Avropa Atom Enerjisi Birliyi - Wikipedia
Avropa Atom Enerjisi Birliyi (ing. European Atomic Energy Community) və ya qısaca Avratom[1] — atom enerjisinin istehsalı və istifadəsi sahəsində birgə işlərin əlaqələndirilməsi və maliyyələşdirilməsi, atom sənayesinin ikişafı, nüvə energetikası sahəsində tədqiqatların aparılması, parçalanan materialların istifadəsi üzərində nəzarətin həyata keçirilməsi və s. üzrə Avropa dövlətləri təşkilatı.[2]
Avropa Atom Enerjisi Birliyi Euratom | |
---|---|
European Atomic Energy Community | |
| |
Növü | Beynəlxalq təşkilat |
Yaranma tarixi | 1 yanvar 1958 |
Mərkəzi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1957-ci ildə yaradılması haqqında sazişi Avropa İqtisadi Birliyinin 6 üzvü — Fransa, AFR, İtaliya, Niderland, Belçika və Lüksemburq imzalamışlar.[3] Saziş 1958-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 1957cü ildən Böyük Britaniya, İrlandiya və Danimarka Avratoma daxil olmuşlar. Onun rəsmi vəzifəsi nüvə sənayesi yaratmaq və inkişaf etdirməkdir.[4][5]
1959-cu ilin yanvarında Avratomun üzvləri nüvə materiallarının ticarəti üzrə ümumi bazar yaratdılar. Bununla əlaqədar tədqiqat işləri aparmaq, texniki informasiyaları mübadilə etmək, kapital qoyuluşuna maraq oyatmaq, çox baha başa gələn müəssisələri qarşılıqlı surətdə tikmək, nüvə xammalı ilə təchizat, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti və s. nəzərdə tutulur. Avratomun proqramı, hər şeydən əvvəl, iştirakçı ölkələrdə yanacaq-enerji çatışmazlığı probleminin həllinə yönəldilmişdir.[6][7]
1960-cı ildə atom energetikası sənaye inkişafı mərhələsinə çatmışdır. İştirakçı ölkələrdə iri AES və müəssisələr tikilmişdir. Yarandığı vaxtdan Avratom AİB ilə ümumi Assambleyaya (Avropa Parlamenti) və Məhkəməyə malik idi. Təşkilatın baş icraçı orqanı nüvə energetikası inkişafına rəhbərlik etmək üçün lazımi səlahiyyətlət verilmiş Komissiya olmuşdur. 1967-ci ildə AİB, Avratom və Avropa Kömür və Polad Birliyinin icraçı orqanları birləşmişdir. 1974-cü ildə Atom elektrik stansiyalarının gücü 13434 min kvt-a çatdırılmışdır. Avratomun layihələrinin həyata keçirilməsi iştirakçı ölkələr arasında və onlarla digər ölkələr arasında kəskin ziddiyyətlər yaradır. 1973-cü ilin axırlarında enerji böhranının güclənməsi və bununla əlaqədar idxal olunan enerji ehtiyatlarına çəkilən xərclərin artması Avratom üçün ciddi problemə çevrilmiş, nüvə enerjisi sahəsində hökmranlıq uğrunda mübarizə güclənmişdir.
Avratomun yaradılması haqqındakı müqaviləyə 1973-cü ildə Danimarka, İrlandiya və Böyük Britaniya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya da qoşulmuşdur. Maadtrixt müqaviləsi qüvvəyə mindikdən sonra 1993-cü ildə Avratom Avropa İttifaqı strukturuna daxil olmuşdur.[8]
Məqsəd
redaktəAvropa Atom Enerjisi Birliyinin məqsədləri nüvə enerjisi üçün bir model bazarı yaratmaq, bunu birliyin üzv ölkələri arasında paylamaq və qalan enerjini birliyə üzv olmayan digər ölkələrə satmaqdır.
İstinadlar
redaktə- ↑ Авратом // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 43.
- ↑ Document 32014D0954 Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine, Council of the European Union. Retrieved 26 October 2015.
- ↑ 1957–1968 Successes and crises Arxivləşdirilib 2017-02-10 at the Wayback Machine CVCE
- ↑ The signing of the Rome Treaties Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine CVCE
- ↑ Drafting of the Rome Treaties Arxivləşdirilib 2016-09-27 at the Wayback Machine CVCE
- ↑ Euratom: nuking Europe's future Arxivləşdirilib 2016-08-18 at the Wayback Machine Greenpeace International, 9 July 2003
- ↑ One hundred civil society groups say abolish Euratom! Arxiv surəti 2 aprel 2003 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 23 may 2008 at the Wayback Machine Friends of the Earth Europe, 3 March 2003
- ↑ "Azərbaycan Milli Ensiklopediyası". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.