Aleksandr Arxipelaqi - Wikipedia
Aleksandr arxipelaqı (ing. Alexander Archipelago) — Alyaskanın cənub-şərqində, Sakit okeanın isə şimal-şərqində yerləşir. Materikdən Linn-Kanal boğazı ilə ayrılır[1] Boğazın yaxınlığında ştatın paytaxtı olan Cuno şəhəri yerləşir.
Aleksandr arxipelaqı | |
---|---|
ing. Alexander Archipelago | |
Ümumi məlumatlar | |
Adaların sayı | 1100 |
Ən böyük adası | Uels Şahzadəsi (Alyaska) |
Ümumi sahəsi | 36000 km² |
Hündür nöqtəsi | 1400 m |
Əhalisi | 37.159 nəfər (2000-ci il) |
Yerləşməsi | |
56°00′00″ şm. e. 134°00′00″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəArxipelaq rus dənizçiləri tərəfindən 1741-ci ildə kəşf edilir. Ekspedisiyada Vitus Berinq və Aleksey Çirikova iştirak edirdilər. 1809–1867-ci illərdə rus köçmənlərinin inzibati mərkəzi olan Novoarxangelsk (hazırda Sitka) arxipelaqda yerləşirdi. Arxipelaq 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ dölvətinə satılır. Arxipelaq isə rus çarı II Aleksandrın şərəfinə adlandırılır.
Coğrafiyası
redaktəArxipelaqda 1100 ada və qaya parçası vardır, ümumi sahəsi 36,8 km² təşkil edir. Adalar sualtı dağların zirvələrini təşkil edir. Onlar bir-birindən və materikdən dərin boğazlarla ayrılır. Boğazlar qışda donmadığında gəmiçilikdə əhəmiyyətlidir.
Arxipelaqın ən iri adaları:
- Uels Şahzadəsi (Alyaska) — 6675 km², 6000 nəfər. (2000)
- Çiçaqov adası — 5305,9 km², 1342 nəfər. (2000)
- Admiralti adası — 4264,1 km², 650 nəfər. (2000)
- Baranov adası — 4162 km², 8532 nəfər. (2000)
- Kupreyanov adası — 2802 km², 785 nəf. (2000)
- Revilyahihedo adası — 2755 km², 13 950 nəfər. (2000)
- Kuyu — 1962 km², 10 nəfər. (2000)
- Etolin — 878 km², 15 nəfər. (2000)
- Dall adası — 657 km², 20 nəfər. (2000)
- Mitkov adası — 546 km², 3364 nəfər. (2000)
- Vrangel — 544 km², 2401 nəfər. (2000)
Relyefi dağlıqdır (1400 m), sahilləri sıldırımdır, Fiordlarla kəskin parçalanmışdır. İqlimi mülayimdir. Yanvar ayınfa orta temperatur 1,6 °C, iyulda isə 12°C-14 °C arasında dəyişir. Dağların hündürlüyü 1000–1100 m arasında dəyişir. Adalar əsasən iynə yarpaqlı meşələrlə örtülüdür. Meşələrdən yüksəkdə isə Alp çəmənlikləri yerləşir.
Əhali və iqtisadiyyat
redaktəBölgələ köklü əhalisi hindu Tlinkitlər və Haydalılardır. Simşian qəbiləsi isə Britaniya Kolumbiyasında Annett adasına XIX əsr gəlmişlər. Ən iri yaşayış məntəqəsi Sitka şəhəri Baranova adasında yerləşir. Əsas gəlir mənbəyi balıqçılıq, heyvandarlıq, turizm və meşə təsərrüfatıdır.
İqtisadiyyat
redaktəArxipelaqın iqtisadiyyatı turizm, balıqçılıq, yabanı heyvandarlıq ovlanması və meşə təsərrüfatına əsaslanır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Linn Kannalı". 2012-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.