Artabazan - Wikipedia
Artabazan — Atropatena hökmdarı.(b.e.ə. III əsr)
Artabazan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | b.e.ə.III əsr |
Fəaliyyəti | monarx |
Haqqında
redaktəAtropaten Midiyası Makedoniya müharibələrindən sonra Midiyadan ayrılıb onun digər əyalətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdir. Polibinin yazdığına görə III Antiox (b.e.ə. 223 – b.e.ə. 222) Midiya satrapı Molonu və onun qardaşı Aleksandrı məğlub etdikdən sonra Atropaten Midiyasına hücum etmişdir. Atropatena çarı Artabazan Selevki hökmdarı III Antioxa qarşı mübarizədə xalq kütlələrinə arxalanaraq, Selevkilər imperiyasının paytaxtı Selevkiya şəhərinə hücum etmişdi. B.e.ə. 220-ci ildə Selevkilərlə bağladığı müqaviləyə əsasən Ayrarat vilayətinin əsas şəhəri Armavirdə daxil olmaqla Kolxidaya qədər ərazi Atropatenaya birləşdirilir. Artabazanın dövründə Atropatena ərazisi xeyli genişlənmişdi.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəArtabazanes // Encyclopaedia Iranica. Vol. II, Fasc. 6, p. 650
İstinadlar
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 406.