Asagi Tatra Milli Parki - Wikipedia
"Aşağı Tatra" Milli Parkı (slovak. Národný park Nízke Tatry), qısaldılmış halda NAPANT — Mərkəzi Slovakiyada milli park. Park Aşağı Tatra silsiləsində, Vah və Qron çayları vadisi boyunca yerləşir. Parkın sahəsi — 728 km², bufer zonasının sahəsi isə — 1102 km²-dir. Bufer zona hesaba alınarsa park ölkənin ən böyüklərindən biri olur. Milli park inzibati baxımdan Banska Bistritsa, Jilina və Preşov diyarlarının ərazisinə daxildir. Milli parkda ən hündür zirvə — Dyumberdir (2043 m). Kraleva-Qolya zirvəsi yaxınlığından dörd çay öz başlanğıcını götürür — Vah, Qron, Qniles və Qornad.
Aşağı Tatra Milli Parkı | |
---|---|
slovak. Národný park Nízke Tatry | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 72 842 ha |
Yaradılma tarixi | 1978, 1997[1] |
Yerləşməsi | |
48°57′32″ şm. e. 19°39′57″ ş. u.HGYO | |
Ölkə | Slovakiya |
Yaxın şəhər | Banska Bistritsa |
napant.sopsr.sk | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAşağı Tatra ərazisində ilkin təbiəti qoruma tədbirləri 1918–1921-ci illərdə həyata keçirilmiş. İkinci Dünya müharibəsindən sonra bu işlər yenidən aktivləşdirlimiş. 1963-cü ildə Mərkəzi Slovakiyada milli parkın yaradılması təklifi irəli sürülmüş. Təklif olunan ərazidə halhazırda "Aşağı Tatra" Milli Parkı yerləşir. 1965–1966-cı illərdə Dyumber milli parkının yaradılması layihəsi hazırlanmış. Bu əraziyə Aşağı Tatranın şimal və cənub hissələrinin daxil edilməsi planlaşdırılırdı. Layihə 1967–1968-ci illər qədər uzadılmış və Slovakiya milli qiyamının 25 illiyində açılması nəzərdə tutulmuş. Ancaq bəzi kiçik çətinliklər ucbatından layihənin tam həyata keçirilməsi 10 il gecikdi.
İstinadlar
redaktə- ↑ Nationally designated areas (CDDA) (ing.).