Abbas Vefadagli - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Abbas Əli oğlu Mazanov (ədəbi adı: Abbas Vəfadağlı; 19 mart 1929, Cil, Yeni Bəyazid qəzası) — Azərbaycanlı ictimai xadim, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, şair, yazıçı, tədqiqatçı, istehsalat qabaqcılı.
Abbas Vəfadağlı | |
---|---|
Abbas Mazanov | |
Doğum tarixi | 19 mart 1929 (95 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Dilbər Mazanova |
Uşaqları |
İlham Mazanlı İlqar Mazanov İman Mazanov Vüqar Mazanov Qoşqar Mazanov Gülbəs Qasımova Sürrayə İsmayılova Minayə İsmayılova |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəAbbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir (1943–1946). 1946-cı "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir.
Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur (1946–1950). Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir (1952–1955). Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir (1955–1958), Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir (1958–1962).
Doğma Cil kəndində kolxoz sədri (1962–1975), Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri (1975–1983), Cil kənd sovxozunda direktor (1983–1988) işləmişdir. Azərbaycanlılar ellikcə Azərbaycanın Xanlar rayonunun Şəhriyar kəndinə köçdükdən sonra isə orada kənd sovet sədri, Çaykənd kəndində kolxoz sədri (1991–1993), Şəhriyar kəndində sovxoz direktoru (1994), Xanlar rayonunda Kənd Təsərrüfatı İstehsalat İdarəsində rəis müavini olmuşdur (1994–1998). Hazırda fərdi yaradıcılıqla məşğuldur.
Ailəlidir. 8 övladı var.
- General-mayor İlqar Mazanovun atasıdır.
Yaradıcılığı
redaktəBədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk mətbu şeiri "Arzular" 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda şeir, oçerk və məqalələrlə çıxış etmişdir. İlk qələm təcrübələrini Abbas Mazanov imzası ilə dərc etdirmişdir. 60-cı illərdən Vəfadağlı təxəllüsünü qəbul etmişdir.
Kitabları
redaktə- "Göyçə kimi intizarda elim var", Bakı, "Gənclik" nəşriyyatı, 1999.
- "Gözləri həsrətli, naləli Göyçə", Bakı, 2009
- "Ulu Göyçəm", Bakı, "Renessans" Nəşriyyat Evi, 2017 – 384 səh.
Məqalələri
redaktə- "Göyçə qətliamı", "Ülfət" qəzeti, 2 aprel 2004-cü il.
- "Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, № 4, 2010-cu il. səh.48–51.
- "Aşıq Alı sorağında", Dünya qəzeti. 19 mart 2011-ci il. № 34–35.
- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №3(6)" (az.). "Ozan dünyası" jurnalı. 2011. 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-14.