Antonen Arto - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Antonen Arto (4 sentyabr 1896[1][2][…], Marsel, Buş-dü-Ron, Fransa[4][4] – 4 mart 1948[1][3][…], Paris və ya İvri-sür-Sen[4]) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru
Antonen Arto | |
---|---|
fr. Antonin Artaud | |
Doğum tarixi | 4 sentyabr 1896[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 1948[1][3][…] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Dəfn yeri |
|
Fəaliyyəti | dramaturq, aktyor, şair, film tənqidçisi, yazıçı, esseist, ssenarist, rəssam, teatr aktyoru, kino aktyoru, nasir, kinorejissor, rejissor |
Vikianbarda əlaqəli mediafayllar |
hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur.[5]
Həyatı
redaktəMarsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi.
Arto özü də çox ziddiyyətli adam idi. Bu gün yazdığını sabah alt-üst edirdi. Onun uğursuz bədbəxt kimi təqdim edilməsində ətrafının da rolu böyük idi. Söyür, müxtəlif kəskin fikirlər səsləndirirdi. Məsələn deyirdi ki, yazıçılıq donuzluq kimi bir şeydir, öz zir-zibilində eşələnməkdir.
Bu fikirlərin arasında əsəb böhranı keçirən adamın sayıqlamaları çox idi. Arto kinoaktyor kimi də fəaliyyət göstərmişdi. Frits Lanq, Abel Hans, Hersoq Vilhelm Pabst kimi kinorejissorların filmlərinə çəkilmişdi, amma Arto ən çox teatr nəzəriyyəçisi kimi yadda qaldı. "Qəddar teatr" nəzəriyyəsi dövrünün bir çox sənət adamına böyük təsir göstərdi. Baxmayaraq ki, praktik olaraq bu teatr özünü doğrultmadı.
Qəddar teatr
redaktəAntonen Artonun "Qəddar teatr"ı reallıq üzərində qurulan qəddar həyat teatrı idi. Onun repertuarını Artonun, P. Klodelin, Strindberqin pyesləri təşkil edirdi. Bu tamaşalar xəstə təxəyyülün məhsulu kimi görünürdü, sanki, Artonun tamaşaları yuxugörmə teatrından idi, lakin onun bu eksperimentləri uğurlu olmadı. Tamaşaçılar açıq və qalmaqallı şəkildə öz narazılığını bildirdilər. 4 illik fəaliyyəti dövründə Artonun teatrında cəmi 4 tamaşa oynanılmışdı. 20-ci illərin sonlarında Arto məqalələr yazmağa başlayır və 1938-ci ildə bu məqalələrdən ibarət "Teatr və onun oxşarı" kitabını nəşr etdirir. Bu məqalələr, ümumiyyətlə, Artonun fikir və mülahizələri sanki XX əsr mədəniyyətinə girişdir (məsələn: onun fikrincə, incəsənət insanları ayırır, mədəniyyət isə birləşdirir). Bu məqalələrdə ("Səhnə mizanı və metafizika", "Teatr və taun", "Əlkimya teatrı" və s) Arto öz "qəddar teatr" nəzəriyyəsini işləyir. O, müasir teatrı tənqid edir və əsl teatrın əsasını irrasionallıqda və mistiklikdə görürdü. Onun reallıqla əlaqələrini itirmiş hər hansı mədəniyyəti görməyə gözü yox idi. Arto dəfələrlə teatrı "həyata toxunmağa" çağırırdı. Arto üçün tamaşa qəddarlıq və zorakılıqla dolu olan ritualdır. Onun teatr sisteminin pafosu teatrı inkar etməkdir. Hərçənd, Artonu məşhurlaşdıran onun yaratdığı hər hansı teatr forması yox, ümumiyyətlə teatr baxışları idi.
