Arxangelsk Vilayeti - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arxangelsk vilayəti (rus. Архангельская область) — Rusiya Federasiyasının vilayətlərindən biri. Mərkəzi Arxangelsk şəhəri.
Arxangelsk vilayəti | |
---|---|
63°30′ şm. e. 43°00′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Arxangelsk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 23 sentyabr 1937 |
Sahəsi |
|
Hündürlük | 77 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-ARK |
Avtomobil nömrəsi | 29 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəRusiya Federasiyasının Şimal-Qərb Federal dairəsinə daxildir. Rusiyanın Avropa hissəsinin şimalında yerləşir. Nen Muxtar Mahalını (Kolquyev və Vaqaç adaları ilə birlikdə) və Şimal Buzlu okeanının adalarını (Novaya Zemlya, Frans-İosif Torpağı, Solovets və s.) əhatə edir. 1937-ci il sentyabrın 23-də təşkil edilmişdir. Sahəsi 587,4 min km². Əh. 1304,5 min (2005). 21 rayonu, 14 şəhəri, 31 şəhər tipli qəsəbə var. Mərkəzi Arxangelsk şəhəridir.
Təbiəti
redaktəArxangelsk vilayəti Şərqi Avropa düzənliyinin şimal-şərq kənarındadır. Mərkəzi və cənub hissəsi çay dərələri ilə parçalanmış düzənlikdir (hündürlüyü 150–200 m). Qərbdə kiçik təpəliklər, şərqdə Timan düzənliyi, şimal-şərqdə Timan təpəliyi (hündürlüyü 471 m-ədək) ilə Pay-Xoy silsiləsi arasında olan Peçora ovalığından ibarətdir. Faydalı qazıntıları: neft, qaz, almaz (Arxangelsk almazlı rayonu), boksit, torf, tikinti materialları; mineral su bulaqları. İqlimi sərtdir. Qışı soyuq, yayı qısa və sərindir. Orta temperatur yanvarda −12 °C dən −18 °C-yədək, iyulda 8 °C-dən (şimalda) 16 °C-yə (cənubda) qədərdir. Ortaillik yağıntı 300–500 mm. Ağ dəniz sahillərində tez-tez duman olur. Vegetasiya müddəti şimalda 50–60 gün, cənubda 150–155 gündür. Əsas çayları (Şimali Dvina, Mezen, Oneqa və Peçora) Şimal Buzlu okeanı hövzəsinə aiddir. Arxangelsk vilayətində çoxlu (təqribən 2,5 min) göl var. Ən böyükləri: Laça, Kenozero, Kojozero. Ərazisinin şimal-şərqi tundra, cənubu iynəyarpaqlı meşələrdir. Meşələr ərazinin təqribən 1/2-ni tutur. Qleyli tundra, podzollaşmış, torflu bataqlıq və s. torpaqlar yayılmışdır. Heyvanları: şimal maralı, qonur ayı, sığın, ağ dovşan, tülkü; quşlardan tundra kəkliyi, ağ kəklik, tetra quşu, Sibir xoruzu və s. Pineqa qoruğu, Vodlozero (qismən) və Kenozero milli parkları Arxangelsk vilayəti ərazisindədir.
Təsərrüfatı
redaktəArxangelsk vilayəti Şimal iqtisadi rayonunun sənaye regionlarından biridir; sənaye məhsulunun həcmi dəyərinə görə təqribən 14 dəfə kənd təsərrüfat məhsulunun həcmini üstələyir. Ölkə iqtisadiyyatında inkişaf etmiş meşə kompleksi (Rusiyada sellüloz istehsalının təqribən 33%-i, kartonun 26%-i, taxta-şalbanın 9,7%-i, emallıq oduncağın 9%-i və kağızın 9%-i), gəmiqayırma və balıq sənayesi ilə seçilir. Ümumi regional məhsul strukturunda sənayenin həcmi 39,4%, ticarətin — 12,3%, nəqliyyatın — 11,4%, tikintinin — 10,1%, kənd təsərrüfatının — 2,1%, rabitənin həcmi isə 1,3% təşkil edir (2003). Müəssisələrin mülkiyyət formalarına görə nisbəti (təşkilatların sayına görə): özəl — 66,5%, dövlət və bələdiyyə — 17,1%, ictimai və dini təşkilatların (birliklərin) — 9,8%, mülkiyyətin digər formaları — 6,5%. Arxangelsk vilayətinin iqtisadi fəal əhalisi 763 min nəfərdir, 82%-i iqtisadiyyatda çalışır. Məşğulluğun sahəvi strukturu: sənaye 26,7%, ticarət və ictimai iaşə 14,5%, təhsil 10,6%, nəqliyyat 9,4%, səhiyyə 7,8%, mənzil-kommunal təsərrüfatı 6,0%, kənd təsərrüfatı 5,2%, tikinti 4,9% və s. İşsizliyin səviyyəsi 9,9%-dir. Adambaşına pul gəlirləri ayda 6,01 min rubl (Rusiya Federasiyası üzrə orta hesabla göstəricinin təqribən 95%-i) təşkil edir; əhalinin təqribən 30%-inin gəlirləri yaşayış minimumundan aşağıdır.
