1990 - Wikipedia
1990 - Wikipedia - Haqqında Məlumat
1990 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1990 MCMXC |
Yuli təqvimi | 1990 |
Yuli təqvimi bizans erasında |
7498-7499 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2742-2743 (21 aprel) |
Avropa təqvimi |
5750-5751 ה'תש"ן - ה'תשנ"א |
Hicri təqvim | 1410-1411 |
Erməni təqvimi | 4482-4483 (11 avqust)
ՌՋՂ |
Çin təqvimi | 4686-4687 己巳 - 庚午 sarı ilan - ağ at |
Efiopiya təqvimi | 1982 - 1983 |
Hind təqvimi | |
- Vikram-samvat | 2046-2047 |
- Şaka sambat | 1912—1913 |
- Kali-yuqa | 5091-5092 |
İran təqvimi | 1368-1369 |
Buddist təqvimi | 2533 |
Holosen təqvimi | 11990 |
Yapon xronologiyası | 2 Heysey erası |
Fransız inqilabı təqvimi | 198—199 |
Çuçxe təqvimi | 79-cu çuçxe ili |
Minqo təqvimi | 79-cu Tayvan ili |
Hadisələr
redaktə- 20 yanvar — SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi. Bax: Qara Yanvar.
- 27 yanvar — Belarus dili Belarusiya Sovet Sosialist Respublikasının rəsmi dili elan edildi.
- 31 yanvar — SSRİ-tarixində ilk dəfə olaraq Moskva şəhərində McDonald's fəst fud şəbəkəsi açılır.
- Fevral — ABŞ-nin bütün uçuş reyslərində siqaret çəkmək qadağan olunur.
- 7 fevral — Sovet İttifaqı Kommunist Partiyasının ümumi səsverməsinin qərarı ilə kommunistlərin hakimiyyətdəki siyasi monopoliyaları təxirə salınır.
- 11 fevral — Nelson Mandela CAR-ın Viktor Versten Həbsxanasında 27-illik həbs cəzasından sonra azadlığa buraxılır.
- 15 fevral — 8 illik fasilədən sonra Böyük Britaniya və Argentina arasında diplomatik əlaqələr bərpa edilir. 2 ölkə arasında yaranmış münaqişəyə səbəb isə Argentinanın 1982-ci ildə Böyük Britaniyanın dəniz ərazilərindən biri hesab edilən Folklend adalarını işğal etməyə cəhd etməsi olmuşdur.
- 5 mart — SSRİ Ali Soveti “Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyəti sahmanlamaq tədbirləri haqqında” qərar qəbul edib.
- 11 mart —Mahnı İnqilabı:Litva Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən ayrıldığını və müstəqil dövlət olduğunu bəyan etdi.
- 13 mart —SSRİ Ali Soveti 5 illik prezident seçilmək haqqında SSRİ Konstitusiyasında dəyişikliklər etdi.
- 15 mart — Mixail Qarbaçov tarixdə ilk və son dəfə olaraq SSRİ prezidenti seçildi.
- 15 mart — SSRİ Ali Soveti Litvanın müstəqil dövlət olması bəyanatının qanunsuz olduğunu elan etdi.
- 21 mart — Namibiya 75 illik asılılıqdan sonra CAR-ın tərkibindən ayrılaraq müstəqil dövlətə çevrilir.
- 24 mart — Hindistan öz ordusunu Şri Lanka ərizisindən çıxarır.
- 25 mart — Litvanın SSRİ-nin tərkibindən çıxmasını tələb edən tərəfdarların zərərsizləşdirilməsi üçün Sovet hökuməti Vilnüs şəhərinə tanklar göndərir.
- 28 mart —Cessi Ouens ABŞ prezidenti Corc Buş (ata) tərəfindən Konqres qızıl medalına layiq görüldü.
- 2 aprel -— Çində kompüter və kompüter ləvazimatları istehsal edən ASUS şirkətinin əsası qoyulur.
- 2 avqust -— İraqın Küveytə təcavüz etməsi.
- Qeyri-adi "Hanq Nqa" mehmanxanasının əsası qoyulmuşdur.
- 13 yanvar - Bakının “Azadlıq” meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən “Milli Müdafiə Şurası”nın yaradıldığının elan olunması.
- 14 yanvar - Ermənilərin torpaq iddiaları ilə bağlı təhdidlərinə biganə münasibətilə əlaqədar Bakıda kütləvi etiraz aksiyalarının başlanması.
- 15 yanvar - SSRİ Ali Soveti tərəfindən Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında, Dağlıq Qarabağı əhatə edən şəhərlərdə fövqəladə vəziyyətin elan edilməsi;
Dağlıq Qarabağ bölgəsində etnik qarşıdurmaların qarşısını almaq üçün əraziyə Sovet ordusu yeridilir.
- 18 yanvar - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında etiraz aksiyasiyasının başlanması.
- 19 yanvar:
- Naxçıvan Ali Soveti tərəfindən muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edilməsi.
- Azərbaycan Respublikasının dövlət gerbinin təsdiq olunması.
- Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin yaradılması.
- Sovet Ordusu tərəfindən Bakıda “Qanlı Yanvar” qırğınının həyata keçirilməsi.
- 6 mart - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən «Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında» qərar qəbul edilməsi.
- 11 iyul — "Tərtər-Kəlbəcər" sərnişin avtobusunun erməni quldurları tərəfindən partladılması,
- 10 avqust — "Tiflis-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladıldı, 20 nəfər həlak oldu, 30 nəfər yaralandı. Bu cinayətin təşkilatçıları, millətcə erməni olan A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olundular.
- Altıağac Dövlət Qoruğunun təşkil olunması.
Doğumlar
redaktə- 9 aprel — Kristen Stüart, amerikan aktrisa.
- 15 aprel — Emma Uotson, ingilis aktrisa.
- 29 may — Ramil Quliyev – Azərbaycan atleti.
- 23 oktyabr — Aksel Enström.
- Karma (oxatan)
Vəfatlar
redaktə- 2 dekabr — Aron Koplend, amerikalı bəstəkar.
- 8 aprel – Rayan Vayt – İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc.
- 27 may — Möhsün Abbasov — Sosialist Əməyi Qəhrəmanı (1950). Böyük Vətən müharibəsi (1941–45) iştirakçısı.