Abebe Bikila - Wikipedia
Abebe Bikila (አበበ ቢቂላ) (7 avqust 1932 – 25 oktyabr 1973[1][2], Əddis-Əbəbə, Efiopiya imperiyası[3]) – Efiopiyalı marafonçu. Olimpiya Oyunları tarixində ilk dəfə qızıl medal almış Qara Afrikalıdır.Addis Ababada bir stadion onun şərəfinə adlandırılmışdır.[4]
Abebe Bikila | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 7 avqust 1932 |
Vəfat tarixi | 25 oktyabr 1973[1][2] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Boyu | 177 sm[3] |
Çəkisi | 57 kq[3] |
İdman növü | yüngül atletika |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1960-cı ildə Romada keçiriləcək XVII Yay Olimpiadasına yollanacaq Efiopiya yığmasının marafon qaçışı üzrə atleti Vami Biratu futbol oynayıb, zədə aldıqdan sonra onun yerinə Abebe Bikila adlı başqa atlet çağırılmışdı. Son anda yığmaya çağırılan Abebe əvəzlədiyi atlet qədər potensiallı görünməsə də, öz üzərində səylə çalışaraq ölkəsinin idman tarixində iz qoymağı bacarır. O, sentyabrın 10-da ayaqyalın qaçmaqla marafon qaçışının qalibi olmuşdu. Bu uğurunu Tokioda keçirilən növbəti Olimpiada zamanı təkrarlayaraq, ikinci dəfə qızıl medal qazanan atlet jurnalistlərin sualına — "İstədim ki, bütün dünya Vətənim Efiopiyanın hər zaman əzmkarlıq və qəhrəmanlıqla qələbə qazandığını bilsin." — deyə cavab vermişdi. 37 yaşında avtomobil qəzasında aldığı zədə ucbatından qaçış atletizmi ilə məşğul ola bilmir, lakin idmandan da əl çəkmir, oxatma yarışı ilə məşğul olur. Həmin zədə səbəbindən dünyasını dəyişən atlet 75 000 nəfərin iştirak etdiyi dövlət səviyyəli matəm mərasimində dəfn olunur.
İstinadlar
redaktə- ↑ 1 2 Abebe Bikila // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 Brozović D., Ladan T. Abebe Bikila // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ 1 2 3 4 Olympedia (ing.). 2006.
- ↑ http://www.databaseolympics.com/players/playerpage.htm?ilkid=BIKILABE01 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine DatabaseOlympics profile