Andaluzit - Wikipedia
Andaluzit Al2 [O | SiO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Andalusit siyanit və sillimanit ilə trimorfikdir, aşağı təzyiqli orta temperaturlu polimorfdur. Daha yüksək temperatur və təzyiqlərdə andaluzit sillimanite çevrilə bilər. Beləliklə, digər polimorflarında olduğu kimi, andaluzit də alüminosilikat indeksli mineraldır və ana süxurun istehsalında iştirak edən dərinlik və təzyiqlərə dair ipuçları verir.
Andaluzit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Al₂SiO₅[1] |
Strunz təsnifatı | VIII/A’.02[2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][3] |
Zolaq rəngi | ağ |
Sıxlıq | 3,15 ± 0,03 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəViridin – tünd — yaşıl manqanlı (7 %-dək) andaluzit; hiastolit – kristalın en kəsiyində kömür möhtəvilərinin xaç şəklində yerləşdiyi andaluzit.
Xassələri
redaktəRəng – boz, qonur, sarı, narıncı, qəhvəyi, qırmızı, az hallarda tünd-yaşıl, nadir hallarda rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən tutqunadək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,1–3,2; Sərtlik – 7–7,5; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl, Bölünmə – {120} və {230} üzrə; Sınıqlar – qeyri-hamar, qəlpəli, Lüminessensiya – zəifdir, yaşıldan-yaşılımtıl-sarıyadək; Morfologiya – kristallar: prizmatik, psevdotetraqonal; İkiləşmə: qeyd olunmayıb, Mineral aqreqatları: çubuğabənzər-şüalı, bəzən – lifli.
Mənşəyi və yayılması
redaktəTipik metamorfogen mineraldır. Gilli və kömürlü-gilli şistlərdə, bəzən qneyslərdə rast gəlir. Roqoviklərdə, alp tipli kvars damarlarında qeyd edilir. Törəmə kvarsitlərdə geniş inkişaf etmişdir. Bəzən qreyzenlərdə rast gəlir. Andaluzit qranit peqmatitlərində də qeyd edilmişdir. Çökmə süxurların adi qırıntı mineralıdır. Çox vaxt səpintilərdə tapılır, miqdarca çox olduqda praktik əhəmiyyət kəsb edir. Birlikdə rast gəldiyi minerallar: kordiyerit, stavrolit, qranat, kvars və b. Mineralın tapıldığı yerlər: Syerra-de Ronda (İspaniya); Vayt-Mauntin, Stendiş (ABŞ); Minas-Novas, Minas-Jerays (Braziliya); Xazi-Xils (Hindistan), Semiz-Buğu (Qazaxıstan); Murzinka (Rusiya). Andaluzitin iri yığınları həmçinin CAR, Tanzaniya, Avstraliya, Böyük Britaniya, İsveçrə və b. ölkələrdə aşkar edilmişdir. Azərbaycanda andaluzit Gədəbəy, Bittibulaq, Paraqaçay yataqlarının və Tutqun filiz sahəsinin filizyanı metasomatitlərində qeyd edilir.
Tətbiqi
redaktəOda və turşuyadavamlı mühüm xammal olmaqla metallurgiya və keramika sənayesində, silisium-alüminium xəlitəsi – silumin almaq üçün istifadə edilir. Mineralın gözəl rəngli növ müxtəliflikləri zərgərlik işlərində praktik baxımdan maraq doğurur.
İstinadlar
redaktə- ↑ International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (December 2014). 2014.
- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- ↑ mineralienatlas.de (ing.).
Mənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.