Ampermetr - Wikipedia
Ampermetr — dövrə hissəsində cərəyan şiddətini ölçən cihaz. İş prinsipi maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi yönəldici təsirə əsaslanır.[1] Ampermetr dövrəyə ardıcıl birləşdirilir.[2]
Tarixi
redaktəİlkin ampermetrlərin iş prinsipi Yerin maqnit sahəsindən asılı idi.[3]
Növləri
redaktəMaqnit-elektrik ampermetrlər
redaktəMaqnit-elektrik ölçmə mexanizmini ampermetr kimi birbaşa dövrəyə qoşduqda nisbətən kiçik cərəyanları ölçmək olur. Çərçivə dolağının nazik naqilini və spiral yayları 20-30 mA-dən artıq cərəyanla yükləmək olmaz ona görə də maqnit-elektrik ölçmə mexanizmindən mikro və milliampermetr kimi istifadə olunur.[4]
Elektromaqnit ampermetrlər
redaktəElektromaqnit ampermetrlərdə sarğacın sarğılar sayı cərəyanın nominal qiymətində hərəkət edən hissəsinin tam yerdəyişməsini təmin etmək üçün seçilir. Elektromaqnit ampermetrlər stasionar və qeyri-stasionar hazırlanır. Birincicilər müəyyən birhədli, ikincilər isə çoxhədli olub, ölçmə mexanizminin sarğacı bir neçə seksiyalı hazırlanır. Elektromaqnit ampermetrlərin ölçmə həddi cərəyan transformatorlarının köməyi ilə genişləndirilir.[5]
Elektrodinamik ampermetrlər
redaktəTərpənməz və hərəkət edən sarğaclar paralel birləşdiriləndə 0.5 Amperə qədər cərəyanları ölçmək mümkündür. 0.5 A-dan böyük cərəyanları ölçmək üçün tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdirilir.[6]
Müqavimətin ölçülməsi
redaktəAmpermetrə paralel şunt qoşmaqla müqaviməti də ölçmək olar.[7]
İstinadlar
redaktə- ↑ A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK - Fizika, 2008, səhifə 450
- ↑ A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK - Fizika, 2008, səhifə 222
- ↑ L. A. Geddes, Looking back: how measuring electric current has improved through the ages, IEEE Potentials, fevral-mart 1996, səhifə 40-42
- ↑ T. M. Əliyev, R. M. Mirsəlimov, T.Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 66
- ↑ T. M. Əliyev, R. M. Mirsəlimov, T.Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 78
- ↑ T. M. Əliyev, R. M. Mirsəlimov, T.Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 80
- ↑ A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK - Fizika, 2008, səhifə 233