Arxangelsk - Wikipedia
Arxangelsk (rus. Архангельск; 1613-cü ilədək Novoxolmoqorı) — Rusiyada şəhər. Arxangelsk vilayətinin mərkəzi. Arxangelsk Rusiyanın şimal-qərb hissəsinin böyük elm, mədəniyyət və sənaye mərkəzidir.
Şəhər | |||
Arxangelsk | |||
---|---|---|---|
Архангельск | |||
|
|||
64°32′35″ şm. e. 40°32′15″ ş. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1584 | ||
İlk məlumat | 1584 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 3 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +7 8182 | ||
Poçt indeksi | 163000–163072 | ||
Digər | |||
arhcity.ru | |||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 351,4 min (2017). Şimali Dvina çayının mənsəbindədir. Mühüm dəniz və çay portu (illik yük dövriyyəsi təqribən 3,1 mln. t). Dəmir yolu qovşağı. Beynəlxalq aeroport.
1583-84 illərdə Şimali Dvina çayının sağ sahilində ağacdan qala tikilmiş və port salınmışdır. 1585-87 illərdə İngiltərə və Hollandiyanın ticarət faktoriyaları buraya köçürülmüşdür. Əvvəllər Novı port və Novoxolmoqorı adlanan Arxangelsk 1613-cü ildə müasir adını almışdır.
17 əsr – 18 əsrin əvvəllərində Rusiyanın əsas dəniz portu və Qərbi Avropa ölkələri ilə ticarətin mərkəzi olmuşdur. 1693-cü ildə Böyük Solombal a.-da I Pyotr tərəfindən əsası qoyulan admirallıq və tərsanə 1862-ci ilədək fəaliyyət göstərmişdir. 1708-80 və 1784-1929 illərdə Arxangelsk quberniyasının mərkəzi, 1780-84 illərdə isə Voloqda canişinliyində vil. şəhəri olmuşdur. 18 əsrin sonu – 19 əsrin əvvəllərində Arktikanın və Şimal dəniz yolunun mənimsənilməsində əhəmiyyətli rol oynamışdır. 19 əsrin sonlarından Arxangelsk meşə sənayesi və ticarətinin mühüm mərkəzi olmuşdur.
1917-22 illər Vətəndaş müharibəsi dövründə Antanta dövlətləri tərəfindən işğal edilmişdir (1918-20). 1929-36 illərdə Şimal diyarının, 1936-37 illərdə Şimal vilayətinin, 1937 ildən isə Arxangelsk vilayətinin mərkəzidir.
Arxangelsk Rusiyanın şimal-qərb hissəsinin böyük elm, mədəniyyət və sənaye mərkəzidir. REA-nın Ural Bölməsinin Arxangelsk Elmi Mərkəzi (2001), filiallarla birlikdə 10 ali məktəb, o cümlədən 6 dövlət universiteti, ölkənin ən qədim Dənizçilik məktəbi (1781) fəaliyyət göstərir. Barıt çadırı adlanan ilk daş bina (1647, memar P.Uşakov), qalayaoxşar Rastabazar (1668-84, memar DM.Starsev; 3 həyətli, 6 qülləli, 1780 90 illərdə yenidən tikilmişdir), Troitsa kilsəsi (1745, barokko üslubunda), Müq. Yekaterina lüteran kilsəsi (1768), qubernator evi (1817; 1932 ildə yenidən tikilmişdir), kanat zavodu (19 əsrin əvvəlləri, memar Arxangelsk D.Zaxarov), Admirallıq (1820, tamamilə yenidən tikilmişdir) və s. Arxangelskin memarlıq abidələrindəndir. Şəhərin memarlıq görünüşündə körpülər mühüm rol oynayır. 19 əsrin sonu 20 əsrin əvvəllərinə aid sahil körpüləri kompleksi memarlıq abidəsidir. Solombala adasında ovma naxışlı köhnə kənd yaşayış evləri, taxta səkilər qorunub saxlanılmışdır. Arxangelskdə I Pyotrun (1872. heykəltaraş M.M. Antokolski, 1914 ildə qoyulmuşdur). M.V. Lomonosovun (1826-29; heykəltaraş İ.P. Martos; 1832 ildə qoyulmuşdur) heykəlləri. Böyük Vətən müharibəsinə (1941-45) həsr olunmuş Qələbə monumenti(1969, heykəltaraşlar Arxangelsk Mixalyov, Y.V. Çernov) qoyulmuşdur. 49 kitabxana, təsviri sənət (1960), ədəbiyyat (1999). diyarşünaslıq (əsası 1837 ildə qoyulmuşdur) və s. muzeyləri. “Rus şimalinın bədii mədəniyyəti” dövlət muzey birliyi (1959); M.V. Lomonosov adlı dram teatrı (1932), vilayət kukla teatrı (1933), vilayət gənclər teatrı (1975), Pomor filarmoniyası (1937), Dövlət kamera orkestri (1993), Şimal rus xalq xoru (1926), sirk (1929) var. Arxangelsk ətrafında qədim pomor yaşayış məskəni Konetsdvorye, şəhərdən 25 km məsafədə açıq səma altında “Kiçik Kareliva" ağac memarlığı və xalq sənəti muzeyi (1963 ildə yaradılmışdır; 16-20 əsı iıı əvvəllərinə aid təqribən 100 tikili) yerləşir.