Anqlikanizm - Wikipedia
Anqlikan kilsəsi — VIII Henrixin dövründə (1509–1547) İngiltərənin katolikliyə yaxın olan dövlət kilsəsi. İdarə üsuluna görə Katolik kilsəsinə protestantizmdən daha yaxın hesab edilir.
Anqlikan kilsəsi | |
---|---|
Yaranma tarixi | 1534 |
Din | xristianlıq |
Başçı | III Çarlz |
churchofengland.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Anqlikan kilsəsi Reformasiya dövründə meydana gəlib İngiltərədə kral mütləqiyyətinin möhkəmləndirilməsinə qulluq edirdi.
1534-cü ildə parlamentin "Üstünlük Aktı" əsasında Anqlikan kilsəsinin başçısı Kral elan edilmişdir. Kral Vatikandan dini asılılığını tam aradan qaldırmaq üçün Anqlikan kilsəsinin əlaqəsini Vatikan kilsəsi ilə qırdı. Anqlikan kilsəsinə tabe olan monastırlar ləğv olundu. Kral öz dvoryanları arasında hörmətini artırmaq üçün monastırlara məxsus olan torpaqları onlar arasında bölüşdürdü.
Parlamentin qərarları ilə 1549-cu ildə bütün ingilislərə vacib olan "İcma ibadət kitabı" və 1571-ci ildə 39 maddədən ibarət anqlikanlığın inam rəmzləri təsdiq edilmişdir. Yeni dövlət kilsəsinin yaranması ilə razı olmayan katoliklər və kalvinistlər vəhşicəsinə təqib olunurdular. Anqlikan kilsəsi başda arxiyepiskop olmaqla iki, Kenterberi və York kilsə vilayətlərinə bölünür. Lakin əsas Kenterberi arxiyepiskopudur.
Anqlikan kilsəsinin müstəqil təşkilatları Şotlandiya, Uels, İrlandiya, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə fəaliyyət göstərir. Bu kilsələr arasında əlaqələr Lambet konfransları adını daşıyan "Anqlikan kilsələri ittifaqı"nın ali orqanı tərəfindən həyata keçirilir. Müasir dövrdə dünyada 30 milyon anqlikan var.
Anqlikan kilsəsi ekumen hərəkatında iştirak edir.