Xususi Cenubi Qafqaz Komitesi - Wikipedia
Xüsusi Cənubi Qafqaz Komitəsi, Xüsusi Zaqafqaziya Komitəsi (az.-əski. خصوصی زاقافقاسیا قومیتسی; rus. Особый Закавказский Комитет), və ya qısaca OZAKOM — Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu.[1]
Tarixi dövlət | |
Xüsusi Zaqafqaziya Komitəsi | |
---|---|
rus. Особый Закавказский Комитет | |
|
|
Paytaxt | Tiflis |
Ən böyük şəhər | Bakı, İrəvan, Gəncə, Batumi |
Rəsmi dilləri | Rus dili (Azərbaycan dili, gürcü dili və erməni dili) |
Tarixi
redaktəRusiyada Fevral inqilabından (1917) sonra, martın 3-də Cənubi Qafqazda yaradılmış mülki hakimiyyət orqanı. Elmi ədəbiyyatda OZAKOM (Osobıy Zakavkazskiy Komitet) da adlandırılır. Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət martın 3-də Cənubi Qafqazda mülki hakimiyyəti yeni orqana — Xüsusi Zaqafqaziya Komitəsinə (XZK) verdi. Komitə regionun əsas millətlərinin 4-cü Dövlət dumasında təmsil edən deputatlarından ibarət idi.[1]
Komitə üzvləri
redaktəXZK-nin sədri kadet partiyasının üzvü V. A. Xarlamov, üzvləri — azərbaycanlı kadet, sonralar müsavatçı Məmməd Yusif Cəfərov, gürcü federal-sosialisti K. Abaşidze, rus kadeti P. Pereverzev və başqaları idilər. İki gündən sonra Nazirlər şurasının sədri Lvovun əmri ilə P. Pereverzev gürcü menşeviki A. Çxenkeli ilə əvəz edildi. Həmin komitədə M. Y. Cəfərova sənaye və ticarət işlərirıə rəhbərlik tapşırılmışdı. Bu komitə Müvəqqəti hökumət tərəfindən 1917 il martın 6-da elan olunmuş prinsiplər əsasında Cənubi Qafqazda möhkəm qayda yaratmalı və regionda hakimiyyət orqanını təşkil etməli idi. Cənubi Qafqaz millətləri bərabər təmsil olunmadığına, aqrar məsələdə qeyri-müəyyən mövqe tutduğuna görə xalq kütlələri XZK-nə etimad göstərmədi və o ilk gündən tənqid hədəfinə çevrildi. Siyasi partiyalar və onların liderləri yeni hakimiyyətin təşkili məsələsində də müxtəlif mövqelərdə dayanırdılar. Menşeviklər hesab edirdilər ki, yeni hakimiyyət orqanları, mərkəzdə olduğu kimi, inqilabi demokratiya orqanlarının (fəhlə, əsgər və kəndli sovetlərinin) burjuaziya nümayəndələri ilə əməkdaşlığı əsasında yaradılmalıdır. Eserlərin fikrincə, Müvəqqəti hökumətin yaranmaqda olan yerli orqanlarına fəhlə və əsgər deputatları sovetləri nəzarət etməli idi. Bolşeviklər isə, hələlik eserlərin tərəfində dur 33 salar da, sonradan yalnız özlərinin hakimiyyətə gəlməsi uğrunda açıq mübarizə mövqeyinə keçdilər. İnqilabın ilk aylarında XZK-nin fəaliyyəti müxtəlif siyasi cərəyanların, partiyaların, sosial təbəqələrin fəaliyyəti ilə müşayiət olunurdu. Bütövlükdə isə, cəmiyyətin bir çox siyasi qurumları Müvəqqəti hökumətə və onun yerli orqanı olan XZK-nə etimad göstərirdilər. Bu dövrdə cəmiyyətdə nisbi sabitliyin saxlanılmasına kömək edən amillərdən biri də bolşeviklərin hələlik sovetlərin partiya tərkibini dəyişdirmək taktikasına keçməməsi idi. Yerli hakimiyyət orqanlarının hamısı "demokratiyanın tam vəhdəti" şüarı altında formalaşır və sovetlərlə yerli hakimiyyət orqanlan arasında spesifik münasibətlər yaranırdı, lakin XZK, əslində, hadisələrin getdikcə gərginləşməsi fonunda ilişib qalır, Cənubi Qafqaz kimi mürəkkəb regionda sabitliyi təmin etmək üçün əsaslı addımlar atmaqda çətinlik çəkirdi. Sovet Rusiyasına tabe olmaq istəməyən və regionu anarxiyadan qorumağa çalışan gürcü menşevikləri, "Müsavat", "Daşnaksutyun" və sağ eserlərin numayəndələri 1917 il noyabrın 15-də Tiflisdə Zaqafqaziya komissarlığını yaratdılar. Bununla da Xüsusi Zaqafqaziya Komitəsinin fəaliyyətinə son qoyuldu.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəƏdəbiyyat
redaktə- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001