Simon Bolivar - Wikipedia
Simón José Antonio de la Santísima Trinidad Bolívar y Palacios Ponte-Andrade y Blanco (isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios Ponte y Blanco; 24 iyul 1783[1][2][…], Karakas, Venesual general-kapitanlığı[d], İspaniya imperiyası[3] – 17 dekabr 1830[1][2][…], Kinta-de-San-Pedro-Alexandrino[d], Maqdalena departmenti[d], Böyük Kolumbiya Respublikası) – daha çox Simon Bolivar kimi tanınır. Həmçinin El Libertador və ya Liberator olaraq adlandırılır.[4] O, Venesuelanın, Boliviyanın, Kolumbiyanın, Ekvadorun, Perunun və Panamanın İspaniya imperiyasından ayrılmasına səbəb olan hərəkatın hərbi və siyasi lideri olmuşdur.
Simon Bolivar | |
---|---|
isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios | |
Venesuela Respublikasının 2-ci prezidenti | |
6 avqust 1813 – 7 iyul 1814 | |
17 dekabr 1819 – 4 may 1832 | |
12 avqust 1825 – 29 dekabr 1825 | |
17 fevral 1824 – 28 yanvar 1827 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyul 1783[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 dekabr 1830[1][2][…] (47 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm, tif qızdırması[d] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, zabit |
Uşağı | yoxdur |
Rütbəsi | general |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bolivar varlı, aristokrat ailəsi olan Kriollo ailəsində anadan olmuşdur. Bütün yuxarı təbəqə ailələrinin övladları kimi 16 yaşında təhsil almaq üçün xaricə göndərilmişdir. İlk öncə İspaniyaya gəlmiş və sonra buradan Fransaya keçmişdir. Avropada olarkən Maariflənmə dövrünün ideyalarından təsirlənmiş və bu ideyalar onda Cənubi Amerikadakı İspaniya hakimiyyətinə son qoymaq istəyinin yaranmasına səbəb olmuşdur. İspaniyanın Yarımada müharibəsi ilə məşğul olmasına görə, Bolivar 1808-ci ildə azadlıq uğrunda mübarizəyə başladı.[5] 1819-cu ilin 7 avqustunda baş vermiş Boyaka döyüşündə əldə edilən qələbə ilə Yeni Qranadanın müstəqilliyinə doğru daha bir addım atıldı. Sonrakı 3 il ərzində Bolivar milli konqresi formalaşdırdı. Gözlənilmədən hərəkata mane olmaq üçün gələn böyük İspan ekspedisiyası kimi müxtəlif əngəllərə baxmayaraq, inqilabçılar qalib gəldilər. 1821-ci ildə baş vermiş Karabobo döyüşündə inqilabçıların qələbə qazanmaları ilə Venesuela demək olar ki, müstəqil ölkə oldu.
İspan monarxiyası üzərindəki bu qələbənin ardından Bolivar Latın Amerikasının müstəqil millətlərinin ilk birliyi olan Böyük Kolumbiya Respublikasının (isp. Gran Colombia) əsasını qoydu. O, bu qurumun 1819-cu ildən 1839-cu ilə qədər prezidenti olmuşdur.
Sonrakı hərbi əməliyyatlarla Bolivar Ekvadordakı, Perudakı və Boliviyadakı ispan hakimlərini məqölub etdi. O, Böyük Kolumbiya Respublikasının (indiki Venesuela, Kolumbiya, Panama və Ekvador), Perunun və Boliviyanın prezidenti idi, lakin qısa müddət sonra Bolivar sərkərdəsi olan Antonio Xose Fransisko de Sukreni Boliviya prezidenti təyin etdi. Bolivar təkcə İspaniya və Müqəddəs İttifaqın deyil, həmçinin getdikcə güclənən ABŞ-nin da gələcəkdə ola biləcək hücumlarını dəf edə biləcək və bütün İspaniya Amerikasını birləşdirən güclü dövlət qurmaq istəyirdi. Öz qüdrətinin pik nöqtəsində Bolivar Argentinadan Karib dənizinə qədər uzanan çox böyük bir bölgəni idarə edirdi.
Bolivar 79-u önəmli olmaqla, 472 döyüşdə iştirak etmişdir. Hərbi səfərləri zamanı at belində 123.000 kilometr yol qət etmişdir. Bu Hannibalın göstəricisindən 10 dəfə, Napoleonun göstəricisindən 3 dəfə, Makedoniyalı İsgəndərin göstəricisindən isə 2 dəfə çoxdur.[6] Bolivar Cənubi Amerikada milli simvollardan biri kimi qəbul edilir və Xose de San Martin, Fransisko de Miranda ilə birlikdə Hispaniya azadlıq hərəkatının ən böyük qəhrəmanlarından biri hesab edilir. Həyatının sonuna doğru Bolivar ümidsiz vəziyyətə düşmüşdü. Elə bu zaman özünün məşhur "inqilaba xidmət edən hər kəs dənizi şumladı" statını demişdi.[7] Kolumbiya Respublikasının Təsis Konqresindəki çıxışı zamanı "Əziz vətəndaşlar, mən bunu deməyə utanıram — Azadlıq yeganə qazanılmış mənfəətdir ki, yerdə qalan digərlərinə ziyan verir."[8]
Ailə tarixi
redaktəBolivar soyadının mənşəyi
redaktəBolivar soyadının mənşəyi İspaniyanın Basklar yaşayan bölgəsində olan La Puebla de Bolivardan (indiki adı: Ziortza-Bolibar) gəlir.[9] Bolivarın atası ana xətti ilə Ardanza ailəsinə mənsub idi.[10][11] Onun ana nənəsinın ailəsi isə Kanar adalarından idi.
XVI əsr
redaktəBolivarlar XVI əsrdən Venesuelada məskunlaşmışdılar. Bolivarların Cənubi Amerikadakı ilk üzvü Simon de Bolivardır (və ya Simon e Bolibar, orfoqorafiya XIX əsrə qədər standart deyildi). O, 1559-cu ildən 1560-cı ilə qədər Santa Dominqoda (hal-hazırkı Dominikan Respublikası) yaşamış və işləmişdir. Onun oğlu Simon de Bolimar y Kastroda burada anadan olmuşdur. Qubernatorun 1569-cu ildə İspan hakimiyyəti tərəfindən Venesuela əyalətinə təyin edilməsindən sonra Bolivar da onunla ora getmişdir. İspaniyanın Venesuela əyalətinin ilk sakinləri kimi Bolivar ailəsi xeyli nüfuza sahib idilər. Simon de Bolivar və onun varisləri tədricən böyük ərazilər, enkomiendalar[a] və yerli kabildoda[b] nüfuz əldə etdilər.[12]
1569-cu ildə Karakas kilsəsi tikilən zaman kilsədəki şapellərdən biri Bolivar ailəsinə həsr edilmişdi. Simon de Bolivar və varislərinin əsas gəlir qaynağı ərazilərdən idi. Xüsusilə şəkər plantasiyası ilə məşğul olan ailə torpağı əkib-becərmək üçün lazım olan işçi qüvvəsini enkomiendalardan təmin edirdi.[13] Bolivarların gəlirlərinin digər qismi gümüş, qızıl və mis çıxarılmasından əldə edilirdi. Qızıl ilk dəfə 1669-cu ildə Venesuelada çıxarılmışdır, az sayda olan qızıl yataqları isə böyük rezervlərə sahib mis yataqlarının aşkarlanmasına yol açmışdır. Ona ana tərəfindən (Palasios ailəsi) Kokorotdakı Aroa mis mədəni miras qalmışdı. Bu mədənlərdəki işçi qüvvəsinin əksəriyyəti afrikalı və yerli amerikalı qullar idi.[14]
XVII əsr
redaktəXVII əsrin sonlarına doğru mis yataqları Venesuelada çox mühüm əhəmiyyət kəsb edirdi. Hətta artıq bu metala kobre Karakas, yəni Karakas misi deyilirdi. Bu yataqların əksəriyyəti Bolivar ailəsinə məxsus idi. Bolivarın babası Xuan de Bolivar y Martinez de Villeqas 1728-ci ildə Santa Mariya de Montserrat monastrına 22.000 dukat pul ödəmiş, onlar da bunun qarşılığında onun üçün İspaniya kralı V Flippdən zadəgan titulu almalı idilər, lakin taxt-tac heç vaxt zadəganlıq patenti barədə bəyannamə yayımlamadı. Bu məsələ İspaniyadan müstəqillik qazanılan zamandan etibarən, Bolivarın bütün həyatı boyunca mübahisələrə səbəb oldu. Çünki əgər bu titul verilsəydi Bolivarın böyük qardaşı Xuan Visente San Luisin markizi, Kokorotun isə viskontu olacaqdı.
Bolivar bütün şəxsi var-dövlətini inqilab üçün xərcləmişdir. İnqilab başlayarkən İspan Amerikasının ən varlı şəxslərindən olan Bolivar həyatının son dövrlərini kasıblıq içində yaşamışdır.[15]
Həyatının erkən dövrü
redaktəUşaqlığı
redaktəSimon Bolivar Venesuelanın Karakas şəhərində 24 iyul 1783-cü ildə anadan olmuşdur.[16] O, Simon Xose Antonio de la Santisima Trinidad Bolivar y Palasios (isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar y Palacios) adı ilə vəftiz edilmişdi. Anası Maria de la Konsepsion Palasios y Blanko, atası isə polkovnik Don Xuan Visente Bolivar y Ponte idi. Özündən böyük iki bacısı və bir qardaşı olomuşdur: Mariya Antoniya, Xuana və Xuan Visente. Digər bacısı Mariya del Karmen doğuş zamanı vəfat etmişdi.[17]
Bolivar uşaq olarkən ona Dona İnes Manceba de Miyares və ailənin qulu Hipolita baxırdı. Bir neçə il sonra Bolivar valideynlərinin nəzarətinə verilsə də, bu təcrübə onun həyatında mühüm rol oynadı. Bolivarın atası onun 3 yaşı olarkən vərəmdən, anası isə onun 9 yaşı olarkən vəfat etdi.[17]
Anasının vəfatından sonra Bolivar təhsil mütəxəsisi Migel Xose Sanzın nəzarətinə göndərilsə də, münasibətləri alınmadığına görə sonradan geri göndərildi. Evdə olduğu müddətdə Andres Bello, Quillermo Pelqron, Xose Antonio Neqrette, Fernando Vides, Father Anducar, Don Simon Rodriqez kimi tanınmış professorlardan xüsusi dərslər almışdır.
