Akkreditiv - Wikipedia
Akkreditiv — alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tapşırıq, malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir.
Akkreditivin həyata keçirilməsi
redaktəBenefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir. Akkerditiv hesablaşma forması tərəflərin xüsusi müqaviləsi, xüsusi mal göndərilməasi şərtləri ilə müəyyənləşdirilir və ya ödənişlərin sistematik olaraq ləngidilməsinə görə səhlənkar alıcıya sanksiya kimi tətbiq edilir. Benefisia-müəyyən məbləğdə pulu alamaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və fiziki şəxsdir.
Akkreditiv aşağıdakı formada gerçəkləşir:
- Satıcı və alıcı arasında akkreditiv ödəniş formasını nəzərdə tutan müqavilə imzalanır;
- Alıcı banka geri çağırıla bilməyən akkreditiv açılması üçün banka müraciət;
- Bank aldığı müraciət əsnasında benefisiarın xeyrinə geri çağırıla bilməyən akkerditiv açır, o bu sənəd benefisiara satıcının bankı (avizo edən);
- Avizo edən bank , birinci bankdan (müştərinin müraciət etdiyi) akkreditivi aldıqdan sonra onun etibarlılığını yoxlayır və akkreditivin şərtlərini satıcıya çatdıraraq, akkreditivin həqiqiliyini təsdiqləyir;
- Məhsul yükləndikdən və göndərildikdən sonra, satıcı bir qayda olaraq sənədləri avizo edən banka təqdim edir.
Akkreditiv hesablaşma formasının mahiyyəti ödəyicinin ona xidmət edən banka qabaqcadan qoyulmuş vəsaitlər hesabına və ya bankın zəmanəti altında ödəyici tərəfindən akkreditivin açılması haqqında ərizədə nəzərdə tutulmuş şərtlərlə vəsait alanın olduğu yer üzrə mal-material dəyərlərinin ödənişinin edilməsini tapşırmasıdır.
Akkreditiv açan bankın (emitent bank)mal göndərənə ödəniş edə biləcəyi və ya akkreditivdə nəzərdə tutulan sənədlərin digər banka verilməsi şərti ilə və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi ilə həmin banka belə ödənişləri etmə səlahiyyətini verə biləcək saziş üzrə müştərinin tapşırığı ilə onun kontragentinin xeyrinə banka verilən şərti pul öhdəliyi deməkdir.
Akkreditiv açan bank (emitent bank) ödəyicinin (alıcının) tapşırığı ilə vəsaitləri digər banka - mal göndərənin bankına köçürürsə, akkreditivdə nəzərdə tutulan bütün şərtlərin yerinə yetirilməsi zamanı ödənişin edilməsi üçün tədarükçülərin bankında ayrıca balans hesabı "Akkreditivlər" açılır.
Azərbaycan Respublikasında sənədli akkreditivlərdən geniş istifadə olunur. Sənədli akkreditiv - elə bir sazışdir ki, onun əsasında bank müştərinin xahişi ilə və ya onun sərəncamlarına əsasən hərəkət edib, ödənişi 3-cü şəxsin adına aparır. Akkreditiv yalnız bir mal göndərənlə açıla bilər. Bank qanunvericiliyində akkreditivin müddəti məhdud deyil. Bu müddət tərəflər arasındakı bağlanmış müqavilədə göstərilir. Akkreditiv alqı - satqı müqaviləsindən ayrılmış aktdır. Göndərilmiş akkreditivdə sonradan hər hansı bir dəyişikliyin olması barədə sərəncamlar tam və dəqiq olmalıdır. Akkreditiv açmaq üçün banka müraciət edən şəxs ərizə verməlidir. Bu ərizədə aşağıdakıların olması mütləqdir:
- Mal göndərən təşkilatın adı
- Akkreditivin məbləği
- Akkreditivin müddəti
- Ödənişin hüquqi əsası
- Malın, xidmətin adı, sayı və qiyməti
Ödənilmiş akkreditiv açıldıqda emitent bank onun məbləğini ödəyicinin və ya ona verilmiş kreditin hesabına öz öhdəliyinin bütün müddəti ərzində icraçı bankın sərəncamına köçürür.Ödənilməmiş akkreditiv açıldıqda emitent bank onun məbləğini icraçı banka akkreditiv icra olunandan sonra ödəyir[1].
Akkreditivlərin növləri
redaktəNağdsız hesablaşmalar haqqında Əsasnaməyə müvafiq olaraq ölkəmizdə aşağıdakı akkreditiv növləri açıla bilər:
- Geri çağırılan akkreditiv - geri çağırılan akkreditiv emitent bank tərəfindən mal göndərən ilə qabaqcadan razılışdırılmadan dəyişdirilə və ya ləğv edilə bilər (məsələn, müqavilə ilə nəzərdə tutulmuş şərtlərə riayət olunmadıqda, emitent bankın akkreditiv üzrə ödənişlərə zəmanət vermədiyini qabaqcadan bildirdikdə);
- Geri çağrılmayan akkreditiv - mal göndərəninin xeyrinə açılmış olan çağırılmayan akkreditiv onun razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz. Mal göndərən qabaqcadan akkreditivin istifadəsindən imtina edə bilər ( əgər bu akkreditivin şərtlərində nəzərdə tutulubsa);
- Rezervli akkreditiv - malın alıcı və satıcısına açıq hesabla işləmək imkanı verir və akkreditiv malın alıcısı ödəniş öhdəliklərini yrinə yetirmədikdə icra olunur;
- Revolver akkreditiv - bərabər hissələrə bölünərək , əlavə düzəliş olmadan bir neçə dəfə təkrarlanır;
- Qarşılıqlı akkreditiv - alınmış hər hansı bir akkreditiv təminat kimi qəbul edilərək, onun əsasında digər akkreditiv açılır;
- Köçürülə bilən akkreditiv - satıcıya qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər satıcılara yönəltmək hüququ verir;
Akkreditiv üzrə hesablaşmaların etibarlılıq müddəti və qaydası ödəyici və tədarükçü arasında bağlanmış müqavilədə təyin olunmuş etibarlılıq müddəti ərzində yerinə yetirilir. Akkreditiv hesablaşmasdı zamanı hesablaşmanın bütün əsas qaydalarına tam riayət olunmalıdır. Bu qaydalara aşağıdakılar aiddir:
- məhsulun dəyəri onun göndərilməsindən sonra ödənilir;
- ödəniş ödəyicinin bu halda akkreditivin açılması faktı ilə ifadə olunmuş razılığı ilə yerinə yetirlir;
- müqavilənin şərtləri pozulduqda ödəyiciyə ödənişdən imtina etməsinə dair hüquq verilir;
- əgər alıcının akkreditiv almaq hüququ varsa akkreditiv ya alıcının vəsaitləri hesabına , ya da bankın kerditləri hesabına açılır.
Akkreditiv hesablaşma formasının müsbət cəhəti ödənişə zəmanətdir.Bununla yanaşı , bu hesablaşma formasının bir sıra mühüm çatışmamazlıqları vardır:
- alıcının akkreditiv məbləğindəki vəsaitləri akkreditivin etibarlı olduğu müddətdə onun təsrrüfat dövriyyəsindən çıxarılır;
- mal dövriyyəsi ləngiyir, çünki tədarükçü akkreditivin açılmasına dair məlumatlandırılmayana kimi hazır məhsulu göndərə bilmir və onun saxlanılması üzrə əlavə xərclər çəkir.
İstinadlar
redaktə- ↑ "Akkreditiv". 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.