Ayakuco Doyusu - Wikipedia
Ayakuço döyüşü (ispanca.: Batalla de Ayacucho, IPA: [baˈtaʎa ðe aʝaˈkutʃo]) — Perunun İspaniya ağalığından xilas olmaq uğrunda apardığı azadlıq mücadiləsindəki döyüşlərdən biri. Döyüş peruluların qələbəsi, İspaniyanın məğlubiyyəti ilə nəticələnmişdir.
Ayakuço döyüşü | |
---|---|
Tarix | 9 dekabr 1824 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşdən əvvəl
redaktə1824-cü ilin sonunda royalistlər, yəni İspaniya kralının tərəfdarları hələ də Perunun böyük bir hissəsini və Kalyao limanındakı kral qalasını əlində saxlamaqla, üsyançıları ciddi təhlükə altında saxlayırdı. Royalistlərə vitse-kral Xose de la Serna, azadlıq savaşçılarına isə Simon Bolivar və Antonio Xose Fransisko de Sukre başçılıq edirdi. Perululara bu mübarizədə argentinalı, kolumbiyalı, venesuelalı və çilili üsyançı qonşular da dəstək vermişdi.
Döyüş
redaktə9 dekabr 1824-cü ildə cənubi amerikalılarla İspaniya əsgərləri Ayakuço adlı yerdə qarşı-qarşıya gəldi. 8500 üsyançı 9310 nəfərlik qoşuna qarşı vuruşmalı olmuşdu. Ancaq royalistlərin nisbi üstünlüyünə baxmayaraq, onlardan 1800-ü öldürülmüş, 700-ü yaralanmışdı. Üsyançılar isə 370 nəfər itki vermişdi. Güclü düşmən qarşısında qorxmadan vuruşan cəsur azadlıqsevərlər Ayakuço döyüşündə zəfər çalmışdı. Bu qələbə vitse-kral Xose de la Sernanı Perunun müstəqilliyini tanıyacaq təslimçi müqavilə imzalamağa vadar etmişdi. Qələbənin qazanılmasında döyüşçülərin azadlıq istəyi ilə bərabər Sukre və Bolivarın təbii şəraiti nəzərə almaqla seçdikləri düzgün döyüş taktikası mühüm rol oynadı.
Nəticə
redaktəAyakuço döyüşü Latın Amerikasının tarixi inkişafına həlledici təsir göstərdi. Royalistlərə vurulan bu ciddi zərbə nəticəsində Amerikadakı ispan koloniyalarının müstəqillik uğrunda mübarizəsi uğurla başa çatdı. Ən əsası o idi ki, artıq İspaniya Cənubi Amerikadakı dayaqlarını itirərək, müstəmləkələrindən məhrum oldu. Hal-hazırda Peru ordusu bu döyüşün ildönümlərini rəsmi şəkildə qeyd etməkdədir.