Agammedli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd tarixən Ağaməmmədli və ya Ağməmmədli adlanmışdır. Zamanla bu ad dəyişmiş və yanlış formada-Ağammədli və ya Ağamətdi olaraq istifadə olunmuşdur. Daha sonra isə kəndin adı Ağmamedlo olaraq dəyişdirilmişdir. Kənd 99,7% azərbaycanlılardan ibarətdir.
Ağaməmmədli | |
---|---|
41°19′28″ şm. e. 44°54′19″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Tarixi
redaktəAğaməmmədli Marneuli mərkəzindən 17 kilometr cənubda, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının sağ sahilində, Babaqar dağının (Babakər) ətəyində, Ermənistan Respublikası ilə sərhəddə yerləşir.
Kəndə xalq arasında Ağammədli və ya Ağamətdi olaraq adlansa da tarixi və əsl adı Ağaməmmədlidir.
Əhalisi
redaktə1870-ci ildə kənddə 53 ailə, 155 nəfər, 1926-cı ildə 105 ailə, 575 nəfər yaşamışdır.
2002-ci ildə isə kənddə 1420-si kişi, 1447-si qadın olmaqla 2867 nəfər yaşamışdır.
Tanınmışlar
redaktəİnfrastruktur
redaktəKənddə ilk məktəb 1934-cü ildə yaradılmışdır. 2005-ci ilə olan məlumata görə kəndin orta məktəbində 504 şagird təhsil alır və 60 müəllim işləyir.
2009-cu ildə Mahal Tükənovun başçılığı ilə kənddə İmam Rza Məscidin açılışı baş verdi. Məscid Kompleksinə Hüseyiniyyə (yemək və ya yas zalı), Dərs otağı, Axund otağı, Kitabxana və Qonağ otağı daxildir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Gürcüstanda 2002-ci il əhali siyahıyaalmasının nəticələri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine
- Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2007-11-24 at the Wayback Machine
- Gürcüstanda ən iri kənd yaşayış məntəqələrinin siyahısı Arxivləşdirilib 2009-11-13 at the Wayback Machine
- Borçalı haqqında məlumatlar Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine