Avrasiya Plitesi - Wikipedia
Avrasiya plitəsi — Avrasiya materikinin böyük hissəsini əhatə edən plitə. Bu baxımdan Hind yarımadası və Ərəb yarımadası istisnadır. Eləcə də Şərqi Sibirin Çerski hissəsi də plitəyə aid deyil. Avrasiya plitəsi həmçinin qərbdən Orta-Atlantik dağ silsiləsinə və şimaldan Qakkel dağlarına qədər genişlənir. Şərq tərəfdən şimala doğru Şimali Afrika plitəsi və cənuba doğru Filippin dənizi plitəsi ilə və ola bilsin ki, Oxlotsk və Amur plitələri ilə sərhədlənir. Cənub hissədə qərbə doğru Afrika plitəsi, mərkəzdə Ərəb plitəsi və şərqdə Hind-Avstraliya plitəsi ilə sərhədlərə sahibdir. Qərbdə Şimali Amerika plitəsi olan divergent sərhədlər Orta-Atlantik dağ silsiləsinin şimal hissəsini əmələ gətirir. 1973-cü ildə İslandiya adası Heimaeydəki Eldfell vulkanının püskürməsi məhz Şimali Amerika və Avrasiya plitələrinin divergent hərəkəti nəticəsində baş vermişdi. Mərkəzi Asiyanın geodinamikası Şimali Avrasiya və Hind plitələri arasındakı əlaqə ilə idarə edilir. Bu ərazidə bir çox plitə hissələri və qabıq blokları aşkar edilib. Bunlar Mərkəzi Asiya tranzit zonasına və Şərqi Asiya tranzit zonasına aiddir.