Don Simon Rodriqez Bolivarın əsas müəllimi, dotu və mentoru olmuşdur. O, Bolivara üzmək və at sürməklə yanaşı, azadlıq, insan haqları, siyasət, tarix və sosiologiya barədə də öyrətmişdir.[18] Sonradan Bolivarın inqilaba başlamaq barədə qərar verməsində Don Simonun ona azadlıq, maariflənmə və müstəqillik barədə təlqin etdiyi ideyaların mühüm rolu olmuşdur.[18] Bu dövrdə Bolivarın qayğısına daha çox onun qulu olan Hipolita qalırdı. Bolivar Hipolitanı sonradan bildiyim "yeganə ana deyə təsvir etmişdi."[19]
Gəncliyi
redaktəBolivarın14 yaşı olarkən Don Simon Rodriqez Karakasdakı İspan hakimiyyətinə qarşı sui-qəsddə ittiham olunaraq ölkəni tərk etmək məcburiyyətində qaldı. Bolivar daha sonra Milikias de Araqua hərbi akademiyasına qəbul oldu.[18] 1800-cü ildə hərbi təhsilini davam etdirmək çün Madrid şəhərinə göndərildi. Burada 1802-ci ilə qədər qalan Bolivar vətəninə döndü. 1804-cü ildə Avropaya yenidən geri dönən Bolivar Fransaya və oradan da müxtəlif ölkələrə səfərlər etdi. Parisdə olarkən Napoleonun Notr-Dam kilsəsindəki tacqoyma mərasiminə şahid edən Bolivar bundan yüksək dərəcədə təsirlənmişdi.[18]
Siyasi və hərbi kareyerası
redaktəVenesuela və Yeni Qranada: 1807–1821
redaktəBaşlanğıc: 1807–1810
redaktəBolivar 1807-ci ildə Venesuelaya geri döndü. 1910-cu ilin aprel ayında çevriliş baş verdi. Karakas Ali Xuntasının yaradılması və keçmiş kolonial idarəçilərin hakimiyyətdən devrilməsi ilə Venesuela de-fakto müstəqil olmuşdu. Ali Xunta Bolivarın rəhbərliyi ilə Böyük Britaniyaya gələcəkdə tannımış şəxslər olacaq Andres Bello və Luis Lopez Mendezin də daxil odluğu elçilər göndərir. Elçiliyin məqsədi Böyük Britaniya tərəfindən tanınma və yardımı təmin etmək idi. Üçlük mühacirətdə olan Fransisko de Miranda ilə görüşdükdən sonra onu vətəninə geri dönməyə razı sala bildilər.
İlk Venesuela Respublikası: 1810–1811
redaktə1811-ci ildə Bolivarın da daxil olduğu Ali Xunta nümayəndəliyi və böyük xalq kütləsi Mirandanın La Quayraya gəlişi zamanı onu qarşıladı.[20] Miranda tərəfindən idarə edilən bu üsyan müharibəsi zamanı Bolivar polkovnik rütbəsinə yüksəldildi və 1812-ci ildə Puerto Kabellonun komandanı təyin edildi. Royalist freqat kapitanı Dominqo de Monteverde qərbdən respublikanın ərazisinə daxil olarkən Bolivar San Flipp qalasına və oradakı cəbhəxanasına nəzarəti itirdi və San Mateodakı mülkünə geri çəkildi.
Miranda respublikaçıların məğlub olduğunu görərək 25 iyulda Monteverde ilə kapitulyasiya müqaviləsi imzaladı və Bolivar da daxil olmala, digər inqilabçı zabitləri vətən xaini elan etdi. Bu zaman Bolivar əxlaqi baxımdan hələ də mübahisəli olan hərəkətlərindən birini etdi. O, digər zabitlərlə birgə Mirandanı həbs edərək La Quayradakı İspan Kraliyyət Ordusu hissələrinə təhvil verdi.[21] Bu xidmətinə görə Monteverde Bolivara pasport verdi. Bu pasport sayəsində Bolivar 27 avqustda Kürasaoya getdi.[22] Deyilməlidir ki, Bolivar İspan hakimiyyət nümayəndələrinin Mirandanı niyə təhvil verməsi ilə bağlı suallarına cavab verməmişdir. Taxt-taca xidmət etməyi rədd edən Bolivar, Mirandanı ispanlara verməsini onlara xidmət etmək kimi yox, xəyanətkarı cəzalandırmaq kimi qiymətləndirmişdir.
1813-cü ildə Yeni Qranadanın (hal-hazırkı Kolumbiya) Tunxa bölgəsinə hərbi komandan təyin edildi. O, Yeni Qranadanın Birləşmiş Vilayətlər Konqresinə tabe idi. Bu xuntanın rəhbərliyindən kənarda, 1810-cu ildə formalaşmışdı.
İkinci Venesuela Respublikası: 1813–1814 və sürgün
redaktəBu Heyranedici kompaniyanın başlanğıcı oldu. 24 mayda Bolivar Meridaya daxil oldu. O, burada El Libertador elan edildi.[23] Bunun ardınca 9 iyunda Truxillo ələ keçirildi. Bu hadisədən 6 gün sonra ispanların müstəqillik tərəfdarlarına qarşı törətdiyi qırğını eşidən Bolivar özünün "Ölümə müharibə" adlanan dekretini imzaladı. Bu rekterə görə, azadlıq mübarizəsini aktiv formada dəstəkləməyən hərbi ispan öldürülməli idi. Karakas 1813-cü ilin 6 avqustunda yenidən ələ keçirildi və Bolivar El Libertador kimi təsdiq edildi. O. burada ikinci Venesuela Respublikasının əsasını qoydu. Növbəti il Xose Tomas Bovesin üsyanı və respublikanın süqut etməsinə görə, Bolivar Yeni Qranadaya geri döndü və Birləşmiş Vilayətlərin qüvvələrinə komandanlıq etməyə başladı.
Onun qüvvələri 1814-cü ildə Boqotaya daxil oldular və şəhəri fərqli düşünnə respublikaçı qruplaşma olan Kundinamarkaçılardan geri ala bildilər. Bolivarın məqsədi Kartexenaya doğru yürüşə başlamaq, yerli qüvvələrin dəstəyini təmin edərək royalist bölgə olan Santa Martanı ələ keçirmək idi, lakin Kartexena hökuməti ilə siyasi və hərbi sahələrdə baş vermiş bir neçə münaqişəyə görə Bolivar Yamaykaya qaçmağa məcbur oldu, lakin burada o əhalinin dəstəyini təmin edə bilmədi. Yamaykada ona qarşı təşkil edilmiş sui-qəsd cəhdindən sonra qorunacağına təminat verilən Haitiyə getdi.[24] Haiti yeni müstəqil olmuş və Aleksandr Petionun prezidenti olduğu dövlət idi. Petionla dostlaşan Bolivar ona kömək üçün ərizə ilə müraciət etmişdi.[25]
Venesuelaya olan kompaniyaları: 1816–1818
redaktə1816-cı ildə Bolivar haitili əsgərlər və Haitinin təmin etdiyi silah-sursatla Venesuelaya çatdı. O, Petiona Venesuelaya çatar-çatmaz İspan Amerikasındakı qulları azad edəcəyi ilə bağlı verdiyi sözü yerinə yetirdi və quldarlığı qadağan etdi.[26] 1817-ci ilin iyulunda o, ikinsi ekspedisiyasına başladı. Migel de la Torrenin əks-hücumu zamanı məğlub edilməsindən sonra Anqosturanı ələ keçirə bildi, lakin hər halda, Venesuela 1818-ci ildə Pablo Morillonun İkinci La Puerta döyüşündəki qələbəsi ilə hələ də İspan hakimiyyəti altında qalırdı.[27]
Yeni Qranadanın və Venesuelanın azad edilməsi: 1819–1821
redaktə1819-cu ilin 15 fevralında Bolivar Anqosturada İkinci Venesuela Milli Konqresi açıldı. Bu konqresdə Bolivar prezident seçildi, Fransisko Zea isə vite-prezident seçildi.[28] Bolivar ilk öncə öz köməkçisinin loyallığını qazanmaq üçün Yeni Qranadanı azad etmək, bundan daha sonra isə Venesuelanı azad etmək qərarına gəlmişdi.[29]
And dağları üzərindən keçidlə həyata keçirilən və Yeni Qranadanın azad edilməsini nəzərdə tutan hərbi kompaniya Bolivarın ən uğurlu hərbi əməliyyatlarından biri idi. Bu kompaniya çərçivəsində Bolivar 7 avqust 1819-cu ildə Boyaka döyüşündə qalib gəldi. Konqresin 17 dekabrda Kolumbiya Respublikasının yaradılması barədə qanunu qəbul etməsindən sonra Bolivar Anqosturaya geri döndü. Bolivar prezident, Zea isə vitse-prezident olaraq qaldı, Franksisko de Paula Santander Yeni Qranada tərəfinin vitse-prezidenti, Xuan German Roskio isə Venesuela tərəfinin vitse-prezidenti təyin edildi.[30]
Morillonun nəzarətində Karakas ətrafı və sahil dağlıq bölgələr qalmışdı.[31] Kadiz konstitusiyasının bərpa edilməsindən sonra Morillo Bolivarla iki razılaşma imzaladı. 25 noyabr 1820-ci ildə imzalanmış razılaşmaya görə 6 aylıq atəşkəs elan edildi və Bolivar prezident kimi tanındı. 27 noyabrda Bolivarla Morillo San-Fernando-de-Apurda görüşdülər. Bu görüşdən sonra Morillo öz yerinə La Torreni təyin edərək, Venesuelanı tərk edib İspaniyaya yollandı.[32]
Yeni formalaşdırılmış güc əsaslarından sonra Bolivar Venesuela və Ekvadoru tamamilə azad etmək üçün hücuma keçdi. Bu hərbi əməliyyatlar Karabobo döyüşdə Bolivarın qəti qələbə qazanması ilə nəticələndi. Bu qələbədən sonra Bolivar triumfla 29 iyun 1821-ci ildə Karakasa daxil oldu.[33] Hal-hazırkı Kolumbiyanı, Ekvadoru, Panamanı və Venesuelanı əhatə edən Böyük Kolumbiya Respublikasının yaradıldığı elan edildi. Bolivar prezident, Santander isə vitse-prezident oldu.
Ekvador və Peru: 1822–1825
redaktəBombona və Piçinça döyüşlərindən sonra Bolivar 1822-ci ilin 16 iyununda Kito şəhərinə daxil oldu.[34] 26 və 27 iyul tarixlərində Bolivar argentinalı general olan Xose de San Martin ilə birlikdə Quayaquil konfransına qatıldı. Perunun bir hissəsini ispanlardan azad etdikdən sonra "Perunun azadlıq protektoru" titulunu qəbul etdi.[35] Bundan sonra Perunu tamamilə azad etmə onun əsas məqsədlərindən birinə çevrildi.
1824-cü ilin 10 fevral tarixində Peru konqresi Bolivara siyasi və hərbi hakimiyyəti tənzimləməyə haqq verən "Peru diktatoru" kimi tanıdı. Bolivar 1824-cü ilin 6 avqustunda Xose de Sukrenin yardımı ilə ispan cəngavərlərini Xunin döyüşündə məğlub etdi. 9 dekabr 1824-cü ildə isə Sukre hələ də say baxımından üstün olan ispan hərbçilərini Ayacuço döyüşündə darmadağın etdi.
Britaniyalı tarixçi Robert Harveyə görə:[36]
Bolivarın Perudakı nailiyyətləri onun kareyrasındakı digər illərlə müqayisədə çox təəccübləndirici idi. O və Sukre özü ölkənin şimalında zolaq boyu çətin vəziyyətdə olarkən, təxminən Qərbi Avropa boyda olan ərazini qorumuş və 18.000 nəfərlik ordunu məğlub etmişdilər. Şəxsi enerjinin ortaya qoyulması, keçirlən məsafələr və keçilməz hesab edilən dağ silsilərində baş tutmuş 4 uğurlu hərbi ekspedisiya...onnu dözümlülüyü və hərbi nailiyyətləri onu tarixin qlobal qəhrəmanları cərgəsinə çıxardı. |
1824-cü ildə ABŞ-nin Perudakı konsulu Uilyam Tüdor ABŞ dövlət katibi Con Kuinsi Adamsa yazırdı:[37]
Bədbəxtlikdən, Peruya azadlıq və müstəqillik gətirdiklərini elan edənlərin qəddarlıqları, prinsipsizlikləri, acgözlükləri, yağmaya olan sevgiləri ilə yerli əhali arasında onlara qarşı olan sevgini məhv etdi. |
Bolivar ispanları yozlaşmada ittiham etsə də, bəzi kilsələrə verdiyi əmrlə öz bəzəklərindən azad olmalarını istəyirdi.[38] 1824-cü ilin 19 martında Xose Qabriel Perez Antoniyo Xose de Sukreyə Bolivarın ona verdiyi əmr barədə yazdığı məktubda vətənpərvər ordunun təmin edilməsi üçün "adi və fövqəladə" vasitələrdən bəhs edirdi.[39] Perez deyirdi ki, Bolivar kilsələrdən gümüş və qızıl əşyaların müsadirə edilməsini və müharibə xərclərinin qarşılanması üçün sikkəyə çevrilməsini əmr etmişdi. Günlər sonra Bolivar Sukreyə bildirmişdi ki, kilsələrin qızıl və gümüşləri tam olaraq müsadirə edilmədiyi müddətdə maddi sıxıntılar yazayacaqlar.[40]
Müstəqilliyin möhkəmləndirilməsi: 1825–1830
redaktəBoliviya Respublikası
redaktə6 avqust 1825-ci ildə Yuxarı Peru Konqresi Boliviya Respublikasının yaradıldığını elan etdi.[41] Beləcə, Bolivar adı dövlətə verilən çox azsaylı insanlardan biri oldu. 1827-ci ilin 12 yanvarında Bolivar Karakasa gəldi və sonra Boqotaya geri döndü.[42]
Bolivar Böyük Kolumbiya Respublikasını idarə edərkən böyük çətinliklərlə qarşılaşırdı. 1826-cı ildə daxili bölünmələr çaxnaşmalara səbəb oldu və Venesuelada üsyan başladı. Yeni Cənubi Amerika birliyinin qırılqanlığı ortaya çıxmışdı və çökəcəyi güman edilirdi. İttifaqı qorumaq üçün siyasi əfv elan edildi və Venesuela üsyançıları ilə razılaşma əldə edildi. Bu, Yeni Qranadada siyasi müxalifətə səbəb oldu. Dövlətin vahidliyini qorumaq üçün Bolivar 1828-ci ildə Okanada konstitusiya məclisinin çağırılacağını elan etdi.[43]
Böyük Kolumbiya Respublikası daxilində mübarizə
redaktəBolivar düşünürdü ki, İspan Amerikasında ABŞ kimi dövlət formalaşdırmaq əlverişsiz olacaqdır.[44] Buna görə və parçalanmanın qarşısını almaq üçün Bolivar düşünürdü ki, Böyük Kolumbiyanı qatı mərkəzləşdirilmiş dövlət formasında qurmaq lazımdır. Boliviya konstitusiyasının demək olar ki, bütün maddələri burada da tətbiq edildi. Bura ömürlük prezident seçilmə və varis təyin edə bilmə hüququ da daxil idi, lakin bunun üçün çox mürəkkəb sistem nəzərdə tutulmuşdu.[45]
Bu, Yeni Qranadada 9 apreldən 10 iyuna qədər davam edən mübahisələrə səbəb oldu. Nəticədə sənəd qəbul edildi. Bu sənəd federal formada dövlətin yaradılmasını nəzərdə tutur və mərkəzi administrasiyanı rədd edirdi. Federalist fraksiyası yeni konstitusiyanı mərkəzçi yox, federal əsaslarla yazdıra bilmə qabiliyyətinə sahib idi, lakin bolivarçı nümayəndələr konqresdən çıxdılar və bununla da onun işini mənasız etdilər.
Yeni konstitusiya qəbul etməli olan konqresin dağılmasından iki ay keçdikdən sonra Bolivar "azad edən prezident" elan edildi. O bunu respublikanın birliyini, öz nüfuzunu və bütövlüyünü qorumaq üçün müvəqqəti addımlar hesab edirdi.[46] Lakin onun bu qərarı siyasi rəqiblərinin qəzəbinin və müxaliflik hisslərinin daha da artmasına səbəb oldu.[42] 25 sentyabr 1828-ci ildə Bolivara qarşı təşkil edilmiş səui-qəsd sevgilisi Manuela Saenzin yardımı ilə uğursuz oldu. Bolivar öz sevgilisini "Azad edənin liberatriksi" elan etdi.[47] Müxaliflik isə hələ də davam edirdi və növbəti iki il müddətində Yeni Qranadada, Venesuelada, Ekvadorda üsyanlar meydana çıxırdı.
İlk öncə Bolivar sui-qəsddə ittiham edilən "Santander" qruplaşmasını bağışlamaq istəyirdi, lakin sonradan birbaşa sui-qəsddə ittiham edilənlərin günahları tam sübuta yetirilmədən hərbi qaydalara əsasən güllələndilər. Sui-qəsd haqda məlumatı olan və Bolivarla aralarındakı düşüncə fərqliliklərə görə sui-qəsdə mane omayan Santander ölüm hökmünə məhkum edildi, lakin Bolivar onun cəzasını yüngülləşdirdi.
Bu olanlardan sonra Bolivar ətrafını təmizlədi. Yeni Qranada, Venesuela və Ekvadorda növbəti iki il müddətinə yeni üsyanlar baş verdi. Separatçılar Bolivarı respublikaçı prinsiplərə xəyanət etməkdə və daimi diktatorluq qurmaq istəməkdə ittiham edirdilər.[48] Böyük Kolumbiya general La Marın Quayaquili ələ keçirməsindən sonra Peruya müharibə elan etdi. O, 27 fevral 1829-cu ildə marşal Antonio Xose de Sukre tərəfindən Pertete de Tarqui döyüşündə məğlub edildi. Sukre 1830-cu ilin 4 iyununda qətlə yetirildi.[49] General Xuan Xose Flores Ekvador kimi bilinən 3 əyaləti — Quito, Quayaquil və Azuay ayıraraq müstəqil dövlət qurmaq və onun ilk prezidenti olmaq istəyirdi. Venesuela 13 yanvar 1830-cu ildə müstəqilliyini elan etdi. General Xose Antonio Paez Bolivarı rədd edərək, ölkənin prezidenti oldu.
Böyük Kolumbiya Respublikasının dağılması
redaktəBolivara görə, Hispanik Amerika ana vətən idi. O, bütün İspaniya Amerikasının birləşdirilməsini xəyal edirdi. Buna görə, o, təkcə Böyük Kolumbiya Respublikasını yaratmamış, həmçinin gələcəkdə Peru və Boliviya ilə birləşdirməyi planladığı And Konfederasiyasını yaratmışdı.
Bolivar 29 yanvar 1830-cu ildə — xəyalını qurduğu dövlət dağılarkən — Böyük Kolumbiya Respublikasının prezidentliyindən istefa verərkən millətinə sonuncu mesajını ünvanladı. Bolivar bu nitqində millətindən birliyi pozmamağı və separatçıların etdiklərinə diqqətlə yanaşmalarını istəyirdi. Bolivar təkcə müasir kolumbiyalıları yox, kolumbiyalılar deyərkən Böyük Kolumbiya Respublikasının bütün əhalisini nəzərdə tuturdu.
Boqota, 20 yanvar 1830
Simón Bolívar Kolumbiyalılar!Bu gün sizi idarə etməkdən əl çəkirəm. Mən sizə 20 il müddətində hərbçi və lider kimi xidmət etdim. Bu uzun müddət ərzində biz öz ölkəmizi geri aldıq, 3 respublikanı azad etdik, bir çox vətəndaş müharibəsinə səbəb olduq və 4 dəfə konstitusiya məclisləri çağıraraq xalqa öz iqtidarını geri qaytardıq. Bütün bunlar sizin böyüklüyünüzdən, cəsarətinizdən və vətənpərvərliyinizdən ilhamlanmışdır. Sizi idarə etmək mənim üçün böyük şərəf idi. Bu gün çağırılan konstitusiya konqresi, Providens tərəfindən vəziyyətin gedişatına və hər şeyin xüsusiyyətlərinə uyğun olaraq istədiyi qurumları vermək vəzifəsi daşıyır. Cümhuriyyətin xoşbəxtliyinin əsl təməlində qurulması üçün bir maneə olaraq görülə biləcəyimdən qorxaraq, şəxsən mən sizin etibarınızın məni yüksəltdiyi bu ali vəzifədən özümü azad edirəm. Kolumbiyalılar! Mən saflığını qorumağın mümkün olmadığı prinsiplərimə olan utandırıcı şübhələrin qurbanı oldum. İndi ali komandanlığa can atan yeni şəxslər qəlbinizi məndən ayırıb, məni özləri hazırladıqları layihələrin təşəbbüskarı kimi təqdim etdilər. Ən sonnuda, məni tac istəyən şəxs kimi qələmə verdilər. Halbuki, onların özü mənə dəfələrlə taxt-tac təklif etmiş, lakin mən ən qatı respublikaçı kimi bunu rədd etmişəm. Heç vaxt, heç vaxt, sizə and içirəm, düşmənlərimin mənim adıma çıxardığı taxt-tac iddiası ağlımdan belə keçməmişdir. Aldadılmayın, kolumbiyalılar! Mənim yeganə arzum sizin azadlığınıza yardım etmək və daxili dincliyinizi təmin etmək olmuşdur. Əgər buna görə günahkaramsa, mən sizin cəzanızı hamıdan çox haqq edirəm. Qulaq asmayın, sizə yalvarıram, şər-böhtan və ara qarışdıranlıq bütün tərəfləri bir-birinə qatır. Mənim əleyhimə danışanların dedikləri saxta ittihamlara özünü inandırmağa icazə verəcəksən? Xahiş edirəm, axmaq olmayın! Kolumbiyalılar, konstitusiya konqresinin ətrafında birləşin. O, millətin müdrikliyini, insanların ümidinin legitimliyini və vətənpərvərlərin son birləşdiyi nöqtəni təmsil edir. Onun suveren fərmanları həyatımızı, Cümhuriyyətin xoşbəxtliyini və Kolumbiyanın şöhrətini təyin edəcəkdir. Əgər çətin vəziyyətlər onu tərk etməyinizə səbəb olarsa, ölkə üçün heç bir sağlamlıq olmayacaq və anarxiya okeanında boğulacaqsınız, övladlarınıza mirası olaraq cinayət, qan və ölümdən başqa hrç bir şey qoymadan öləcəksiniz. Əziz həmvətənlərim, siyasi kareyerama son qoyarkən səsləndirdiyim bu son xahişimə qulaq as, Kolumbiya adından istəyirəm, yalvarıram, birlik olun, yoxsa siz ölkənin qatili və özünüz özünüzün cəlladı olacaqsınız.[50] |
Bolivar birliyi qoruyub saxlamaqda uğursuz oldu. Böyük Kolumbiya növbəti il dağıldı. Onun yerində Venesuela, Yeni Qranada və Ekvador dövlətləri yarandı. İroniya ondadır ki, bu ölkələr mərkəziyyətçi dövlət formasında formalaşdı və bu dövlətləri uzun müddət Bolivarın son illərində onu daimi hakimiyyət qurmaqda ittiham edənlər idarə edirdi. Xose Antonio Paez və Fransisko de Paula Santander kimi separatçılar Bolivara onun ömürlük prezident olma və ya moxarx olma istəyininin olduğunu əsas gətirərək müxalif edirdilər. Onlardan bəziləri keçmişdə Bolivarın həyatına qarşı sui-qəsd belə həyata keçirmişdilər. Məsələn, YeniQranadanın ikinci hökumətini idarə edən Santander Bolivara qarşı olan Sentyabr sui-qəsdini həyata keçirmişdi.[51]
Nəticə
redaktəXIX əsrin geri qalan hissəsində və XX əsrin əvvəllərində Latın Ameriksının siyası mühiti vətəndaş müharibələri və sosio-siyasi fenomen olan kaudiloların meydana çıxmağı ilə xarakterizə olunur. Bu Venesuelanın 1830-cu ildən sonrakı dövrünə daha xas xarakterik hadisədir.[52]
Həqiqətən də, bu cür mübarizələr vətənpərvərlərinin qələbə qazanmasından qısa müddət sonra başladı. Çünki keçmiş ispan koloniyaları siyasi və hərbi sahələrin çarpışdığı və nəticədə keçmiş qəhrəmanların sürgünə göndərildiyi yeni millətləri formalaşdırırdılar.[53] İspan krallığı burada qalan özünə sadiq qüvvələrdən istifadə edərək yenidən buraları özünə tabe etməyi planlayırdı. Sonda ispanların Venesuelaya, Peruya və Meksiyakaya müdaxilələri dəf edildi, bundan sonra loyalistlərin son qüvvələri də respublikaçılar tərəfindən məğlub edildi.[54]
Kaudillizmin əsas xüsusiyyəti, adətən qeyri-ənənəvi şəkildə hakimiyyətə yüksələn, əksər hallarda qeyri-demokratik proseslər vasitəsilə idarəetmə hüquqlarını qanuniləşdirən avtoritar, lakin xarizmatik siyasi xadimlərin gəlişi idi. Onlar hakimiyyəti öz şəxsi keyfiyyətləri və bacarıqları hesabına idarə edir və ya ələ alırdılar. Bolivarın son illərində onnu bir zamanlar xəyalını qurduğu böyük millət parçalanmış və onun kiçik hissələri uğrunda kaudilolar mübarizə aparırdılar.
Son ayları və ölümü
redaktəO, deyirdi ki, "inqilaba xidmət edən hər kəs dənizi şumlayıb".[55] Bolivar 27 aprel 1830-cu ildə istefa verərək Avropaya sürgünə göndərildi.[56] Özü getməmişdən əvvəl Avropaya birneçə şəxsi əşyasını göndərsə də, Kartexenadan çıxmamışdan vəfat etdi.
17 dekabr 1830-cu ildə, 47 yaşında olarkən Simon Bolivar vərəm xəstəliyindən Böyük Kolumbiya Respublikasının Santa-Marta bölgəsinin Quinta de San Pedro bölgəsində vəfat edir.[57] Ölüm yatağında olarkən Bolivar adyutantı general Daniel D. O'Liariyə qalan nitqlərininin yazılarını, özünün yazılarını və məktublarını yandırmasını istəsə də, adyutantı onun bu əmrinə tabe olmamış və beləcə, bu yazılar xilas olmuşdur. Nəticədə tarixçilər Bolivarın liberal fəlsəfəsi düşüncələri barədə, şəxsi həyatı barədə (məsələn, Manuela Sanez ilə olan uzun müddətli sevgi münasibətləri) qiymətli məlumatlar əldə edə bilmişdirlər. 1856-cı ildəki ölümündən bir qədər əvvəl Saenz Bolivarın ona göndərdiyi məktubları da general Danielə verərək bu kolleksiyanı daha da genişləndirmişdir.
Bolivarın cəsədi ilk öncə Santa-Martadakı kilsədə dəfn edilmişdir, lakin 12 il sonra — 1842-ci ildə prezident Xose Antonio Paezin əmri ilə cəsədi məzarından çıxarılaraq Karakasa gətirilmiş və burada həyat yoldaşı və valideynlərinin yanında Karakas kilsəsində dəfn edilmişdir. 1876-cı ildə Bolivarın məzarı Veesuela Milli Panteonuna köçürüldü. Santa-Marta yaxınlığındakı Quinta Bolivarın şəxsi həyatına aid bir çox şeyləri özündə ehtiva etdiyinə görə muzeyə çevrilmişdir. 2010-cu ildə Bolivarın uzun müddət sevdiyi Manuela Saenzin simvolik qalıqları Venesuela Milli Panteonuna gətirilərək Bolivarın yanında dəfn edilmişdir.[58]
2008-ci ilin yanvar ayında Venesuela prezidenti Huqo Çavez Bolivarın sui-qəsd nəticəsində öldürülməsini araşdırmaq üçün xüsusi komissiya təşkil etdi.[59] Bir neçə dəfə Çavez Bolivarın "Yeni Qranadadan olan xəyanətkarlar" tərəfindən öldürüldüyünü bildirmişdi. 2010-cu ilin aprel ayında infeksiya xəstəlikləri üzrə mütəxəsis Paul Auvaerter Bolivarın ölüm qabağı simtonlarını incələyərək xroniki mərgümüş zəhərlənməsinin ola biləcəyini bildirdi, lakin o, həm kəskin zəhərlənmənin, həm də qətlin ağlabatmaz olduğunu bildirdi. 2010-cu ilin iyul ayında Bolivarın cəsədinin qalıqları araşdırmalar aparmaq üçün məzarından çıxarıldı.[60][61] 2011-ci ilin iyul ayında beynəlxalq ekspertlər öz hesabatlarını bəyan etdilər. Bəyanatda onlar Bolivarın zəhərlənməsinə və ya digər qeyri-təbii səbəblərdən ölməsinə dair ortada heç bir sübutun olmadığını bildirdilər.[62]
Şəxsi həyatı
redaktəEvliliyi
redaktəBolivar 1786-cı ildə atası Xuan Visentenin, 1792-ci ildə anası Konsepsionun ölümündən sonra 1799-cu ildə Meksikaya, Fransaya və İspaniyaya səyahətlər etdi. 16 yaşında təhsilini tamamladı. 1802-ci ildə Madriddə olarkən iki ildi münasibəti olan Mariya Tereza Rodriqez del Toro y Alayza ilə ailə həyatı qurdu. Mariya onun yeganə qanuni həyat yoldaşı olmuşdur. O, Karakasın del Toro və Madridin de İnikiyo markiz ailələrindən idi.[18]
Venesuelaya döndükdən 8 ay sonra Mariya sarı qızdırma xəstəliyindən 1803-cü ilin 22 yanvarında vəfat etdi. Bolivar onun ölümündən çox təsirlənmişdi və onnu qohumları Bolivarın həyatına görə narahatlıq keçirirdilər. O, o zaman and içmişdi ki, birdə heç vaxt evlənməyəcək və andına sonuna qədər sadiq qaldı. Çox illər sonra o, arvadının ölümünü həyatının dönüş nöqtəsi adlandırmışdı. 1828-ci ildə Lis Perü de Lakroiksə bu sözləri demişdi:
Sən 45 yaşında evləndin. Mən bunu edəndə 18 yaşım belə yox idi və mən dul qalanda 19 yaşım belə yox idi. Mən arvadımı səmimi qəlbdən sevirdim və onun ölümü məni bir daha evlənməməyə and içdirdi. Mən sözümün üstündə durdum. Bu olan şeylərə bax: əgər mən dul olmasaydım, nə general Bolivar, nə də Libertador olmayacaqdım. Lakin mən razıyam ki, mənim temperamentim San Mateonun sahibi olmağa uyğun deyil.[63] |
Təəccüblü deyil ki, ispan tarixçi Salvador de Madariaqa Bolivarın həyat yoldaşının ölümünü Hispanik Amerikasının tarixində dönüş nöqtələrindən biri kimi təqdim etmişdir.[64] 1804-cü ildə o, çəkdiyi əzabı yüngülləşdirmək üçün yenidən Avropaya səyahət etdi və burada dözülməz həyat yaşamağa başladı, lakin sonradan keçmiş müəllimi Simon Rodriqezlə yenidən qarşılaşdı və o, yavaş-yavaş onun depressiyasını daha böyük bir işə bağlılıq hissinə çevirə bildi. Bu məqsəd Venesuelanın müstəqilliyi idi. Napoleon Fransasında bir müddət yaşamış və Grand Tura çıxmışdır.[65] Bu zaman Bolivar Roma şəhərində o dövr Avropasının ən böyük alimlərindən olan Aleksandr fon Humboldtla görüşmüşdür. Aleksandr Bolivar haqda sonradan bunları yazmışdı:
Mən bu qədər böyük ambisiya üçün yetərsiz gördüyüm uşağı kimi mühakimə edən zaman yanılmışdım.[66] |
Sevgililəri
redaktəBolivar xeyli sayda sevgi hadisələrinə qarışmışdır. Onun sevgi münasibətlərinin əksəriyyəti çox uzun müddət davam etməmişdir. Tarixçilər, alimlər və bioqraflar razılarşırlar ki, Bolivarın həyatında 3 əsas qadın olmuşdur: Jozefina "Pepita" Maçado, Fanni du Villars və Manuela Saenz
Manuela Saenz bu qadınlardan ən önəmlisidir. O, Bolivarın sonrakı həyatının bütün qismində sevgilisi olaraq qalmışdır. O, Bolivarın etibarlı sirdaşı və məsləhətçisi idi. Manuela Bolivarı Sentyabr sui-qəsdi zamanı xilas etmişdi. 1828-ci ilin sentyabrında baş tutan sui-qəsd zamanı az qala Bolivar öldürülürdü, lakin Manuela sui-qəsdçilərə mane olmuş və Bolivar otaqdan xilas ola bilmişdi.[67]
Bolivar və Manuela 1822-ci ilin 22 iyununda Kitoda tanış olmuşdurlar. Onların münasibətləri də bir qədər mübahisəli məsələdir. Çünki Manuela Bolivarla tanış olana qədər demək olar ki, Ceyms Torn adlı şəxslə evlənirdi.[68] Lakin onlar 1822-ci ildə fərqli düşüncələrə görə ayrılmışdılar. Manuela və Bolivar arasında emosianal bağlar çox güclü idi. Manuela Bolivarın ölüm xəbərini eşidən zaman intihara cəhd etmişdi.
Bolivar və Manuela bəzən eyni Cənubi Amerika şəhərlərində (məsələn, Boqota, Kito və Lima) yaşasalar da, heç də həmişə üzbəüz münasibətdə olmamışdırlar. Onların bu münasibəti məktublaşmalarında daha aydın formada görünür, lakin təəssüf ki, bu məktublaşmaların az bir qismi xilas edilmişdir, əksər hissəsi isə Manuelanın ölümündən sonra məhv olmuşdur. Sonradan Bolivar və Manuelanın adına bir neçə saxta məktublarda çıxarılmışdır. [69][70][71]
Bolivarın xarakteristikası
redaktəDukoudrey Holşteyn
redaktəSimon Bolivar xatirələri əsərində Henri La Fayette Villaum Dukoudrey Holşteyn (özü "heç də həmişə etibarlı olmayan, heç vaxt tərəfsiz şahid olmayan" kimi təsvir edilmişdir) gənc Bolivarı Venesuelanı və Yeni Qranadanı 1814–1816-cı illərdə tabe etməyə çalışan insan kimi təsvir etmişdir.[72] Holşteyn Bolivara qoşulmuş və onun qərərgahında zabit kimi xidmət etmişdir. O, Bolivarı tez-tez düşmən qarşısında öz hərbi düşərgəsini qoyub qaçan qorxaq və qadınların möhtəşəm sevgilisi kimi təsvir edir. O, qeyd edir ki, bütün hərbi əməliyyatlar zamanı 2 və daha çox məşuqəsi onunla kompaniyada iştirak edirdi.
O, qeyd edir ki, Bolivar üçün donanmasını Marqarita adasına yönləndirib, orada 2 gün müddətində məşuqəsinin gəlib çatmasını gözləmək heç bir zaman onun üçün problem olmamışdır. Holşteyn həmçinin, Bolivarın opportunist olduğunu və açıq döyüşdənsə intiriqaları və manipulyasıyaları seçdiyini qeyd etmişdir. Əlavə olara qeyd etmişdir ki, o, daim öz həyati təhlükəsizliyindən də narahat olmuşdur.
Bolivarın Holşteyn barədəki fikirləri Luir Perünün ona özünə kimi — Çarlz Eloi Demarqueti mi, yoxsa Holşteyni mi adyutant olaraq istəməyini soruşmağından sonra bizə məlum olmuşdur. Bolivar Demarqueti seçərək bildirmişdi ki, "mən ona heç vaxt özümün adyutantım edəcək qədər inanmamışam, əksinə, mən onun şəxs olaraq keyfiyyətlərindən və xidmətində narahatam". Sonradan Holşteynin onun ordusundan ayrılmasını isə "əsl zövq" adlandırmışdı.[73]
Qohumları
redaktəBolivarın uşağı olmamışdır. Güman edilir ki, uşaq olduğu zaman keçirdiyi qızılca və qulaqdibi xəstəlikləri onun qısır olmasına yol açmışdır. Bolivarın bacısının və qardaşının nəslindən olan yaxın qohumları hələ də mövcuddur. Onun bacılarından biri uşaq olarkən vəfat etmişdir. Bacısı Xuana Bolivar y Palasios dayısı Dionisio Palasios y Blanko ilə evlənmiş və Quillermo və Beniqna adlı övladları olmuşdur. Quillermo dayısı Bolivarla birgə döyüşərkən 2 dekabr 1817-ci ildə La Hoqaza döyüşündə vəfat etmişdir. Beniqna iki dəfə ailə həyatı qurmuşdur. Birincini Pedro Brikeno Mendezlə, ikincini Pedro Amestoy ilə.[74] Onların kötükcələri olan Bolivarın qohumları Pedro və Eduardo Mendoza Qoytikoalar 2009-cu ildən etibarən Karakasda yaşayırlar.
Bolivarın böyük bacısı Mariya Antoniya Pablo Klemente Frankia ilə evlənmiş və 4 övladı olmuşdur: Jozefa, Anakleto, Valentina və Pablo. Mariya Antonia Bolivar prezident kimi xidmət edərkən onun mülklərini idarə etmişdir. O, Bolivarın mülkü olan və ona miras kimi qalan Makaraoda təqaüdə ayrılmışdır.[75]
Bolivarın böyük qardaşı Xuan Visente 1811-ci ildə ABŞ-də diplomatik səfərdə olarkən vəfat etmişdi. Onun nikahdan kənar 3 övladı var idi: Xuan, Fernando Simon və Felikia Bolivar Tinoko. Bolivar qardaşının ölümündən sonra onun uşaqlarını və bu uşaqların anasını maddi baxımdan təmin etmişdir. Bolivar xüsusilə Fernando adla qardaşı oğlu ilə daha yaxın idi və onu 1822-ci ildə ABŞ-də təhsil almağa göndərmişdi. Fernando burada Virciniya Universitetinə qəbul olmuşdu. Uzun ömrü boyunca Fernando Venesuela tarixinin böyük siyasi hadisələrində çox cüzi formada iştirak etmişdir. Əsasən səyahətlər etmiş və Avropanın bir çox yerində yaşamışdır. 3 övladı olmuşdur: Benjamin Bolivar Qauthier, Santiaqo Hernandez Bolivar və Klaudio Bolivar Taraxa. Fernando 1898-ci ildə 88 yaşında olarkən vəfat etmişdir.[76]
Şəxsi inancları
redaktəSiyasi inancları
redaktəBolivar ABŞ və Fransız inqilablarınnı böyük pərəstişkarı idi.[77] Bolivar qardaşı oğlu Fernando Bolivarı Filadelfiyada yerləşən özəl məktəbə yazdırmış və Virciniya Tomas Cefferson Universitetindəki təhsili də daxil olmaqla, onun təhsil haqqını ödəmişdir.[78] Bolivar 2 məsələdə ABŞ-nin inqilab lidelrərindən fərqlənirdi. Bunlardan birincisi o idi ki, Bolivar İspan Amerikası kimi quldarlığın çox yayqın olduğu bölgədən olmasına və burada fəaliyyət göstərməsinə baxmayaraq, ABŞ liderlərindən fərqli olaraq qatı quldarlıq əleyhdarı idi. İkincisi, o, ABŞ istiqlaliyyətinin heyranı olsa da, ABŞ dövlət modelinin Cənubi Amerikada işləyəcəyinə inanmırdı. Beləcə, o, iddia edirdi ki, Venesuela kimi heterojen cəmiyyətləri idarəçilik altında saxlamaq üçün "bəzən dəmir əl lazım ola bilər".[79]
Bolivar hesab edirdi ki, ABŞ demokratiya üçün xüsusi münbit torpaqlarda yerləşmişdir. Bunun əksinə olaraq, Cənubi Amerika "cəhalət, tiranlıq və şiddət üçlüsünün boyunduruğu altında" yerləşirdi.[80] O, qeyd edirdi ki, əgər onun respublikası da ABŞ-nin sahib olduğu coğrafiyada yaradılsaydı o da xalqa xeyli azadlıqlar verərdi. Onun qurduğu birinci respublika süqut edərkən, Bolivar səbəb kimi məhz bunları göstərmişdi.[81]
Avropada syahət edərkən Adam Smithin "Millətlərin zənginliyi", Volterin "Məktublar"ı, Monteskyönün "Qanunların ruhu" kitablarını oxusa da, Boliviya konstitusiyasını yazarkən başqa üsullardan istifadə etmişdi. Boliviya konstitusiyası onu latın Amerikası konservatizmi düşərgəsinə yerləşdirmiş və bunun XIX əsrdəki yolunu müəyyən etmişdi. Boliviya konstitusiyası ömürlük prezidentliyi və irqi senat hakimiyyətini nəzərdə tuturdu. O, daha çox Britaniyanın yazılmamış, lakin eyni zamanda da mövcud olan konstitusiyasına əsaslanırdı.
Karlos Fuentesə görə:
İstiqlaliyyəti qazandıqdan sonra özümü necə idarə etməli ? Libertadoru bu suala cavab tapmaq yeyib bitirirdi...Bolivar İspaniya Amerikasını XIX əsr və XX əsrin əvvəlləri boyunca dağıdan şiddətdən qaçmağa çalışırdı. Tiranlıq mı, anarxizm mi ? Mümkünsüz olanı məqsəd kimi qəbul etməyin, çünki azadlıq axtarışında tiranlığa yuvarlana bilərsiniz. Tamamilə azadlıq həmişə tam gücə səbəb olur və bu iki ekstrimın arası sosial azadlıqdır. Bolivar balansı tapmaq üçün v' irqi bərabərsizliyin olduğu yerdə bərabərliyi təmin etmək üçün güclü icraedici hakimiyyəti nəzərdə tutan "ağıllı despotluğu" təklif etdi. O, Monteskyönwn fikrinə uyğun olaraq, inanırdı ki, inistitutlar yerli şəraitə əsasən uyğunlaşdırılmalıdır. — El Espejo Enterrado, Mexiko[82] |
Masonluq
redaktəAmerikan istiqlaliyyət hərəkatlarının digər rəhbərləri kimi (Corc Vaşinqton, Migel Hidalqo, Xose de San Martin, Bernardo O'Higgins, Fransisko de Paula Santander, Antonio Narino və Fransisko de Miranda) Simon Bolivar da mason idi.[83] O, 1803-cü ildə İspaniyanın Kadiz bölgəsində Lautaro Mason Lojasına üzv olmuş və Məbəd cəngavərləri ilə əlaqıyı girmişdir. O, burada öz inqilabçı yoldaşlarının bəziləri ilə tanış olmuşdur. Bunlara misal olaraq Xose de San Martini misal göstərmək olar. 1806-cı ilin may ayında Parisdə "Müqəddəs Şotlandiyalı Aleksandrın Şotland Anası" kilsəsində o yüksək rütbəyə yüksəldilmişdir. Londonda yaşadığı zaman o, burada Fransisko de Miranda tərəfindən qurulan "Böyük Amerikan Birliyi" lojasında çalışmışdır. 1824-cü ilin aprel ayında 33 dərəcəli mason rütbəsinə yüksəldilmişdir.[84][85]
O, 2 nömrəli Peru mason lojasının əsasını qoymuşdur.
Mirası
redaktəSiyasi mirası
redaktəLatın Amerikasının istiqlaliyyət mübarizəsində açar nöqtə olması Simon Bolivarın bu millətlərin yaddaşında xüsusi yer tutması ilə nəticələnmişdir. O, millətçiliyin və vətənpərvərliyin xüsusi simvoluna çevrilmişdir.[86] Onun adı və etdikləri tez-tez siyasətçilərin ritorikasında işlədilir. O, Venesuelada, Ekvadorda, Peruda, Kolumbiyada, Panamada və Boliviyada milli kimlik quruculuğunun mühüm əsasını təşkil etmişdir. Latın Amerikasının bütün siyasi spektrlərdən siyasətçiləri Bolivarın "mantiyası" altında özünə yer etməyə çalışır.[87]
Venesuelada Bolivar militarist mirasın arxasında dayanır. Onun rəsmlərindən, simvollarından və xatirələrindən siyasi mesajlar vermək və propaqanda aparmaq üçün geniş ölçüdə istifadə edilir.[88] Burada təqdim edilən Bolivar aşırı dərəcəli "partiya ruhunu" və "fraksiyaları" rədd edir. 1800-cü illərdə Venesuela kaudillolar tərəfindən idarə olunurdu və 1892-ci ildən 1900-cü ilə qədər 6 iri üsyan baş vermişdi. Militarist miras millətçi diktator Markos Perez Ximenez tərəfindən istifadə edilmişdir. Sonradan isə sosialist siyasi hərəkatının rəhəri və prezident Huqo Çavez tərəfindən istifadə edilmişdir.
Abidələr və fiziki mirası
redaktəBoliviya milləti və Bolivarçı Venesuela Respublikası və bu dövlətlərin rəsmi valyutaları (Boliviyada boliviano və Venesuelada bolivar) Simon Bolivarın şərəfinə adlandırılmışdır. Əlavə olaraq, Kolumbiya və Venesueladakı əksər şəhər və qəsəbələrin mərkəz meydanları Bolivar Plazası olaraq bilinir. Boqotada olduğu kimi, dövlət orqanlarının əksəriyyəti də məhz bu plaza ətrafında yerləşir. Buna Milli Kapitol və Ədliyyə Nazirliyi də daxildir.[89]
Kito və Karakasla yanaşı, Latın Amerikası paytaxtlarının əksəriyyətində — Buenos-Ayresdə, Limada, Havanada, Mexikoda, Panamada, Paramariboda, San-Xosedə, Santo-Dominqoda, Sukredə — Bolivarın şərəfinə ucaldılmış abidələr mövcuddur.[90][91][92][93] Boqotada Simon Bolivar parkı bir çox konsertlərə ev sahibliyi etmişdir.[94][95] Latın Amerikasından kənarda da Bolivarın şərəfinə ucaldılmış xeyli sayda müxtəlif abidə növləri mövcuddur.[96] Bu şəhərlərə misal olaraq Əlcəzair şəhərini, Ankaranı, Buxaresti, Londonu, Minski, Moskvanı, Yeni Dehlini, Ottavanı, Parisi, Praqanı, Romanı, Tehranı, Vyananı və Vaşinqtonu göstərmək olar.[97][98][99][100] İspaniyada, xüsusən Basklar bölgəsində Bolivarın şərəfinə xüsusi abidələr tikilmişdir. Bu abidələrdən ən ehtişamlısı Bilbaoda qurulmuşdur. Həmçinin, Venesuela hökuməti Simon Bolivarın əcdadlarının evi yerləşən Cenarruza-Puebla de Bolivarda geniş ölçülü ev muzeyi istifadəyə verilmişdir. Nyu-York şəhərinin Amerikas prospektinin girişində Simon Bolivarın ehtişamlı bürünc heykəli qoyulmuşdur. ABŞ-nin müxtəlif ştatlarında Bolivarın şərəfinə adlandırılmış yer adları vardır.[101] Məsələn, Venesuelada və ABŞ-də bəzi hərbi donanma obyektlərinə Simon Bolivarın adı verilmişdir. Maks Volf kəşf etdiyi 712 Boliviana planeti Bolivarın şərəfinə adlandırılmışdır.[102][103][104][105][106][107][108][109][110][111][112][113][114] Bolivarın adının bu planetə qoyulmasını Kamille Flammarion tərəfindən təklif edilmişdir.[115][116][117]
Simon Bolivarın ad günü Venesuelada və Boliviyada rəsmi bayram günüdür.[118]
Populyar mədəniyyətdə
redaktəBolivar dünyanın müxtəlif ölkələrində opera, ədəbiyyat, film və s. digər populyar mədəniyyət nümunələrində əsas qəhrəman kimi obrazları yaradılmışdır. 1943-cü ildə Darius Milhaud Bolivarın şərəfinə adlandırdığı Bolivar operasını bəstələmişdir. O, həmçinin Qabriel Qarsia Markezin 1989-cu ildə yazdığı əsərin əsas qəhrəmanlarından biridir. Bu əsərdə Bolivar qəhrəmandan daha çox, insani xüsusiyyətləri daha qabardılaraq göstərilmişdir. 1969-cu ildə Maksimilian Şellin baş rolda oynadığı və Alessandro Blasettinin rejissoru olduğu Simon Bolivar filmi çəkilmişdir. Bu filmdə həmçinin, aktrisa Rosanna Şiaffino da çəkilmişdir. Bolivarın həyatı əsasında 2013-cü ildə Libertador filmi də çəkilmişdir. Bu filmdə əsas rolu Edqar Ramirez oynamışdır. Filmin rejissoru isə Alberto Arvelo olmuşdur. İspan televiziya serialı olan "Zamanın sahibi"-nin "Aydınlanmış zaman" bölümündə (isp. Tiempo de ilustrados) Simon Bolivar əsas boraz kimi göstərilmişdir. Bölümdə zamanda səyahət edilərək Bolivarın və ətrafındakıların həyatına müdaxilələr edilməsi əks etdirilmişdir. Həmçinin, Bolivara qarşı təşkil edilmiş 1828-ci il sui-qəsdindən də bəhs edilmişdir. 2019-cu ildə NetFliks Bolivarın həyatından və ətrafında baş verən hadisələrdən bəhs edən serial istehsal etməyə başlamışdır. İspan dilində olan bu serial Kolumbiya istehsalıdır.
Qalereya
redaktə-
Santa-Martada yerləşən Simon Bolivar Memorial Abidəsi.
-
Simon Bolivarın şərəfinə Parisdə ucaldılmış heykəl.
-
Bolqarıstanın paytaxtı Sofiyada Simon Bolivarın şərəfinə ucaldılmış abidə.
-
Portuqaliyanın paytaxtı Lissabonda Simon Bolivarın şərəfinə ucaldılmış heykəl.
-
İspaniyanın Santa Kruz de Tenerife şəhərində Simon Bolivarın şərəfinə ucaldılmış heykəl.
-
Rumıniyanın paytaxtı Buxarest şəhərində Simon Bolivarın şərəfinə ucaldılmış heykəl. \
Həmçinin bax
redaktəQeydlər
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Masur G. S. Simon Bolivar // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Боливар Симон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ El Libertador: Writings of Simón Bolívar, ed. David Bushnell. New York: Oxford University Press 2003.
- ↑ ed, Thomas Riggs. The literature of propaganda. Detroit [u.a.]: St. James Press. 2013. 153–55. ISBN 978-1-55862-859-5.
- ↑ Toro Hardy, Alfredo, Understanding Latin America (2017), World Scientific, New Jersey, p. 47
- ↑ Arana, M. Bolivar. New York: Simon & Schuster. 2013. ISBN 978-1-4391-1019-5.
- ↑ Jeremy Adelman, "Independence in Latin America" in The Oxford Handbook of Latin American History, José C. Moya, ed. New York: Oxford University Press 2011, p. 153.
- ↑ "Guia Bizkaia". www.guiabizkaia.com. 2022-01-29 tarixində arxivləşdirilib.
- ↑ "Simón Bolivar". geneall.net. 2019-10-18 tarixində arxivləşdirilib.
- ↑ "The 10 Most Influential Latin Americans in History". www.thoughtco.com. 2022-09-11 tarixində arxivləşdirilib.
- ↑ Slatta, de Grummond, 2003. səh. 10–11
- ↑ Masur, 1969. səh. 21–22
- ↑ Thornton, 1998. səh. 277
- ↑ Arana, 2013. səh. 123
- ↑ Arana, 2013. səh. 6
- ↑ 1 2 Arismendi Posada, 1983. səh. 9
- ↑ 1 2 3 4 5 Arismendi Posada, 1983. səh. 10
- ↑ Lynch, 2007. səh. 16
- ↑ Crow (1992:431).
- ↑ Masur (1969), 98–102; and Lynch, Bolívar: A Life, 60–63.
- ↑ "Octagon Museum – Curaçao Art". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- ↑ Bushnell, 2006. səh. 112
- ↑ Simón Bolívar has been indirectly saved by his French friend Benoît Chassériau who 10 December 1815 a few hours before the assassination attempt, visited him and gave him money to seek alternative accommodation. Thus, the Liberator left the room where José Antonio Páez had slept for several nights and depended on the guesthouse Rafael Pisce at the corner of Prince and White streets. The same night, Pio the servant of Bolivar and Paez plunged his murderous knife into the neck of Captain Felix Amestoy, thinking it was the Liberator. References: 1) in ‘Bolívar y los emigrados patriotas en el Caribe (Trinidad, Curazao, San Thomas, Jamaica, Haití)’ – By Paul Verna – Edition INCE, 1983; 2) in ‘Simón Bolívar: Ensayo de interpretación biográfica a través de sus documentos’ – By Tomás Polanco Alcántara – Edition Academia Nacional de la Historia, 1994. p. 505; 3) in ‘Petión y Bolívar: una etapa decisiva en la emancipación de Hispanoamérica, 1790–1830’ – Colección Bicentenario – By Paul Verna – Ediciones de la Presidencia de la República, 1980. pp. 131–34) in ‘L'ami des Colombiens, Benoît Chassériau (1780–1844)’ by Jean-Baptiste Nouvion, Patrick Puigmal (postface), LAC Editions, Paris, 2018. pp. 70–73. (ISBN 978-2-9565297-0-5
- ↑ Bushnell, 2006. səh. 115
- ↑ Arana, 2013. səh. 192-201
- ↑ Arana, 2013. səh. 212
- ↑ Arana, 2013. səh. 222
- ↑ Edgar Esteves González. Batallas de Venezuela: 1810–1824. səh. 124.
- ↑ Arana, 2013. səh. 246
- ↑ Arana, 2013. səh. 248
- ↑ Arana, 2013. səh. 255
- ↑ Arana, 2013. səh. 267
- ↑ Arana, 2013. səh. 287
- ↑ Arana, 2013. səh. 295
- ↑ Romantic Revolutionary: Simón Bolívar and the Struggle for Independence in Latin America. London: Constable. 2011. səh. 318-319.
- ↑ Quiroz, Alfonso W. Corrupt Circles: A History of Unbound Graft in Peru (1). Washington, DC: Woodrow Wilson Center Press. 2008. 88–91. ISBN 978-0-8018-9128-1.
- ↑ Rumazo González (2006), p. 151.
- ↑ Letter from José Gabriel Pérez to Antonio José de Sucre. Trujillo, 19 March 1824. Archivo del Libertador, Document 9135. Arxivləşdirilib 2017-08-14 at the Wayback Machine
- ↑ Letter from Simón Bolívar to Antonio José de Sucre. Trujillo, 21 March 1824. Archivo del Libertador, Document 9151. Arxivləşdirilib 2017-08-14 at the Wayback Machine
- ↑ Arana, 2013. səh. 346
- ↑ 1 2 Arana, 2013. səh. 408
- ↑ , Petre. səh. 381-382
- ↑ Arana, 2013. səh. 106
- ↑ Arana, 2013. səh. 351
- ↑ Arana, 2013. səh. 394
- ↑ Arana, 2013. səh. 403
- ↑ Bushnell, 2006. səh. 120
- ↑ Monroy, Ramón Rocha. "Ultimas cartas de Sucre" (Spanish). Bolpress. 5 June 2009. 13 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2019.
- ↑ Fornoff, Frederick. El Libertador: Writings of Simon Bolivar. Oxford University Press, 2003, p. 143. "Writings of Simon Bolivar"
- ↑ Harvey, Robert. "Bolivar: The Liberator of Latin America". Skyhorse, 2013, Ch. 24 "Bolivar: The Liberator of Latin America" Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine
- ↑ Cardoza Sáez, Ebert. "El caudillismo y militarismo en Venezuela. Orígenes, conceptualización y consecuencias". Procesos Históricos (28). 2015. ISSN 1690-4818. 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- ↑ "Triunfo de la Independencia". pares.mcu.es (ispan). 2015-12-04. 2019-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
- ↑ "Resistencias e intentos de reconquista". pares.mcu.es (ispan). 2015-12-04. 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
- ↑ Arana, 2013. səh. 450
- ↑ Arana, 2013. səh. 435
- ↑ Arismendi Posada, 1983. səh. 19
- ↑ BBC, Grant, 5 July 2010
- ↑ [Juan Forero "Chávez, Assailed on Many Fronts, Is Riveted by 19th-Century Idol"] (#bad_url). The Washington Post. 17 iyul 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2008.
- ↑ "Doctors reconsider health and death of 'El Libertador,' general who freed South America". Science Daily. Archived from the original on 2022-07-22.
- ↑ Nick Allen. Simon Bolivar died of arsenic poisoning. The Telegraph. 2010.
- ↑ Girish Gupta. "Venezuela unable to determine cause of Bolivar's death. And that's how the story ends". Christian Science Monitor. 2011-07-26. 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-29.
- ↑ Lacroix (2009), p. 73.
- ↑ de Madariaga, Salvador. Bolívar (ispan) (3.ª). Buenos Aires: Editorial Sudamericana. 1959. OCLC 803116575.
- ↑ Lynch, 2006
- ↑ Arana, 2013. səh. 64
- ↑ Lecuna, Vicente. Selected Writings of Bolívar. New York: The Colonial Press Inc. 1951. səh. 707.
- ↑ Masur (1948), pp. 430–33.
- ↑ Hagen, Victor W. von. The Four Seasons of Manuela. A Biography. The Love Story of Manuela Sáenz and Simón Bolívar. New York: Duell, Sloan and Pearce. 1952. 302.
- ↑ Rumazo González (2007), p. 237.
- ↑ Lovera De-Sola, R.J. "Manuelita Sáenz Apócrifa". www.arteenlared.com (ispan). 2 iyul 2011. 16 noyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2017.
- ↑ Slatta, Richard W. Simón Bolívar's Quest for Glory. Texas A&M University Press, 2003. Print.
- ↑ Peru de Lacroix, Luis. Diario de Bucaramanga (PDF) (print). Caracas: Ministry of Popular Power for Communication and Information. 2009. 2014-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- ↑ Irma De-Sola Ricardo. "Bolívar Palacios, Juana" in Diccionario de Historia de Venezuela. I. Caracas: Fundación Polar. 1999. ISBN 978-980-6397-37-8.
- ↑ Irma De-Sola Ricardo. Bolívar Palacios, María Antonia. I. Diccionario de Historia de Venezuela.
- ↑ Rafael Fuentes Carvallo. Bolívar, Fernando Simón. I. Diccionario de Historia de Venezuela.
- ↑ Arana, 2013. səh. 52-53
- ↑ Arana, 2013. səh. 71-72
- ↑ Bushnell, 2006. səh. 100
- ↑ Arana, 2013. səh. 224
- ↑ Bushnell, 2006. səh. 136
- ↑ Fondo de Cultura Económica (1992), p. 272
- ↑ "Famous Freemasons in the course of history". Unmerged Lodge St. John's No. 11 F.A.A.M., Washington D.C. 16 November 2015 tarixində arxivləşdirilib.
- ↑ "List of notable freemasons". 25 September 2018 tarixində arxivləşdirilib.
- ↑ "17 Of The Most Influential Freemasons Ever". businessinsider.com. 20 March 2014. 22 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2018.
- ↑ Uzcategui, Rafael. Venezuela: Revolution as Spectacle. See Sharp Press. 2012. 142–49. ISBN 978-1-937276-16-4.
- ↑ Carrera Damas, Germán. Mitos políticos en las sociedades andinas: Orígenes, invenciones, ficciones. Miranda: Equinoccio. 2006. səh. 398. ISBN 978-980-237-241-6.
- ↑ Block, Elena. Political Communication and Leadership: Mimetisation, Hugo Chavez and the Construction of Power and Identity. Routledge. 2015. 74–91. ISBN 978-1-317-43957-8.
- ↑ Solar, Igor I. "History and tragedy at Bolívar Square in Bogotá, Colombia". www.digitaljournal.com. 6 May 2013. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ Pino, David. "El Monumento a Simón Bolívar". Lima la Única. 10 October 2010. 2019-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Equestrian statue of Simon Bolivar in Buenos Aires Argentina". Equestrian statues (ingilis). 2016-11-03. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Statue of Simón Bolívar | Havana, Cuba Attractions". www.lonelyplanet.com (ingilis). 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ Dixon, Seth. "Making Mexico More "Latin": National Identity, Statuary and Heritage in Mexico City's Monument to Independence". Journal of Latin American Geography (ingilis). 9 (2). 2010-08-12: 119–138. doi:10.1353/lag.2010.0005. ISSN 1548-5811. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- ↑ "Simón Bolívar Monument in Casco Viejo, Panama City, Panama". Encircle Photos (ingilis). 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ Suriname. "Suriname - Paramaribo". www.suriname.nu (Dutch). 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Monument Zu Simon Bolivar In San Jose, Costa Rica Redaktionelles Foto - Bild von ernstlich, hauptsächlich: 67414231". de.dreamstime.com (alman). 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Ambasada Venezuelei la Bucureşti aduce onoruri Eliberatorului Simón Bolívar şi oferă un discurs despre Venezuela ca punte de legătură între Alba şi Mercosur". Ambasada Republicii Bolivariene Venezuela în România. 17 December 2014. 18 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.
- ↑ "Simon Bolivar statue". London Remembers (ingilis). 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Mir Castle As Gift And Bust Of Bolivar - 5 Highlights Of Venezuela President's Visit To Belarus". BelarusFeed (ingilis). 6 October 2017. 2019-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Press statement following Russian-Venezuelan talks // Kremlin.ru. 2010. 15 october". 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- ↑ "Alger - Bab El Oued - Buste de Simon Bolivar - Algérie". Routard.com (fransız). 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Newest square in Delhi honours revolutionary Simon Bolivar". The Hindu. 20 April 2016. 14 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.
- ↑ "Simon Bolivar - Ottawa, Ontario - Statues of Historic Figures on Waymarking.com". www.waymarking.com. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Au Cours la Reine, des statues glorifiant des personnages illustres : Simon Bolivar, le Marquis de La Fayette, Albert 1er des Belges". Histoires de Paris (fransız). 2015-07-24. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Simón Bolívar, Interbrigade square, Prague, Czech Republic - Statues of Historic Figures on Waymarking.com". www.waymarking.com. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ Clammer, Paul. Haiti (ingilis). Chalfont St Peter and Guilford, CN: Bradt Travel Guides. 2012. 120. ISBN 9781841624150. 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- ↑ "Equestrian statue of Simon Bolivar in Rome Italy". Equestrian statues (ingilis). 2016-04-06. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Venezuela Opens Monument of Simon Bolivar in Bulgaria's Sofia - Novinite.com - Sofia News Agency". www.novinite.com. 19 April 2010. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Statue of Venezuela's founding father unveiled in Tehran in presence of Chavez". Payvand. 28 November 2004. 27 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2019.
- ↑ "Simon Bolivar, der Befreier. Denkmal im Donaupark". meinbezirk.at (alman). 24 September 2015. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "National Mall and Memorial Parks---American Latino Heritage: A Discover Our Shared Heritage Travel Itinerary". www.nps.gov. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "El Monumento De Simon Bolivar En La Plaza Venezuela En Bilbao, España Foto de archivo - Imagen de configuración, día: 122645546". es.dreamstime.com (ispan). 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Ziortza-Bolibar, el origen de Simón Bolívar - Ziortza-Bolibar, el pueblo en el que se forjo el inicio de la historia del "Libertador de las Américas"". Turismo País Vasco (ispan). 2016-12-29. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Central Park Monuments – Simon Bolivar Monument : NYC Parks". Nycgovparks.org. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-05.
- ↑ Hora, Diario La. "Simón Bolívar, un sueño cumplido - La Hora". La Hora Noticias de Ecuador, sus provincias y el mundo (ispan). 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "Simon Bolivar Monument In Casa De Libertad, Sucre Editorial Stock Photo - Image of building, bolivar: 109958888". www.dreamstime.com (ingilis). 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ "10 Events You Can't Miss While Working in Colombia". Bogotá Business English (ingilis). 2017-09-27. 2019-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.
- ↑ (712) Boliviana // (712) Boliviana In: Dictionary of Minor Planet Names. Springer. 2003. səh. 69. doi:10.1007/978-3-540-29925-7_713. ISBN 978-3-540-29925-7.
Ədəbiyyat
redaktə- Arana, M., 2013, Bolivar, New York: Simon & Schuster, ISBN 978-1-4391-1019-5
- Bushnell, David. The Liberator, Simón Bolívar. New York: Alfred A. Knopf, 1970. Print.
- Petre, Francis Loraine (1910). Simon Bolivar "El libertador": a life of the chief leader in the revolt against Spain in Venezuela, New Granada & Peru. J. Lane.
- Lynch, John (5 July 2007). Simón Bolívar: A Life. Yale University Press. ISBN 978-0-300-12604-4.
- Arismendi Posada, Ignacio. Gobernantes Colombianos [Colombian Presidents] (second). Bogotá, Colombia: Interprint Editors Ltd.; Italgraf. 1983.
- Bushnell, David; Langley, Lester D. Simón Bolívar: Essays on the Life and Legacy of the Liberator. Lanham, Maryland: Rowman & Littlefield. 2008. ISBN 978-0-7425-5619-5. 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- Grant, Will. "Venezuela honors Simón Bolívar's lover Manuela Saenz". BBC. 5 July 2010. 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2010.
- Lynch, John. Simón Bolívar: A Life. Yale University Press. 2006. ISBN 978-0-300-11062-3.
- Lynch, John. Simón Bolívar: A Life. Yale University Press. 5 July 2007. ISBN 978-0-300-12604-4.
- Masur, Gerhard. Simón Bolívar (Revised). Albuquerque: University of New Mexico Press. 1969.
- Petre, Francis Loraine. Simon Bolivar "El libertador": a life of the chief leader in the revolt against Spain in Venezuela, New Granada & Peru. J. Lane. 1910.
- Rumazo González, Alfonso. Antonio José de Sucre, Gran Mariscal de Ayacucho (Biografía). Ediciones de la Presidencia de la República. 2006. ISBN 978-980-03-0363-4.
- Rumazo González, Alfonso. Manuela Sáenz. La Libertadora del Libertador (Biografía). Ediciones de la Presidencia de la República. 2007. ISBN 980-03-0369-3.
- Slatta, Richard W.; de Grummond, Jane Lucas. Simón Bolívar's Quest for Glory. Texas A&M University Press. 2003. ISBN 978-1-58544-239-3.
- Thornton, John Kelly. Africa and Africans in the Making of the Atlantic World, 1400–1800. Cambridge University Press. 28 April 1998. ISBN 978-0-521-62724-5. 4 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2012.
Xarici keçidlər
redaktə- Archivo del Libertador Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine
- The Life of Simón Bolívar
- The Louverture Project: Simón Bolívar
- In Profile: Simón Bolívar – The Liberator
- About the surname Bolíbar/Bolívar, in Spanish Arxivləşdirilib 2019-08-05 at the Wayback Machine
- Paternal ancestors of the Liberator, in Spanish Arxivləşdirilib 2019-09-30 at the Wayback Machine
- Coats of arms of the Bolíbars, in Spanish Arxivləşdirilib 2019-08-06 at the Wayback Machine
- Maternal ancestors of the Liberator (Palacios family), in Spanish Arxivləşdirilib 2019-10-27 at the Wayback Machine
- (isp.) Glrbv.org
- Beside Bolivar: The Edecán Demarquet
- "Building a New History by Exhuming Bolívar"
- "Bolivar: American Liberator" — YouTube platformasında
- Simon Bolivar (ing.) Find a Grave saytında