Avoqadro Qanunu - Wikipedia
Avoqadro qanunu (Avoqadro hipotezi) — 1811-ci ildə Amedeo Avoqadro tərəfindən kəşf olunan ideal qaz qanunudur. Qanuna əsasən bərabər temperatur və təzyiqdə bərabər qaz həcmləri eyni sayda molekul və ya zərrəcikdən təşkil olunub. Qanuna əsasən hidrogen və azot qazlarının eyni həcmləri eyni sayda molekuldan təşkil olunub.
Qanunun riyazi ifadəsi belədir:
- .
-burada:
- V qazın həcmi.
- n qazda olan molların sayını göstərir.
- a sabit ədəddir.
Lakin yuxarıda qeyd olunan bərabərlik əhəmiyyətsizdir; o bütün homogen maddələr (homogen mayelər və bərk maddələrdə daxil olmaqla) üçün doğrudur. Bu bərabərlik Avoqadronun kəşfindən əvvəl də var idi.
Avoqadro qanunun məntiqi nəticəsi belədir: "İdeal qaz sabitinin qiyməti bütün qazlar üçün eynidir." Riyazi ifadəsi isə:
-dır. Burada:
- p qazın təzyiqidir.
- T isə qazın temperaturudur.
Bir mol ideal qaz standart təzyiq və temperatur şəraitində 22.4 litr (m3) həcmə malik olur. Bu həcm adətən ideal qazın molyar həcmi adlanır.
Bir molda olan molekulların sayı Avoqadro ədədi adlanır: təxminən 6.02 ×1023-ə bərabərdir.
Avoqadro qanunu, birləşmiş qaz qanunu ilə birgə ideal qaz qanunu yaradır.
Molyar həcm
redaktə1) Bütün ideal qazların 1 molunun eyni temperatur və təzyiqdə həcmləri bir-birinə bərabərdir.
Bu həcm 00C temperatur və 101325 H/m2 (700mm c. süt.) təzyiqdə 22,4136 dm3-dir.
2) Eyni temperatur və təzyiqdə 2 ideal qazın sıxlıqları onların kütlələri ilə düz mütənasibdir (p1 / p2 = m1 / m2)
Mənbə
redaktə- Дикерсон Р., Грей Г., Хейт Дж. Основные законы химии: В 2-х томах. Пер. с англ.. — М. : Мир, 1982. — Т. 1. — С. 62—65, 295. — 652 с. : ил.
- Глинка Н. Л. Общая химия. — 22 изд., испр. — Л. : Химия, 1977. — С. 18—19. — 719 с.