Aracadzor Agdere - Wikipedia
Dovşanlı (əvvəlki adı: Araçadzor)[1] — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Dovşanlı | |
---|---|
40°03′37″ şm. e. 46°36′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 984 m |
Saat qurşağı | |
Tarixi
redaktəDovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır.[4] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[5]
Tarixi abidələri
redaktəDovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir.
Toponimikası
redaktəBəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur. XIX əsrdə bu kənddə yerləşmış ermənilər (1830-cu ildə Zəngəzurun Oxçu kəndindən) onun adını dəyişib Aracadzor kimi rəsmiləşdirmışdilər. Tədqiqatçılar Aracadzor oykonimini ermənicə arc və dzor sözlərindən ibarət "ayı dərəsi" mənasını ifadə edən toponim kimi izah etmişlər. Əslində araça/araçı türk dillərində "qoruyucu, keşikçi", zor/zur "təpə, zirvə" deməkdir. Türk dillərində arça (ardıç) və ermənicə dzor dərə sözlərindən ibarətdir. Ermənistanda və Yuxarı Qarabağda bir sıra yaşayış məntəqə adlarındakı ermənicə dzor sözü erməni tədqiqatcısı Q. Kapansyana görə Urartu dilində tara dərə sözü ilə bağlıdır. Urartu dilində olan tara sözü qədim türkmənşəli dərə sözündəndir. Erməni dilində arca (ardıç) sözü yoxdur. Bu toponim türkmənşəlidir. İrəvan əyalətində orta əsrlərdə Arcazur, Arcanotsa və b. kənd adları ilə mənaca eynidir.
1917-ci ildə Dovşanlı altı qışlağı olan böyük kənd kimi qeydə alınmışdır. Güman etmək olar ki, bu coğrafi ad dovşanlı nəslinin adı ilə bağlı olub, etnotoponimdir. 1992-ci ildə kəndin keçmış adı yenidən bərpa edildi. Dovşan komponentli coğrafi adlar umumtürk toponimiyasında, o cümlədən Qafqazda geniş yayılmışdır: Dovşan dağı (Qəbələ), Dovşan düzü (Şəki rayonunun Orta Zəyzit kəndi), Dovşan dərəsi (Qəbələ, Zəngilan, Laçın və Masallı), Dovşan yaylağı (Ağsu), Dovşan təpəsi (Abşeron, İmişli, Gədəbəy), Dovşanlu (Türkiyə), Dovşanlı (Ermənistan) və başqaları.[6]
Coğrafiyası və iqlimi
redaktəKənd Xaçınçayın sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
İstinadlar
redaktə- ↑ Хачынчај курганлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 63.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
- ↑ "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ Dovşanlı (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.