Abaran - Wikipedia
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi.[1]
Abaran | |
---|---|
40°35′46″ şm. e. 44°21′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | II əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.880 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0301 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAbaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[3] 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.[4][5]Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.[6]
Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur.[3]
Coğrafiyası
redaktəİrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[7], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[8]
Əhalisi
redaktəXX əsrin əvvələrinə qədər əhalisi Azərbaycanlılardan ibarət olmuşdur. Ermənilər buraya, əsasən, 1914–1918-ci illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülmüşdür[9]. Burada indi yalnız ermənilər yaşayır.[3]
İstinadlar
redaktə- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ Древнетюркский словарь, Л., "Наука", 1969. s.47
- ↑ 1 2 3 PDF versiyası, səh. 61. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Дьяконов И. М. Предыстория армянского народа. М., 1968.
- ↑ İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Абаран // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 97.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.174
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 33
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.306