Sənayesi
redaktəArxangelsk vilayətinin sənaye məhsulunun həcmi 106185 mln. rubl təşkil edir (2004). Sənaye istehsalının sahəvi strukturu: meşə, ağac emalı və sellüloz-kağız sənayesi 39%, yanacaq — 25%, maşınqayırma və metal emalı — 19,3%, elektroenergetika — 8,5%, yeyinti — 4,8%. Boksit (Plesetsk rayonunda İksin yatağı və s.), almaz (Arxangelskdən 90 km şimalda Lomonosov ad. yataq), neft və qaz yataqları kəşf edilmiş və istismar olunur. İlkin enerji resurslarının 90%-indən çoxu digər regionlardan gətirilir, təqribən 8%-i yerli yanacaq növləridir: odun, sellüloz-kağız və meşə-kimya sənayesinin tullantıları, torf (Solvıçeqodsk və Şenkursk torf-briket zavodları). Arxangelsk, Severodvinsk və Kotlasda iri İES-lər fəaliyyət göstərir. Elektrik təchizatı mərkəzləşməmiş bir sıra rayonlarda (əsasən şimal) elektrik enerjisini dizel elektrik stansiyaları hasil edir.
Arxangelsk vilayəti Rusiya Federasiyasının meşə təsərrüfatı kompleksi (meşə tədarükü, ağac emalı, sellüloz-kağız sahələri və faner istehsalı daxil olmaqla bitkin istehsal tsiklinə malikdir) məhsulunun ən iri tədarükçülərindən biridir. Vilayət Rusiya Federasiyasının subyektləri arasında taxta-şalban, emallıq oduncaq, sellüloz, karton, kağız istehsalı üzrə aparıcı yer tutur. Əsas meşə təsərrüfatı rayonu Arxangelsk-Voloqda dəmir yoluna yaxın ərazidir. Ən iri ağac emalı müəssisələri tundra zonasında, meşə ixracı portlarının yaxınlığında yerləşir. İri meşə emalı mərkəzləri: Arxangelsk, Novodvinsk, Kotlas və Koryajma. Oduncağın kimyəvi emalı Arxangelsk, Kotlas, Solombal sellüloz-kağız kombinatlarında, həmçinin Arxangelsk və Oneqa hidroliz zavodlarında həyata keçirilir. Arxangelsk vilayəti sənayesinin ikinci iri ixtisaslaşmış sahəsi gəmiqayırmadır (o cümlədən atom sualtı qayıqları, buzqıranlar). İri gəmilərin istehsalı və təmirinin əsas mərkəzləri: Severodvinsk (həmçinin hərbi gəmilərin), Arxangelsk, Kotlas. Dövlət Rusiya atom gəmiqayırmasının mərkəzi (Severodvinsk; "Sevmaş", "Zvyozdoçka" və s. müəssisələr daxildir) və "Plesetsk" Dövlət sınaq kosmodromu (Mirnı şəhər) vilayətin ərazisində yerləşir. Arxangelsk vilayətində yol maşınlarının ("Sevdormaş", Severodvinsk) və meşə təsərrüfatı üçün avadanlığın (Arxangelsk, Solombal maşınqayırma zavodu) istehsalı da in kişaf etmişdir. Balıq sənayesi də (vilayətin yeyinti sənayesi məhsulunun 50%-indən çoxu) seçilir. İllik balıq ovu təqribən 200 min ton təşkil edir (treska, paltus, xanı balığı, navaha balığı, siyənək və somğa ovlanır); 120 min tondan artıq yeyinti balıq məhsulları və konservləri istehsal olunur. Sahə müəssisələrinin çoxu Arxangelskdədir; onlardan ən irisi "Tral donanmasının Arxangelsk bazası"dır (ovun 75–80%-i). Yosunların ovu, əsasən, Solovets adaları və Jijgin ada rayonunda aparılır (ildə 2000 tonadək yosun; "Arxangelsk təcrübə yosun kombinatı"). Arxangelsk vilayətində almazların taraşlanması üzrə müəssisələr (Koryajm və Severodvinskdə), tikiş fabrikləri, təbii dəri və xəzdən ayaqqabı istehsal edən müəssisələr fəaliyyət göstərir. Əsas sənaye mərkəzləri: Arxangelsk, Severodvinsk, Novodvinsk, Koryajm, Oneqa. Meşə təsərrüfatı kompleksinin məhsulu (sellüloz, taxta-şalban, karton, kağız) Arxangelsk vilayəti ixracatının təqribən 3/4-ünü təmin edir; həmçinin xam neft, gəmiqayırma məhsulları ixrac olunur. İxracda maşınqayırma məhsulları (ağac tədarükü texnikası, elektroenergetika üçün avadanlıq və s.) üstünlük təşkil edir.
