Azerbaycan Ssr Nazirler Soveti - Wikipedia
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti.
Azərbaycan SSR Nazirlər Soveti | |
---|---|
| |
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan SSR |
Yurisdiksiya | Azərbaycan SSR |
Yaradılma tarixi | 28 mart 1946 |
Əvvəlki qurum | Azərbaycan SSR Xalq Komissarları Soveti |
Ləğv edilib |
7 fevral 1991 (faktiki: 22 may 1991) |
Sonrakı | Azərbaycan Respublikası Nazirlər Kabineti |
Tabelik | Azərbaycan SSR Ali Soveti |
Baş qərargah | Bakı |
Ünvan | M. Lermontov 68, 26 Bakı Komissarları rayonu |
Haqqında
redaktəAzərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır.[1]
Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi.[1]
Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur:[1]
- Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi;
- Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi;
- Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi;
- Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi;
- Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması;
- Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması;
- SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması.
Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.[1]
Azərbaycan dövlətinin 5 fevral 1991-ci ildə adlandırılması ilə əlaqədar olaraq qurum Azərbaycan Respublikasının Nazirlər Soveti adlandırılmışdır. 2 gün sonra, 7 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti təşkil edilmiş, lakin bununla belə, Azərbaycan Respublikasının Nazirlər Soveti müvəqqəti olaraq öz səlahiyyətini saxlamışdır.[2] 22 may 1991-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturu təsdiq edilmişdir.[3] Bununla Nazirlər Sovetinin fəaliyyətinə son qoyulmuşdur.
Azərbaycan SSR Nazirlər Sovetinin sədrləri
redaktəTeymur Quliyev hökuməti (1946–1953) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavini |
1 | Quliyev Teymur İmamqulu oğlu (28 mart 1946 – 18 aprel 1953) (2578 gün) |
|
Sədr müavinləri | ||
|
Mir Cəfər Bağırov hökuməti (1953) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavini |
2 | Bağırov Mir Cəfər Abbas oğlu (18 aprel 1953 – 17 avqust 1953) (121 gün) |
|
Sədr müavinləri | ||
|
Teymur Quliyev hökuməti (1953–1954) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavini |
3 | Quliyev Teymur İmamqulu oğlu (17 avqust 1953 – 9 mart 1954) (204 gün) |
|
Sədr müavinləri | ||
|
Sadıq Rəhimov hökuməti (1954–1958) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavinləri |
4 | Rəhimov Sadıq Hacıyarəli oğlu (9 mart 1954 – 8 iyul 1958) (1582 gün) |
|
Sədr müavinləri | ||
|
Vəli Axundov hökuməti (1958–1959) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavini |
5 | Axundov Vəli Yusif oğlu (8 iyul 1958 – 10 iyul 1959) (367 gün) |
|
Sədr müavinləri | ||
|
Məmməd İsgəndərov hökuməti (1959–1961) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavini |
6 | İsgəndərov Məmməd Əbdül oğlu (10 iyul 1959 – 29 dekabr 1961) (903 gün) |
|
Sədr müavinləri | ||
|
Ənvər Əlixanov hökuməti (1961–1970) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavinləri |
7 | Əlixanov Ənvər Nəzər oğlu (29 dekabr 1961 – 10 aprel 1970) (3024 gün) |
|
Sədr müavinləri | ||
|
Əli İbrahimov hökuməti (1970–1981) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavinləri |
8 | İbrahimov Əli İsmayıl oğlu (10 aprel 1970 – 22 yanvar 1981) (3940 gün) |
|
Sədr müavinləri | ||
|
Həsən Seyidov hökuməti (1981–1989) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavinləri |
9 | Seyidov Həsən Nemət oğlu (22 yanvar 1981 – 27 yanvar 1989) (2927 gün) |
|
Sədr müavinləri | ||
|
Ayaz Mütəllibov hökuməti (1989–1990) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavinləri |
10 | Mütəllibov Ayaz Niyaz oğlu (27 yanvar 1989 – 26 yanvar 1990) (364 gün) |
|
Sədr müavinləri | ||
|
Həsən Həsənov hökuməti (1990–1991) | ||
---|---|---|
№ | Sədr | Sədrin birinci müavinləri |
11 | Həsənov Həsən Əziz oğlu (26 yanvar 1990 – 7 fevral 1991)[a] (377 gün) |
|
Sədr müavinləri | ||
|
Qeydlər
redaktə- ↑ 5–7 fevral 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri kimi
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Азәрбајҹан ССР Назирләр Совети // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 174.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsis olunması və Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 122-ci maddəsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 7 fevral 1991. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2022.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı". e-qanun.az. 22 may 1991. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2022.