Akaki Cxenkeli - Wikipedia
Akaki Çxenkeli (19 may 1874 – 5 yanvar 1959, Paris) — Gürcü marksist dövlət xadimi, Zaqafqaziya Demokratik Federativ Respublikasını yeganə baş naziri.
Akaki Çxenkeli | |
---|---|
gürc. აკაკი ჩხენკელი | |
Xüsusi Cənubi Qafqaz Komitəsi daxili işlər komissarı | |
22 mart, 1917 – 24 noyabr, 1917 | |
9 aprel 1918 – 26 may 1918 | |
Prezident | Nikolay Çxeidze |
Gürcüstan Demokratik Respublikası daxili işlər naziri | |
26 may 1918 – noyabr 1918 | |
Prezident | Noe Ramişvili |
Sonrakı | Yevgeni Qeqeçkori |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 may 1874 |
Vəfat tarixi | 5 yanvar 1959 (84 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | publisist, diplomat, siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktə1874-cü ildə Tiflis quberniyasının Xoni şəhərində, əsilzadə ailəsində doğulmuşdur. Kiyev Universiteti, Berlin Universitetində və Londonda təhsil almışdır. Hüquqçu və ədəbiyyatçı idi. 1898-ci ildə sosial demokratiya hərəkatına qoşuldu və 1903-cü ildə menşevik oldu. Rusiyada 1905-1907-ci illər inqilabında iştirak etmiş və həbs olunmuşdur. Rusiya imperiyası IV Dövlət Dumasına Batum oblastından, Qars oblastından və Suxumi diyarından seçilmişdir.
Fevral inqilabından sonra
redaktəFevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdur. Trabzon sülh konfransında Gürcü deleqasiyasına liderlik edən Çxenkeli 9 apreldə seymin, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumət başçısı və xarici işlər naziri olmuşdur. Gürcüstan Demokratik Respublikası elan ediləndən sonra isə daxili işlər nazirliyinə gətirilmiş, 1919-cu ildə deputat olmuşdur. 1921-ci ilin yanvarı Parisdə səfir olan Çxenkeli Gürcüstan Sovet Sosialist Respublikasının elan edilməsindən sonra bir daha Gürcüstana qayıtmamışdır. 1959-cu ildə, Parisdə vəfat edib.
Ailəsi
redaktə24 iyul 1880-ci ildə Suxumidə Makrine Turkia ilə evlənmişdir. 1 iyul 1905-ci ildə oğlu Aleksi (1904–1985) doğulmuşdur. Uşka Çxenkeli və Kita Çxenkelinin böyük qardaşıdır. 2005-ci ildə nəvələri Tamara və Qivi Mixail Saakaşvilidən ölkələrinə qayıtmaq üçün icazə istəmişdilər.[1]
Mükafatları
redaktəFransanın "Ləyaqətə görə" hərbi ordeni ilə mükafatlandırılmışdır.
İstinadlar
redaktə- ↑ "Géorgie et France : Akaki Tchenkéli (1874-1959), homme d'Etat transcaucasien". 2016-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-25.