Aslanbek Ismayilov - Wikipedia
Aslanbek İsmayılov (11 sentyabr 1963, Şali, Çeçen-İnquş MSSR – 1 fevral 2000, Qroznı) — Çeçen İçkeriya Respublikasının hərbi və dövlət xadimi, İçkeriya milli ordusunun briqada general. 1999–2000-ci illərdə Qroznı Müdafiə Qərargahı rəisi (Qroznıdakı Çeçen müqavimətinin bütün qüvvələrinin komandanı)[1]. Tikinti naziri vəzifəsini, eyni zamanda tanınmamış Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin komandir müavini vəzifəsini tutmuşdur[2]. 1995-ci ildə Çeçenistanın Arqun şəhərinin müdafiəsinə rəhbərlik etmişdir. Budyonnovskdakı terror basqınının təşkilatçılarından biri olur. 1 fevral 2000-ci ildə Qroznıdan ayrılarkən minaya düşərək ölür.
Aslanbek İsmayılov | |
---|---|
Doğum tarixi | 11 sentyabr 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 2000 (36 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktə11 sentyabr 1963-cü ildə Şali şəhərində anadan olmuşdur. 1981-ci ildə Kemerovo Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur. 1994-cü ilə qədər kərpic zavodunun direktor müavini işləyir[3]. Rusiya hakimiyyəti tərəfindən "2 nömrəli terrorçu" elan edilən "Kiçik Aslanbek" ləqəbli Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin səhra komandiri Basayevin sağ əli olur. 1995-ci ildə Arqun şəhərinin müdafiəsinə rəhbərlik etdir. Budyonnovskdakı xəstəxananın ələ keçirilməsində iştirak edir, 1999-cu ilin avqust-sentyabr aylarında Dağıstanın Botlix və Novolakski rayonlarına, Kizlyar və Pervomayskoye qəsəbələrinə edilən kampaniyanın təşkilatçılarından biri olur. Budenovskdakı terror aktının təşkilatçısı və tərtibçisi, habelə onun iştirakçısı kimi bilinir. 6 avqust 1996-cı ildə Mashadovla birlikdə Qroznı şəhərini azad etmək üçün Cihad əməliyyatını planlaşdırır.
1998-ci ilin iyulundan Çeçen İnquşetiya respublikasının hərbi komendantı. Eyni zamanda Mashadov hökumətində, inşaat naziri vəzifəsini tutur. Üstəlik Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin komandir müavini vəzifəsini daşıyır. Budennovskdakı əməliyyata görə Aslanbek İsmayılov ən yüksək çeçen mükafatı olan "Koman Siy" ("Millətin Şərəfi") alır.
1996-cı ilin avqustunda Qroznı azad edildikdən sonra, sentyabr ayında mərkəzi komendantlığın binasında Aslanbek İsmayılov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş Komandanının birinci müavini Vyaçeslav Ovçinnikovla dostluq görüşü keçirir.
8 iyul 1998-ci ildə İsmayılov, yaraqlıların Budyonnovsk hücumunun iştirakçısı və təşkilatçısı olaraq federal axtarışa verilir.
1999–2000-ci illərdə Qroznı şəhərinin müdafiə qərargahına rəhbərlik edir (Qroznıdakı bütün çeçen müqavimət qüvvələrinə əmr verən şəxs olur). Rəsmi olaraq qeyd etdiyi kimi, "bəzi bölgələrdə silahlılar mövqe döyüşü taktikasından əl çəkdilər və partizan müharibəsi üsullarından istifadə etdilər"[4].
Mashadovun mətbuat xidmətindən verilən məlumata görə, briqada generalı İsmayılov 1 fevral 2000-ci ildə səhər saatlarında mühasirədə olan Qroznıdan ayrılarkən federal qoşunları ilə döyüşdə öldürülür[5].
İstinadlar
redaktə- ↑ "Агония — это слово почти в каждом сообщении о положении боевиков в Грозном. Новости. Первый канал" (rus). 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
- ↑ "Биография Аслана Масхадова - ПОЛИТ.РУ". polit.ru. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
- ↑ Черкасов, Александр Владимирович Исмаилов Асланбек Абдуллаевич Arxivləşdirilib 2017-01-14 at the Wayback Machine // Мемориал
- ↑ Бои за площадь Минутка в Грозном продолжаются седьмой день Arxivləşdirilib 2009-07-29 at the Wayback Machine // Лента.ру, 20.01.2000
- ↑ "Кавалер Высшего Ордена ЧРИ Исмаилов Асланбек Абдуллаевич". 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.