Askenazi Yehudilerinin Sinaqoqu Baki - Wikipedia
Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir.[1] Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.[1]
Aşkenazi yəhudilərinin sinaqoqu | |
---|---|
40°22′32″ şm. e. 49°50′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 171. |
Aidiyyatı | İudaizm |
Memar | Aleksandr Harber |
Tikilmə tarixi | 2003 |
Üslubu | Qüds memarlıq üslubu[1] |
Kateqoriya | Sinaqoq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAvropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır.[2] Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir.[2] İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi.[1]
2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir.[1] 2003-cü il martın 9-da yeni sinaqoqun açılış mərasimi olmuşdur.[3][4][5] Hazırda üçmərtəbəli, ağ daşdan tikilmiş yeni sinaqoqda dindarlar üçün əlverişli şərait yaradılmışdır. Layihədə xüsusi əməyi keçən hər şəxsin və təşkilatın adı məbədin girişindəki lövhələrdə həkk olunmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 ""Avropa və Gücüstan yəhudiləri"nin sinaqoqu". Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-14.
- ↑ 1 2 "AZƏRBAYCAN YƏHUDİLƏRİ". islam.com.az.[ölü keçid]
- ↑ "В Баку открыта новая синагога ашкеназских (европейских) и грузинских евреев". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "New Jewish Synagogue Opens in Baku". Azerbaijan International. 2017-12-03 tarixində arxivləşdirilib.
- ↑ "Places of Worship in Baku, Synagogues". 2021-04-13 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- Vikianbarda Aşkenazi yəhudilərinin sinaqoqu ilə əlaqəli mediafayllar var.