Asiya Infrastruktur Investisiya Banki - Wikipedia
Asiya İnfrastruktur İnvestisiya Bankı (ing. Asian Infrastructure Investment Bank) — Çin hökumətinin təşəbbüsü ilə yaradılmış beynəlxalq maliyyə institutu. Mənzil-qərargahı Çin Xalq Respublikasının Pekin şəhərində yerləşir.
Tarixi
redaktəBankın yaradılması ilə bağlı ilk sənəd 24 oktyabr 2014-cü ildə imzalanmışdır. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng investisiya bankının yaradılması məqsədilə memorandum imzalayıblar.[1]
"Maddələr Sazişi"
redaktəBankın əsas təsis sənədi olan "Maddələr Sazişi"dir.[2]
2015-ci ilin 27-28 aprel tarixlərində Pekin şəhərində və 20-22 may tarixlərində Sinqapurda gələcək təsisçi üzvlərinin nümayəndələrinin müvafiq olaraq keçirilmiş 4-cü və 5-ci iclaslarında yekdilliklə razılaşdırılmış "Maddələr Sazişi"i 29 iyun 2015-ci il tarixində Pekində təsisçi üzv statusuna malik olan 57 ölkədən 50-si tərəfindən imzalanmışdır.[2]
Nizamnamə kapitalı
redaktəƏsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmişdir.[2] Bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcəkdir.[2] Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir.[2] Bankın səhmdarları bunlardır:
Fəaliyyət planı
redaktəFəaliyyəti Asiya ölkələrinin infrastruktur baxımdan inkişafına yönəlmişdir.[1]
Bank ilk mərhələdə fəaliyyətini Avropaya yeni ticarət marşrutu olacaq Yeni İpək Yolunun yaradılmasına cəmləyəcək.[4] Bankın maliyyələşdirməyi planlaşdırdığı layihələr sırasında Bağdad və Çin arasında birbaşa dəmir yol əlaqəsinin qurulması da yer alır.[4]
İstinadlar
redaktə- ↑ 1 2 Bu gün Asiyada nəhəng bank yaradıldı Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine. interaztv.com, 24.10.2014 (az.)
- ↑ 1 2 3 4 5 Asiya İnfrastruktur İnvestisiya Bankının əsas təsis sənədi imzalanmışdır Arxivləşdirilib 2015-07-01 at the Wayback Machine. maliyye.gov.az, 29.06.2015 (az.)
- ↑ 1 2 3 4 Asiya İnfrastruktur İnvestisiya Bankı rəsmən təsis olundu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. report.az, 29.06.2015 (az.)
- ↑ 1 2 Avstraliya Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulur Arxivləşdirilib 2015-04-01 at the Wayback Machine. xezerxeber.com (az.)
Xarici keçidlər
redaktə- aiibank.org — Rəsmi saytı
- Ministry of Finance of the People's Republic of China (MOF) (çin.)
- Asian investment bank: Realigning the status quo by The Straits Times