Snob teatra nifrətlə
redaktəAntonen Arto yaradıcılığında yalnız bir ümumi məsələ durur: təsadüfi subyektiv formalarını dağıtmaqla insan varlığının əsl mənasını açmaq. Onun yaradıcılığında teatr mərkəzdədir. Tarixən teatr sənəti iki ayrı-ayrı səviyyələrdə inkişaf edib: tamaşaçının ənənəvi maraqlarına cavab verən vərdiş olunan teatr tamaşaları və insan varlığının mənasını açmaq kimi məsələni qarşısına qoymuş teatr. Birinci mahiyyətcə ölü teatrdır. Arto bu teatrı tənqid edərkən onun snob ədalı saxta davranışlarına dözümsüz idi. Arto teatrı insan varlığının həqiqətlərini açmaq üçün ən uyğun məkan, məqam hesab edirdi: "Rejissura daha doğrusu, aktyorun səhnədəki hərəkətləri gizli bir dilin görünən işarələrindən başqa bir şey olmayacaq. Bütün teatral jestlər özündə xəyalların gizli çağırışını və həyatın bütün fatallığın cəmləşdirəcək. Müəyyən məqamda bizim səhnədə öncəgörmə ilə bağlı peyğəmbərlik cəhdləri görünəcək. Aydındı ki, bizim cəhdimiz həm də təhlükəlidi, amma güman edirik ki, təbiətdə elə bir boşluq yoxdur ki, onu insan ruhu doldura bilməsin".
Arto tamaşaçıya emosional həyəcan yaşatmağı yox, emosional şok keçirməyi arzulayır. Onun fikrincə, məhz bu halda, tamaşaçı ruhən təmizlənə bilər. O, Aristotelin "katarsis"ini reallaşdırmaq istəyirdi.
Artonun teatrı inkar pafosunda teatr formalarını rədd edən konseptual yanaşma idi. XX əsr sənətkarların mədəniyyətin hər hansı bir sahəsində formanı dağıtmağa olan meyli ilə başlayır. Marsel Prustun romanları roman formasını dağıtmağa yönəlmişdi, Moris Meterlinq antidramanı yaradırdı, Fridrix Nitsşe "həyatın fəlsəfəsin"ndə fəlsəfəni antifəlsəfəyə çevirirdi. Antonen Arto bu sırada dayanan və heç cür anlaşılmayan, ziddiyyətlər içində həqiqət axtaran ilk teatr "sərkərdə"si idi ki, ölümündən xeyli sonra böyük maraq oyatdı. O, mistika ilə maraqlanırdı. Misirlilərin "Ölü kitab"ını oxumaq istəyirdi. Artonun avtoportreti 1947
Antonen Arto yazırdı: "Mən həddən artıq əzab çəkirəm, ona görə də danışmağa haqqım var".
1920–39-cu illərdə Fransanın ən məşhur teatr adamı o idi-qəzetlər, sənət jurnalları onun şəkillərini dərc edir, ondan yazırdılar. "Üsyankar intellektual, "keçmiş sürealist" 1936-cı ildə Meksikaya yollandı və bir müddət orda yerli hindu qəbiləsində yaşadı, onların mərasimlərində iştirak etdi. Daha sonra o İrlandiyaya səfər etdi-druidlərin bilgiləri ona çox maraqlı idi. Fasilələrlə psixatrik xəstəxanalarda müalicə alan Arto ömrünün son illərində hətta radioverilişdə iştirak edirdi və yenə də şeirlər yazırdı.
Son aylarda isə o, yüksək dozalı narkotiklər qəbul etməyə başlamışdı. Arto 1948-ci il martın 4-də vəfat etdi. Bu adam XX əsr mədəniyyətinə böyük təsir göstərmiş və mədəniyyət, teatr barədə düşüncələrdə çevriliş etmişdi. İllər sonra məşhur rejissor, Artonun ideyalarından təsirlənən teatr refarmatoru Yeji Qrotovski yazacaqdı: "Biz Arto epoxasına daxil olmuşuq"
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Delarge J. Antonin ARTAUD // Le Delarge (fr.). Paris: Gründ, Jean-Pierre Delarge, 2001. ISBN 978-2-7000-3055-6
- ↑ 1 2 Antonin Artaud // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 3 4 5 6 Archivio Storico Ricordi. 1808.
- ↑ R.Sadıqov, Y.Əliyeva. "Qloballaşma və dünya teatrı". https://www.ebooks.az/book_jQmp5ovO.html. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.