Aleksandr Yakubovski - Wikipedia
Aleksandr Yuriyeviç Yakubovski (20 yanvar (1 fevral) 1886 və ya 1886[1], Sankt-Peterburq[2] – 21 mart 1953[2] və ya 1953[1], Leninqrad[2])—sovet şərqşünası.
Aleksandr Yakubovski | |
---|---|
rus. Александр Юрьевич Якубовский | |
Doğum tarixi | 20 yanvar (1 fevral) 1886 və ya 1886[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1953[2] və ya 1953[1] |
Vəfat yeri | |
Elm sahələri | tarix[1], şərqşünaslıq[1], arxeologiya |
İş yeri |
|
Təhsili |
|
Tanınmış yetirmələri | Lev Qumilyov |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
redaktəAleksandr Yuriyeviç Yakubovski 1 fevral 1886-cı ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. 1913-cü ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsini bitirmişdi. Tarix müəllimi kimi çalışmışdı. Elmlə sovet dövründə məşğul olmuşdu.
Aleksandr Yakubovskinin Qızıl Orda dövləti, Teymurlular sülaləsi ilə bağlı tədqiqatları vardı. O, Əmir Teymurun Orta Asiya tarixində oynadığı mütərəqqi rolu eynilə başqa xalqlara da şamil etməyə çalışırdı. Həmin fikrin Cənubi Qafqaza aid edilməsi özünü yalnız Əmir Teymurun Qızıl Ordaya münasibəti məsələsində doğrulda bilər. Belə ki, Volqaboyuna 1395-ci il yürüşü zamanı Qızıl Ordaya – Cuci ulusuna elə bir ağır zərbə vuruldu ki, bununla da Qızıl Ordanın Cənubi Qafqaza yürüşlərinə birdəfəlik son qoyuldu. Şübhəsiz ki, bu Əmir Teymurun Cənubi Qafqaz xalqları qarşısında ən böyük, həm də "yeganə" xidməti idi. Əmir Teymurun Qızıl Orda üzərində sonuncu qələbəsi onun ömrünü heç olmasa yarım əsr gödəltdi.
İnqilaba qədərki rus, həmçinin xarici ədəbiyyatda belə bir nöqteyi-nəzər hakim idi ki, bu baxışa görə "Özbək xalqının tarixini Orta Asiyada "özbək" adını daşıyan istilaçı tayfaların buraya gəldikləri XV–XVI əsrlərdən başlamaq lazımdır. Bu sahədə yeni prinsipial anlayışın əsası A. Y. Yakubovski tərəfindən qoyulmuşdur. O, bu nəticəyə gəlmişdir ki, gəlmə, istilaçı özbəklər Mavəraunnəhrin yerli türk əhalisi daxilində ərimişdir. "Köçəri özbəklər müasir Özbəkistanın əgər bütün ərazisi olmasa da, hər halda onun olduqca böyük hissəsini sıx türkdilli, başqa sözlə, türk və türkləşdirilmiş əhalisi olan yerə gəlmişlər, bu əhali uzun illər (birgə) mədəni həyatla yaşamış, ən qədim dövrlərdən burada olan daha qədim xalqlara qarışmaq prosesində formalaşmışdır"[3].
B. Q. Qafurov A. Yakubovskinin bu fikirlərini qəbul edir, vaxtilə məhz bu mövqedən əsər yazdığını söyləyir və özündən sitat gətirir. "VI əsrdən başlayaraq Orta Asiyaya türkdilli tayfaların və xalqların get-gedə artan gəlişi başlanır". Beləlikli. Yakubovskidə qeyri-müəyyənliklə ifadə olunan zaman anlayışı B. Q. Qafurovda "VI əsrlə" konkretləşdirilir. VI əsr böyük türk xaqanlığının yarandığı əsrdir. Eyni kökdən boy atmış bir çox tayfa və tayfa ittifaqlarının ümumi özünüadlandırmasına çevrilmiş türk sözü eyni zamanda saxtakar tarixçilərin əlində tarixi həqiqəti təhrif etmək üçün məkrli vasitəyə çevrildi.
Aleksandr Yakubovski 1945-ci ildə Soqdiya-Tacik arxeoloji ekspedisiyasına başçılıq etmişdi.
Aleksandr Yakubovski 21 mart 1953-cü ildə Leninqrad şəhərində vəfat edib.
Əsərləri
redaktə- Золотая Орда (Очерк истории Улуса Джучи в период сложения и расцвета в XIII–XIV вв.). Л., 1937 (1-е издание); Ташкент-Самарканд, 1940 (2-е издание); Л., 1941 (3-е издание). В соавторстве с Б. Д. Грековым
- Золотая Орда и её падение. Aкадемия Hаук CCCP, М.-Л., 1950. В соавторстве с Б. Д. Грековым
- О русско-хазарских и русско-кавказских отношениях в IX–X вв. Известия АН СССР. Серия истории и философии. № 5, 1946 г.
- История народов Узбекистана, в 2-х томах Изд. АН УзССР, Ташкент, 1950. Соавторы: Тревер К. В., Воронец М. Э.
- История Ирана с древнейших времен до конца XVIII века, 1958 В соавторстве с Пигулевской Н. В., Петрушевским И. П., Строевой Л. В., Беленицким А. М.
- Из истории изучения монголов периода XI–XIII вв.(Посвящается академику Борису Дмитриевичу Грекову) (ссылка)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Jakubovskij, Aleksandr Jur‘jevič // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 Якубовский Александр Юрьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Гафуров Б. Г. Таджики. М., 1972, c. 542