Aysel Qeribli - Wikipedia
Aysel Nizami qızı Qəribli — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi.[1] Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim.
Aysel Qəribli | |
---|---|
Aysel Nizami qızı Qəribli | |
Doğum tarixi | |
Doğum yeri | Qazax |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Türkologiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | Dosent |
İş yerləri | AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nitq mədəniyyəti və monitorinq” şöbəsinin müdiri |
Alma-mater | Azərbaycan Dillər Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi rəhbərləri |
Tofiq Hacıyev (elmlər doktoru, professor) Möhsün Nağısoylu (akademik) |
Həyatı
redaktəAysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012–2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə "Azərbaycan dili qloballaşan dünyada" adlı kitabı dərc olunub. 2014–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb.
2015-cil ildə "Azərbaycan təriqət şeirinin leksikası" adlı kitabı nəşr edilib.
2017-ci ildə "XIX əsr təriqət şeirinin lüğət tərkibi" mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb.[2] 2017-ci ildə "Azərbaycan dili anlayışının tarixi" adlı kitabı işıq üzü görüb.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elm sahəsi üzrə "Gənclər üçün Prezident mükafatına" namizəd kimi təqdim edilib. Nəsimi adına Dilçilik İnstitutunun seçilən gənc alimi olaraq 2017-ci ildə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçısı olub.[3] Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib. Bundan əlavə bir neçə dəfə elmi fəaliyyətindəki nailiyyətlərinə görə Fəxri Fərmanlarla təltif olunub.[4]
2018-ci ildə "Azərbaycan nitq mədəniyyəti" (həmmüəlliflərlə), "Türkologiya" (həmmüəlliflərlə), "Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genotipologiyası" adlı kitabları dərc edilib. Aysel Qəribli nəşr edilmiş bir sıra kitabların rəyçisidir. Respublikada və xaricdə nüfuzlu elmi jurnallarda 44 elmi məqaləsi nəşr olunub.[5][6][7][8]
2022-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışır.[9]
2022-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutu "Nitq mədəniyyəti və monitorinq" şöbəsinin müdiri vəzifəsində çalışır.
2022-ci ildə "Türk dili və türk dilləri anlayışlarının formalaşması tarixinin elmi-metodoloji problemləri" mövzusunda elmlər doktorluğu elmi dərəcəsini müdafiə edib. 2023-cü il may ayının 3-də filologiya elmləri doktoru dərəcəsini alıb.
Əsərləri
redaktə- Aysel Qəribli. Azərbaycan dili qloballaşan dünyada. Bakı, AzAtaM, Elm və təhsil, 2013, 58 s.[10]
- Aysel Qəribli. Azərbaycan təriqət şerinin leksikası. Bakı, AzAtaM, Elm və təhsil, 2015, 179 s.[11]
- Aysel Qəribli. "Azərbaycan dili" anlayışının tarixi. Bakı: Elm və təhsil, 2017. 151 s.[12]
- Aysel Qəribli (həm müəllif). Türkologiya. Bakı: [STV-Trans], 2018, 290 s.[13][14]
- Aysel Qəribli (həm müəllif). Azərbaycan nitq mədəniyyəti. Bakı: Şərq-Qərb, 2018, 301 s.[15]
- Aysel Qəribli. "Türk dili", "Türk ləhcələri" və "Türk dilləri" anlayışlarının genotipologiyası. Bakı: Elm və təhsil, 2018, 165 s.[16]
İstinadlar
redaktə- ↑ "ANA SƏHİFƏ >> Dilçilik İnstitutunun fəlsəfə doktorları Qəribli Aysel Nizami qızı". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ "AYSEL NİZAMİ QIZI QƏRİBLİ XIX ƏSR AZƏRBAYCAN TƏRİQƏT ŞEİRİNİN LÜĞƏT TƏRKİBİ" (PDF). 2023-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-08.
- ↑ "AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU GƏNC ALİM və MÜTƏXƏSSİSLƏR ŞURASININ HEYƏTİ". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ "AMEA-nın bir qrup gənc alimi mükafatlandırıldı". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ "Понятие «тюркские диалекты» в средние века The Concept "Turkic Dialects" in the middle Ages Author(s): Aysel Nizami Garibli". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ "International Mother Language Day has been celebrated in ANAS". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ "Path of Science: International Electronic Scientific Journal". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ "Modern Educational Technologies and National Interests". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ "Türkologiya". Türkologiya jurnalı – www.turkologiya.az vasitəsilə.
- ↑ Qəribli, Aysel. Quliyev, Əsgər (redaktor). "Azərbaycan dili qloballaşan dünyada". AzAtaM Elm və təhsil. 22 sen 2013 – ek.anl.az vasitəsilə.
- ↑ Qəribli, Aysel. Hacıyev, T. İ; Osmanlı, Dəyanət Osman oğlu (redaktorlar ). "Azərbaycan təriqət şerinin leksikası". AzAtaM [Elm və təhsil]. 22 sen 2015. 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22 – ek.anl.az vasitəsilə.
- ↑ [https://web.archive.org/web/20230208103348/http://ek.anl.az/lib/item?id=chamo:559010&theme=e-kataloq Arxivləşdirilib 2023-02-08 at the Wayback Machine "Azərbaycan dili" anlayışının tarixi [Mətn] /A. Qəribli ; elmi red. S. Sadıqova ; red. D. Osmanlı]
- ↑ Cəfərov, Nizami Qulu oğlu; Qəribli, Aysel; Qəribli, Emin. Nağısoylu, Möhsün Zellabdin oğlu; Osmanlı, Dəyanət Osman oğlu (redaktorlar ). "Türkologiya: elmi araşdırma". STV-Trans. 22 sen 2018. 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22 – ek.anl.az vasitəsilə.
- ↑ "Türkoloji düşüncənin elmi-mədəni, ideoloji rolu araşdırılıb". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ Cəfərov, Nizami Qulu oğlu; Mərdanova, Samirə; Qəribli, Aysel; Qarayev, Əbülfəs Mürsəl oğlu; İsmayılova, Sevil. Həsənzadə, Nəriman Əliməmməd oğlu (redaktor). "Azərbaycan nitq mədəniyyəti". Şərq-Qərb. 22 sen 2018 – ek.anl.az vasitəsilə.
- ↑ [https://web.archive.org/web/20221201054726/http://ek.anl.az/search/query?theme=e-kataloq Arxivləşdirilib 2022-12-01 at the Wayback Machine "Türk dili", "Türk ləhcələri" və "Türk dilləri" anlayışlarının genotipologiyası [Mətn] /A. Qəribli ; red. M. Nağısoylu.]