Azerbaycan Muveqqeti Inqilab Komitesi - Wikipedia
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi.
Azərbaycan SSR İnqilab Komitəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan SSR |
Yaradılma tarixi | 28 aprel 1920 |
Ləğv edilib | 19 may 1921 |
Tabelik | Azərbaycan Sovet Sosialist Respublikası |
Baş qərargah | Bakı şəhəri |
1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, Dadaş Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, Viktor Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
AK(b)P MK‐nın ilk azərbaycanlı rəhbəri olmuş Mirzə Hüseynov bu vəzifəyə seçildikdən sonra partiyanın sıralarının artması və təşkilatlarının sayının çoxalması sahəsində xeyli iş görməyə başladı. Mirzə Hüseynov bu dövrdə RK(b)P Qafqaz Ölkə Komitəsinin təşəbbüsü nəticəsində yaradılmış Hərbi inqilabi qərargahın sədri kimi başqa inqilabçılarla bərabər AXC hökumətini devirəcək XI Qızıl ordu komandanlığı ilə birlikdə ordu hissələrinin və Bakı fəhlələrinin birgə hərbi əməliyyatı planının tərtibində fəal iştirak etmişdir. 1920‐ci il aprelin 26‐da AK(b)P MK‐nın və Bakı Bürosunun birgə təcili iclası keçirilmiş və üsyana rəhbərlik etmək üçün Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradılmışdır. Onun tərkibinə Abid Alimov(Əlimanov), Dadaş Bünyadzadə, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Nəriman Nərimanov və Həmid Sultanovla birlikdə Mirzə Davud Hüseynov da daxil olmuşdur.
28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə keçdi. Həmin komitənin formalaşdırdığı yeni hökumət Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) adlanırdı. Müvəqqəti İnqilab Komitəsi tərkibinə ancaq azərbaycanlılar daxil idilər.(XKS) Sədr Nəriman Nərimanov (28 aprel 1920–19 may 1921) idi.
Həmçinin bax
redaktəƏlavə ədəbiyyat
redaktə- Азәрбајҹан Мүвәггәти Ингилаб Комитәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 163–164.
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |