Aygun Semedzade - Wikipedia
Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967[1], Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.
Aygün Səmədzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 1967[1] (57 yaş) |
Doğum yeri | |
Atası | Ziyad Səmədzadə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar, Musiqişünas |
Fəaliyyət illəri | 1985-ci ildən |
Musiqi aləti | piano |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
redaktəAygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir.[2] Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. Bu əsərlərin bir çoxu "Bu dünyanı nağıl bilək" albomu, "Əhməd Cavad" albomu, 4 diskdən ibarət "Azərbaycan" albomu və "Vətən mahnıları" albomunda cəmlənmişdir.
Aygün Səmədzadə bir çox teatr tamaşaları və filmlər üçün də musiqilər bəstələmişdir. Elçin Əfəndiyevin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "Iblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" teatr tamaşalarının, "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" filmlərinin bəstəkarıdır.[3]
Aygün Səmədzadə Türküstan, Həsrət, Qumsal, Eşq simfonik lövhələrinin, Həzrət-i Fatimə adlı vokal-xoreoqrafik kompozisiyasının, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş İstiqlal marşının müəllifidir. Müharibə dövründə Aygün Səmədzadə Diaspora marşı, Can Azərbaycan, Zəfər nəğməsi, Qəhrəmanım kimi silsilə mahnılar bəstələmişdir. Bəstəkarın son nailiyyətlərindən biri kimi İkinci Qarabağ müharibəsində qələbəmizə həsr olunmuş HƏSRƏTƏ SON layihəsini göstərmək olar. Qeyd edək ki, əsərin video həlli işğaldan azad olunmuş torpaqlarımızda baş tutmuşdur və bu, erməni vandalizminin incəsənət xətti ilə dünyaya çatdırılmasında maraqlı təşəbbüslərdən sayıla bilər.
Aygün Səmədzadə Əhməd Cavadın sözlərinə silsilə əsərlər yaratmışdır. Bunların sırasına Ey Türk kantatası (Ey Türk, Bismillah, Türk Ordusuna, Elin bayrağı, Mən bulmuşam, Susmaram, Şəhidlərə kimi müstəqil nömrələrdən ibarət), Sən ağlama vokal-instrumental kompozisiyası, Niyə gəlmədin?, Qurban olduğum romansları və başqaları daxildir. Bu əsərlərin premyeraları 2018-ci il 15 sentyabrda Ankarada, 2018-ci il 10 noyabrda Bakıda, 2019-cu il 20 martda Eskişehirdə baş tutmuşdur. Əsərlər Türkiyə Cümhurbaşkanlığı Simfonik Orkestrası, TRT xoru, Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunmuşdur.[4]
2000-ci il "Best of Best" müsabiqəsində onun Məktəb illəri, 2002-ci ildə keçirilən "Nəğmələrin nəğməsi" müsabiqə-festivalda Bu dünyanı nağıl bilək, Yağış mahnıları birinci yerlərlə mükafatlandırılmış, Tut ağacım isə Qran-pri və Tamaşaçı rəğbəti mükafatlarına layiq görülmüşdür.[2]
2008-ci ildə Milli Olimpiya Komitəsinin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə elan etdiyi "İdman və Olimpiya" mövzusunda mahnı müsabiqəsinə təqdim etdiyi Qələbə çal adlı əsəri birinci yerə layiq görülmüşdür.
Bəstəkarın 2005, 2009, 2015-ci illərdə Heydər Əliyev Sarayında, 2015-ci ildə Beynəlxalq Muğam Mərkəzində, 2017-ci ildə Şəkidə keçirilən "İpək yolu" Beynəlxalq Musiqi festivalında, 2018-ci ilin iyunun 9-da Cümhuriyyətin 100 illiyi münasibətilə Yaşıl Teatrda müəllif konsertləri olmuşdur.[5][6][7][8]
Aygün Səmədzadə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin, o cümlədən "Əslində Mən", "Bir mahnının tarixçəsi", "İntrada", "Ekspromt" verilişlərinin ideya müəllifi və rəhbəri olmuşdur. 2019-cu ildə Azərbaycan bəstəkarlarının Vətən haqqında mahnılarından ibarət "Azərbaycan 100 mahnıda" klavirinin ideya müəllifi və layihə rəhbəri olmuşdur.[9][10][11]
Aygün Səmədzadə 2012-ci ildən NƏFƏS Sənət mərkəzinin rəhbəridir.
2011-ci il sentyabr ayının 15-də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi[12], 2018-ci ilin 27 mayında isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.[13]
Teatr və film musiqiləri
redaktəAygün Səmədzadə kino və teatr sahəsində aşağıdakı işlərə imza atmışdır
Teatr
redaktə- Qatil (2003–2012) — Elçin Əfəndiyev, Milli Dram Teatrı, rejissor Mehriban Ələkbərzadə
- Yad qadının məktubu (2006) — Stefan Sveyq, Milli Dram Teatrı, rejissor Bəhram Osmanov
- Əmir Teymur (2014) — Hüseyn Cavid, Milli Dram Teatrı, rejissor Mehriban Ələkbərzadə
- Şekspir (2014) — Elçin Əfəndiyev, İstanbul Şehir Tiyatroları, rejissor Məlahət Abbasova
- Iblis (2019) — Hüseyn Cavid, İstanbul Şehir Tiyatroları, rejissor Məlahət Abbasova
- Mənəm, mən… (2019) — İlqar Fəhmi, Yuğ Teatrı, rejissor Mehriban Ələkbərzadə
Film
redaktə- Əlavə təsir (2010) — Elxan Cəfərov
- Sirr (2012) — Ülviyyə Könül
- Axırıncı dayanacaq (2014) — Fikrət Əliyev
- Əhməd Cavad: Bir millətin ruhu (film, 2019)
Diskoqrafiya
redaktəMahnıları
redaktə- Ad günü I (versiya 1) - Rəşad İlyasov
- Ad günü I (versiya 1) - Aysel Əlizadə
- Ad günü II (versiya 1) - Aygün Kazımova
- Ad günü II (versiya 2) - Ayaz Qasımov
- Ağla - Eyyub Yaqubov
- Ayrılıq - İlahə Fəda
- Azərbaycan - Nurlan Növrəsli, Qismət Məmmədzadə, Leyla İdrisova, Aygün Kazımova, İlqar Muradov, Elton Hüseynəliyev
- Azərbaycan - Vüsal Hacıyev
- Bakı haqqında nağıl - Eyyub Yaqubov
- Bakı küləyi - Eyyub Yaqubov
- Bakım - Elvin Rəcəbov
- Bakım mənim - Abbas Bağırov
- Bakinskiy roman - Qismət Məmmədzadə
- Bağışla - Lalə Məmmədova
- Bayatılar - Gülüstan Əliyeva
- Bilirəm - Kəmalə Əhmədova
- Bir sevgi (versiya 1) - Nüşabə Ələsgərli
- Bir sevgi (versiya 2) - Lalə Məmmədova
- Bismillah (versiya 1) - Orxan Cəlilov
- Bismillah (versiya 2) - Teyyub Aslanov
- Bizdən danışaq - Aygün Kazımova, Rauf Əhmədov
- Bu dünyanı nağıl bilək - İlqar Muradov
- Bu gecə - Aygün Səmədzadə
- Bu sevgi - Fidan Süleymanova
- Bu şəhər ikimizindir - Ayaz Qasımov
- Can Azərbaycan - Kəmalə Əhmədova
- Darıxdım - Aygün Bəylər
- De ki - Brilliant Dadaşova
- Deyirdilər inanmırdım - Nurlan Növrəsli
- Dəli eşq - Lalə Məmmədova
- Dəniz - Nigar Cəlilova
- Diaspora marşı - Pərviz Abdullayev, Almaxanım Əhmədli, Orxan Cəlilov, Ayaz Qasımov, Kəmalə Əhmədova, Vüsal Hacıyev, Nigar Cəlilova
- Dostum - Pərviz Abdullayev
- Duman, al, apar məni! - Şeron qrupu
- Elegiya - Ayaz Qasımov
- Elin bayrağı - Vüsal Hacıyev, Nurlan Növrəsli, Pərviz Abdullayev, Orxan Cəilov, Emin Zeynallı
- Eşidirsənsə tələs - Elton Hüseynəliyev
- Eşq yağışı - Pərviz Abdullayev
- Ey, vətən! - Ayaz Qasımov
- Ey Türk- Teyyub Aslanov, Orxan Cəlilov, Nigar Cəlilova
- Gecələr - Azərin
- Gecə valsı - Nurlan Növrəsli
- Gecikmiş etiraf - Aygün Səmədzadə, Vüsal Hacıyev
- Gəl qayıdaq bu sahilə - Rəşad İlyasov
- Gəncə - Abbas Bağırov
- Gəncə - Ayaz Qasımov
- Gözəlimsən - Aygün Səmədzadə, Ayaz Qasımov
- Gözlərindən gülənim (versiya 1) - Nüşabə Ələsgərli
- Gözlərindən gülənim (versiya 2) - Leyla İdrisova
- Gözüm səni axtarır - Nüşabə Ələsgərli
- Həsrət nəğməsi - Rəşad İlyasov
- İnan, günəş doğacaq - Brilliant Dadaşova, Vüsal Hacıyev, Zamiq Hüseynov, Günay İbrahimli, Orxan Cəlilov, Pərviz Abdullayev, Nigar Cəlilova, Aygün Kazımova, Lamiyə Haşımova
- İstəmirəm bu eşqi - Mətanət İsgəndərli
- İstiqlal - Pərviz Abdullayev, Günay İbrahimli, Nigar Cəlilova, Vüsal Hacıyev, Ayaz Qasımov, Kamilə Nəbiyeva, Orxan Cəlilov
- Kaderinle barış - Günay İbrahimli
- Köçüm gərək bu şəhərdən - Gülüstan Əliyeva
- Qəhrəmanım - Aygün Səmədzadə, İlqar Muradov, Kəmalə Əhmədova, Eyyub Yaqubov, Abbas Bağırov
- Qəfil zəng - Ayaz Qasımov
- Qəlbində gizli yaşayım - Elnur Məmmədov
- Qələbə çal - Aygün Bəylər, Ayaz Qasımov, Natavan Həbibi, Şeron qrupu, Fidan Süleymanova
- Qurban olduğum- Pərviz Abdullayev, Nigar Cəlilova
- Layla - Leyla İdrisova
- Məktəb illəri - Lalə Məmmədova
- Məktub - Zəminə Rəhimova
- Mən bulmuşam - Mələkxanım Əyyubova
- Mən də varam - Hacı Nazim
- Mənim soyadımda - Lalə Məmmədova
- Neyləyim? - Zülfiyyə Xanbabayeva
- Nədən həyat? - Röya Ayxan
- Niyə gəlmədin? - Pərviz Abdullayev
- Olmadı olmaz - Aygün Səmədzadə
- Ömrümüzün ilk sevgisi - Elnur Məmmədov
- Ömür gedir - Aygün Səmədzadə
- Payız yağışı - Elton Hüseynəliyev
- Peşmanam - Ayaz Qasımov
- Ruhumuz qovuşacaq - Flora Kərimova
- Sevəcəksən gizlicə - Ayaz Qasımov, Hava Dolev
- Sevgi deyilmiş - Rəşad İlyasov
- Sən bizimləsən - Brilliant Dadaşova, İlqar Muradov
- Səndən danışmaq nə xoş - Fidan Süleymanova
- Sənə möhtacam - Şeron qrupu
- Sənətkar taleyi - Aygün Səmədzadə
- Sənli günlərimçün darıxmışam - İlhamə Quliyeva
- Subaylığın son gecəsi - Elton Hüseynəliyev
- Susan mahnı - Aygün Səmədzadə
- Şəhidlərə - Vüsal Hacıyev, Almaxanım Əhmədli, Nigar Cəlilova, Nurlan Növrəsli, Pərviz Abdullayev, Orxan Cəlilov, Emin Zeynallı
- Tənha royal - İlqar Muradov
- Tut ağacım - Aygün Bəylər
- Tut ağacım - Akif Süleymanbəyli
- Tut əlimdən - Emil Bədəlov
- Türk ordusuna - Nigar Cəlilova
- Unuda bilmirəm - Aytac Vidadiqızı
- Unut bir anlıq - Gülüstan Əliyeva
- Yağış - Eyyub Yaqubov
- Yar onun - Rəşad İlyasov
- Yarpaqlar titrəsə - Vüsal Hacıyev
- Yeni il - Vüsal Hacıyev, Leyla İdrisova, Ayaz Qasımov, Ceyhun Zeynalov, Fidan Süleymanova, Yaşar Yusub
- Yol gedirəm (versiya 1) - Aygün Kazımova
- Yol gedirəm (versiya 2) - Nigar Cəlilova
- Zəfər nəğməsi - Günay İbrahimli
Simfonik əsərləri
redaktə- Türküstan
- Qumsal
- Eşq
- Həsrətə son — fortepiano və orkestr üçün simfonik lövhə.
Rəqsləri
redaktə- Akkordeon və orkestr üçün vals
- Buzovnadan Bilgəhə rəqsi
- Dağlı rəqsi
- Humay rəqsi
- Lirik vals
- Şekspir
- Şərq bolerosu
- Təntənəli vals
Albomları
redaktə- Bu dünyanı nağıl bilək (2003)
- Azərbaycan (2015)
- Əhməd Cavad (2020)
- Vətən mahnıları (2021)
İstinadlar
redaktə- ↑ 1 2 https://qafqazinfo.az/news/detail/aygun-semedzade-ve-ailesi-fotosessiya-15495.
- ↑ 1 2 anl.az. "Aygün Səmədzadə: "Müğənniləri tərifləməkdən qorxuram"" (az.). anl.az. 01.10.2011. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ Həmidə Nizamiqızı. ""Mənəm... mən" deməyi haqq edən tamaşa". medeniyyet.az (az.). Mədəniyyət qəzeti. 5 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2021.
- ↑ lent.az. "Aygün Səmədzadə: "Hərdən mənə elə gəlir ki, biz onunla 100 il əvvəl görüşsəydik…" - MÜSAHİBƏ" (az.). lent.az. 17.10.2018. 2019-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ lent.az. "Aygün Səmədzadə Heydər Əliyev Sarayında konsert verəcək" (az.). lent.az. 04.11.2015. 2020-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ axsam.az. "Aygün Səmədzadənin konserti oldu - fotolar" (az.). axsam.az. 25.12.2015. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ sheki-ih.gov.az. "Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalında 10-a yaxın ölkənin musiqi kollektivi çıxış edəcək" (az.). sheki-ih.gov.az. 03.06.2017. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ trend.az. "Aygün Səmədzadə: Harmoniya gözəllikdə, duyğularda və parlaq rənglərdə təzahür edir (MÜSAHİBƏ)" (az.). trend.az. 21.05.2018. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ heydar-aliyev-foundation.org. "Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub" (az.). heydar-aliyev-foundation.org. 18.09.2019. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ azertag.az. ""Azərbaycan 100 mahnıda" kitabının təqdimatı olub VİDEO" (az.). azertag.az. 27.09.2019. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ mct.gov.az. ""Azərbaycan 100 mahnıda" toplusunun təqdimatı keçirildi" (az.). mct.gov.az. 27.09.2018. 2019-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 15.09.2011. 2017-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.