eurovoix. 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
- ↑ "Ukraine: Freedom Jazz Reject Proposal to Go to Eurovision 2019". Eurovoix. 26 fevral 2019. 2019-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
- ↑ "BANG! MARUV makes global headlines after rejecting Ukraine's Eurovision 2019 contract". wiwibloggs (ingiliscə). 2019-02-26. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ "Ks. Isakowicz-Zaleski: „Co za skrajna durnota!!!"" (polyakca). wmeritum.pl. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- ↑ "Cenzura? Krzyż usunięty z anglojęzycznej wersji teledysku Tulii "Pali się"" (polyakca). Gość Niedzielny. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2019.
- ↑ "Eurovision 2019: KAN suffers cyber attack during live broadcast of Semi-Final 1". Wiwibloggs (ingiliscə). 14 may 2019. 14 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
- ↑ "האקרים ניסו לפגוע בשידורי האירוויזיון". ynet (ivritcə). 15 may 2019. 14 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
- ↑ "Eurovision'19: KAN's Online Semi-Final One Broadcast Disrupted By Hackers". Eurovoix (ingiliscə). 15 may 2019. 17 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.