Arif Agayev - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Arif Mehdi oğlu Ağayev (1931 Naxçıvan MSSR, Şərur rayonu – 17 fevral 2009, Naxçıvan MR, Naxçıvan şəhəri) — dövlət xadimi, deputat.
Arif Ağayev | |
---|---|
Arif Mehdi oğlu Ağayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MSSR, Şərur rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan MR, Naxçıvan şəhəri |
Milliyyəti | Azərbaycanlı |
Partiya |
Sovet İttifaqı Kommunist Partiyası (1955-1991); Yeni Azərbaycan Partiyası (1992-2009). |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) 1949-1953 |
İxtisası | İqtisadçı |
Fəaliyyəti | İqtisadçı, deputat |
Həyatı
redaktəArif Ağayev 1931-ci ildə Naxçıvan MSSR, indiki Şərur rayonununun Mahmudkəndində anadan olmuşdur. Atasının adı Mehdi, anasının adı isə Çimnaz olmuşdur.
Ailəsi
redaktəDiplomat, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri, 1937-ci ilin ilk repressiya qurbanlarından olan Nəcəfqulu Nəcəfovun və Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi Nazlı Nəcəfovanın qızları Şəfiqə Ağayevanın həyat yoldaşıdır.
4 övladı (Akif, Qəzənfər, Kamran və Çimnaz) var.
Təhsili
redaktəNaxçıvan şəhərində orta təhsilini bitirdikdən sonra, ali təhsil almaq məqsədilə Bakıya gedərək, 1949-cu ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) qəbul olmuş, 1953-cü ildə həmin institutu əla qiymətlərlə bitirərək Dövlət İmtahan Komissiyasının 1953-cü il, 27 iyun tarixli qərarı ilə Ona iqtisadçı ixtisası verilmişdir.
Əmək fəaliyyəti
redaktəBakıda ali təhsilini başa vurduqdan sonra doğma yurdu Naxçıvana geri qayıdan Arif Ağayev ilk dəfə əmək fəaliyyətinə Xalq Təsərrüfatı İnstitutunda onun rektoru və müəllimi olmuş Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci Katibi Xurşud Məmmədov tərəfindən Vilayət Komitəsində iqtisadçı vəzifəsinə təyin edilərək başlamış, daha sonra isə Vilayət Komitəsinin növbəti birinci Katibi Hacıağa İbrahimovun baş köməkçisi vəzifəsinə təyin edilmişdir.
Növbəti olaraq O, Naxçıvan MSSR-in ticarət, sənaye və istehsalat sahələrində bir neçə zavodlarının direktoru olmuşdur. Onun rəhbərlik etdiyi dövrdə qeyd olunan zavodlar əvvəlki dövrlərlə müqayisədə sürətlə və kompleks şəkildə inkişaf etmiş və Naxçıvan MSSR üzrə iqtisadiyyat və aqrar sahələrdə güclü sənaye potensialı yaranmış idi.
Naxçıvan MSSR-in ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində konkret nəticələr əldə etdiyinə görə Arif Ağayev Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 40 illiyi münasibətilə 1964-cü ildə keçirilən təntənəli yubiley mərasimində Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 1964-cü il, 22 oktyabr tarixli qərarı ilə "Naxçıvan MSSR-də iqtisadiyyatın inkişaf etdirilməsində xidmətlərinə görə" Fəxri Fərmanla təltif edilmişdir.
Daha sonra O, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Naxçıvan şəhər XDS-nin 67 saylı dairəsindən deputat seçilmiş,[1] Azərbaycan SSR Ticarət Nazirliyinin Naxçıvan MSSR bölməsinin direktoru, Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin iqtisadi məsələlər üzrə direktor müavini kimi vəzifələrdə çalışmışdır.
Yuxarıda sadalanan məsuliyyətli vəzifələrdə 40 ildən artıq müddətdə şərəf və ləyaqətlə çalışan A. Ağayev muxtar respublikada təvazökar və sadə dövlət xadimi kimi tanınmış şəxsiyyətlərdən birinə çevrilmiş idi.
Vəfatı
redaktəO, uzun sürən xəstəlikdən sonra 17 fevral 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmiş və şəhər qəbirstanlığında dəfn edilmişdir.
İstinadlar
redaktə- ↑ "Naxçıvanda seçkilərin tarixi (1937–2002) Ensiklopedik toplu" (az.). Qanun nəşriyyatı. 2003. 81.