Azerbaycanda Parlament Seckileri 2015 - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri — 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlament seçkiləridir. Seçkidə seçicilərin 55,7%-i (2,897,188 nəfər) iştirak edib. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı .
← 2010 2020 → | ||||
Azərbaycanda parlament seçkiləri (2015) | ||||
---|---|---|---|---|
1 noyabr 2015 | ||||
Seçici fəallığı | 55.70% | |||
Rəhbər | İlham Əliyev | Sabir Rüstəmxanlı | Fəzail Ağamalı | |
Partiya | Yeni Azərbaycan Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | Ana Vətən Partiyası | |
Tutulan yerlər | 71 | 2 | 1 | |
Səslər | 1 340 770 (47.20 %) |
37 561 (1.32%) |
28 483 (1.00%) | |
Dəyişən yerlərin sayı | ▬ | ▼ 1 | ▼ 1 | |
Əvvəlki yerlərin sayı | ||||
Rəhbər | Asim Mollazadə | Elşən Musayev | Araz Əlizadə | |
Partiya | Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Azərbaycan Demokratik Maarifçilik Partiyası | Azərbaycan Sosial Demokrat Partiyası | |
Tutulan yerlər | 1 | 1 | 1 | |
Səslər | 21 044 (0.74 %) |
13 279 (0.47%) |
11 288 (0.40%) | |
Dəyişən yerlərin sayı | ▬ | ▲ 1 | ▲ 1 | |
Əvvəlki yerlərin sayı | ||||
Rəhbər | Xanhüseyn Kazımlı | Qüdrət Həsənquliyev | Fazil Mustafa | |
Partiya | Azərbaycan Sosial Rifah Partiyası | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Böyük Quruluş Partiyası | |
Tutulan yerlər | 1 | 1 | 1 | |
Səslər | 22 003 (0.77%) |
42 459 (1.49%) |
34 156 (1.20%) | |
Dəyişən yerlərin sayı | ▬ | ▬ | ▬ | |
Əvvəlki yerlərin sayı | ||||
| ||||
Nəticə | Yeni Azərbaycan Partiyası 71 deputatla birinci partiya olaraq konstitusional çoxluğu əldə etdi. 1 seçki dairəsi üzrə təkrar seçkilər keçirildi. |
Sonuncu seçkilər
redaktə2010-cu ildə Milli Məclisə keçirilmiş son seçkilərdə Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 2013-cü il prezident seçkilərində İlham Əliyev qələbə qazanmışdır.
Seçki Öncəsi
redaktə- Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Azadlıq-2015 Seçki Bloku təsis olundu.
Seçki günü
redaktəSaat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb. Seçkilərdə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.
Saat 17:00-a olan məlumata əsasən, Milli Məclisə seçkilərdə 2 605 948 seçici (seçici fəallığı 50,1 faiz) səs verib.
Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit-poll" keçirib. Bütün exit-poll nəticələri YAP-ın qələbəsini qeyd edib.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin respublika üzrə saat 19:00-a olan seçici fəallığı ilə bağlı yekun məlumat açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov məlumat verib ki, ölkə üzrə ümumilikdə seçicilərin 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu isə 55,7 faiz seçici fəallığı deməkdir.
Nəticələr
redaktəPartiyalar üzrə
redaktəMandat qazanan | |||||||
---|---|---|---|---|---|---|---|
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 1 340 770 | 47.20% |
▲ 1.72 | 71 / 125 |
▬ | |
Bitərəf | - | 1 450 113 | 40.50% |
▲ 3.20 | 41 / 125 |
▬ | |
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | 37 561 | 1.32% |
▼ 0.63 | 2 / 125 |
▼ 1 | |
Ana Vətən Partiyası | Fəzail Ağamalı | 28 483 | 1.00% |
▼ 0.39 | 1 / 125 |
▼ 1 | |
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Asim Mollazadə | 21 044 | 0.74% |
▲ 0.51 | 1 / 125 |
▬ | |
Azərbaycan Demokratik Maarifçilik Partiyası | Elşən Musayev | 13 279 | 0.47% |
▲ 0.47 | 1 / 125 |
▲ 1 | |
Azərbaycan Sosial Demokrat Partiyası | Araz Əlizadə | 11 288 | 0.40% |
▲ 0.22 | 1 / 125 |
▲ 1 | |
Azərbaycan Sosial Rifah Partiyası | Xanhüseyn Kazımlı | 22 003 | 0.77% |
▲ 0.01 | 1 / 125 |
▬ | |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Qüdrət Həsənquliyev | 42 459 | 1.49% |
▲ 0.46 | 1 / 125 |
▬ | |
Böyük Quruluş Partiyası | Fazil Mustafa | 34 156 | 1.20% |
▲ 0.47 | 1 / 125 |
▬ | |
Milli Dirçəliş Hərəkatı Partiyası | Fərəc Quliyev | 12 043 | 0.42% |
Yeni | 1 / 125 |
Yeni | |
Vəhdət Partiyası | Tahir Kərimli | 15 070 | 0.53% |
▲ 0.44 | 1 / 125 |
▲ 1 | |
Vətəndaş Birliyi Partiyası | Sabir Hacıyev | 13 548 | 0.48% |
▲ 0.05 | 1 / 125 |
▬ | |
Mandat qazanmayan | |||||||
Azərbaycan Demokrat Partiyası | Sərdar Cəlaloğlu | 2 746 | 0.10% |
▼ 0.22 | 0 / 125 |
▬ | |
Azərbaycan Xalq Partiyası | Pənah Hüseyn | 6 152 | 0.22% |
▲ 0.07 | 0 / 125 |
▬ | |
Azərbaycan Kommunist Partiyası | Hacı Hacıyev | 11 426 | 0.40% |
▲ 0.11 | 0 / 125 |
▬ | |
Azərbaycan Milli Demokrat Partiyası | Tufan Kərim | 481 | 0.02% |
▼ 0.03 | 0 / 125 |
▬ | |
Azərbaycan Milli İstiqlal Partiyası | Arzuxan Əlizadə | 10 526 | 0.37% |
▼ 0.60 | 0 / 125 |
▬ | |
Azərbaycan Ümid Partiyası | İqbal Ağazadə | 14 815 | 0.52% |
▼ 0.38 | 0 / 125 |
▼ 1 | |
Böyük Azərbaycan Partiyası | Elşad Musayev | 2 807 | 0.10% |
▲ 0.07 | 0 / 125 |
▬ | |
Ədalət Partiyası | İlyas İsmayılov | 6 507 | 0.23% |
▼ 0.30 | 0 / 125 |
▼ 1 | |
Demokratik Azərbaycan Dünyası Partiyası | Əlisahib Hüseynov | 3 230 | 0.11% |
▼ 0.35 | 0 / 125 |
▬ | |
Müsavat Partiyası | Arif Hacılı | 24 995 | 0.83% |
▼ 1.18 | 0 / 125 |
▬ | |
Klassik Xalq Cəbhəsi Partiyası | Mirmahmud Mirəlioğlu | 11 671 | 0.41% |
▼ 0.90 | 0 / 125 |
▬ | |
Vətəndaş və İnkişaf Partiyası | Əli Əliyev | 3 374 | 0.12% |
▼ 0.35 | 0 / 125 |
▬ |