Kənd təsərrüfatı
redaktəArxangelsk vilayətinin Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 5867,1 mln. rubl təşkil edir (2004). Dəyər ifadəsində bitkiçilik məhsulları üstünlük təşkil edir (56%). Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin sahəsi 583,4 min ha (o cümlədən 46% əkin yeri). Arxangelsk vilayəti riskli əkinçilik zonasında yerləşir. Şimal şəraitində əsas Kənd təsərrüfatı bitkiləri kartof və tərəvəzdir. Bitkiçilik Arxangelsk vilayətinin ehtiyaclarını təmin edən məhsulların istehsalına yönəlmişdir. Əsas Kənd təsərrüfatı rayonu vilayətin cənubunda yerləşir.
Heyvandarlığın əsas sahəsi südlük-ətlik maldarlıqdır (yüksək məhsuldarlığa malik Xolmoqor cinsi); donuz, qoyun və keçi (cədvəl 3), quş, maral (şimalda) yetişdirilir. Arxangelsk vilayətində cins mal-qara, xəzlik heyvan (şimal tülküsü, su samuru) yetişdirilir; dəniz vəhşi heyvan ovçuluğu inkişaf etmişdir.
Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin 94,5%-i taxıl istehsalının 62,2%-ini, mal və quş əti istehsalının 55,3%-ini təmin edən Kənd təsərrüfatı təşkilatlarının torpaqlarına aiddir. Əhali təsərrüfatlarında təqr. 94% kartof, 92% tərəvəz, təqribən 40% heyvan və quş əti və 50%-ə yaxın süd istehsal edilir.
Nəqliyyatı
redaktəArxangelsk vilayəti ərazisinin nəqliyyat mənimsənilməsi yüksək deyil. Daşınan yüklərin ümumi həcminin ½-i və bütün daşınan sərnişinlərin 95%-i avtomobil nəqliyyatının payına düşür. Bərkörtüklü avtomobil yollarının uzunluğu 7,23 min km-dir. Əsas avtomobil yolu federal əhəmiyyətli Arxangelsk — Voloqda magistralıdır. Dəniz və çay daşımaları da inkişaf etmişdir. Gəmiçiliyə yararlı çay yollarının uzunluğu 3,8 min km, axıdılan yolların uzunluğu 9 min km-dir. Ən mühüm su nəqliyyat sistemi — Şimal Dvinadır (qolları ilə). Əsas dəniz və çay portları: Arxangelsk (uzaq rayonlarla rabitəni təmin edir), Oneqa, Mezen, Kotlas. Arxangelsk vilayətinin dəmir yollarının uzunluğu 1,76 min km-dir. Əsas dəmir yolu magistralı Arxangelsk — Moskvadır. Digər mühüm dəmir yolları: Kotlas — Voloqda, Arxangelsk — Murmansk, Kotlas — Kirov, Arxangelsk — Karpoqorı. Arxangelsk (beynəlxalq) və Kotlasda aeroport fəaliyyət göstərir. Vilayətin cənub-şərq hissəsində magistral qaz və neft kəmərləri keçir.
Şəhərlərı
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Шахрай С. М., Алексеев С. С., Собчак А. А., Конституционное совещание Российской Федерации, phaile Конституция Российской Федерации (rus.). // Российская газета Россия: 1993. Т. 102. С. 102. ISSN 1606-5484; 1560-0823
Xarici keçidlər
redaktə Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |