Akaki Sereteli - Wikipedia
Akaki Sereteli - Wikipedia - Haqqında Məlumat
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim.
Akaki Sereteli | |
---|---|
gürc. აკაკი წერეთელი | |
Doğum tarixi | 9 (21) iyun 1840 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 yanvar 1915 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, publisist, tərcüməçi, ictimai xadim |
Əsərlərinin dili | gürcü dili |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFirudin bəy Köçərli yazır:
"Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər.
Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".